Icma.az
close
up
RU
Menu

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

Rüstəmə dedim ki, sən şair deyilsən…

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

Türkiyədə Parkinson xəstələri üçün qolbaq hazırlanıb

Hər evdə var, amma bu təsirini çoxları bilmir

BOKT ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək

“BEA Rusiyanın neft sənayesi üçün proqnozu kəskin şəkildə pisləşdirib”

Putin: Rusiyada işsizlik səviyyəsi 2,3 faizə düşüb...

FAO nun nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın iqtisadiyyatına daha böyük töhfə verə bilər

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026 cı ildə 10 milyard dollar təşkil edəcək

Neft bahalaşır: Azərbaycan üçün qazanc, yoxsa risk?

Moskva 400 km hündürlükdən belə görünür

ABŞ Çin rəqabətinin görünməyən tərəfləri: Məsələ “ticarət savaşı“ndan daha dərindir?

Cənubi Qafqazın ən güclü ordusu...

Cənubi Qafqazın ən güclü ordusu...

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Silahlı Qüvvələri daim inkişaf edir, yenilənir və güclənir...

Azərbaycan qlobal təhlükəsizliyin təminində vacib rol oynayan ölkələrdəndir. Rəsmi Bakı son 5 ildə apardığı siyasət, həyata keçirdiyi addımlarla Cənubi Qafqaz regionun həyatında yeni - təhlükəsiz və sabit inkişafın əsasını qoyub. Xüsusilə 2020-ci ildə Vətən müharibəsində əldə edilən Zəfər illərdir bölgədə davam edən hərbi qarşıdurmaları, müharibə vəziyyətini, işğalı və təcavüzü sona çatdırdı. Artıq Cənubi Qafqazın gələcək perspetkivi kataklizm və ya qarşıdurmalarla deyil, əməkdaşlıq və sülh, sabitlik kimi anlayışlarla xarakterizə olunur. Bölgənin həyatanda yeni sülh dövrünə start verilir.

Bununla yanaşı, müasir dünyada güc və özünümüdafiə faktorları da ön planda çıxış edir. Bəzi dünya güclərinin və strukturlarının beynəlxalq hüquqa skeptik yanaşması, təhlükəsizlik arxitekturasının daimi möhkəmlənməyə ehtiyac duyması ordu quruculuğu prosesini davamlı hala çevirir. Azərbaycan dövlətinin ordu quruculuğu siyasəti də davamlı inkişafa əsaslanır. Xüsusilə, post-müharibə dövründə ordumuzun müasir standartlara əsasən formalaşdırılması, yeni birliklərin yaradılması, yeni silahlarla təchiz olunması, PUA və hava hücumundan müdafiə sistemləri ilə gücləndirilməsi bunu deməyə əsas verir. Azərbaycan Silahlı Qüvvələri yeni dövrün çağırışları əsasında komplektləşdirilir - müharibə dövründə özünün gücünü, qətiyyətini, iradəsini və döyüş ruhunu ortaya qoyan ordumuz postmüharibə dövründə yeni döyüş taktikaları və strategiyaları ilə daha da təkmilləşdirilir.

Ordu quruculuğu aparıcı prioritet kimi...

Azərbaycanda müasir ordu quruculuğu siyasəti hər zaman ən prioritet hədəflər arasında yer alır - milli təhlükəsizlik strategiyamızın ayrılmaz tərkib hissəsini təşkil edən hərbi təhlükəsizliyin möhkəmləndirilməsi işi milli ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən xeyli dərəcədə asılıdır. Arxada qoyduğumuz illər ərzində bu sahədə həyata keçirilən davamlı islahatlar nəticəsində Azərbaycanda çox sürətlə və yüksək səviyyədə aparılan ordu quruculuğu işi öz bəhrəsini verdi - 2020-ci il Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə yekunlaşdı. Noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradda çıxış edən Prezident İlham Əliyev bildirib ki, 44 gün ərzində bizim şanlı Silahlı Qüvvələrimiz hər gün irəli gedirdi, bir gün bir addım geriyə atmamışdır. Böyük peşəkarlıq, rəşadət, qəhrəmanlıq və fədakarlıq göstərmişdir.

Bununla belə, postmüharibə dövründə də Azərbaycan Ordusu yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkəmizin qüdrəti, iqtisadi imkanlarımız yeni silahların alınmasına, islahatların davamlılığına zəmin formalaşdırır. Xüsusi diqqət yetiriləsi məqam ondan ibarətdir ki, ölkəmiz ötən dövrdə ordu quruculuğunda müasir yanaşmalara və innovativ texnikalardan istifadə olunmasına üstünlük verib.

Yeni silahlar, yeni qurğular: təhlükəsizliyin qarantı...

Qələbənin 5 illiyinə həsr olunan parad bir daha Azərbaycanın hərbi gücünü bütün dünyaya göstərdi. Paradda nümayiş olunan üzərində 12,7 millimetrlik NSV pulemyotları, tankəleyhinə idarəolunan “SPIKE-ER”, 120 millimetrlik “SPEAR” minaatanlar quraşdırılan “SandCat-Stormer” zirehli idarəetmə, çevik hərəkət avtomobilləri, silahlanmaya yeni qəbul edilmiş Milli Müdafiə Sənayesinin məhsulu “VAŞAQ” xüsusi əməliyyat nəqliyyat vasitələri, “COBRA-II” zirehli tibbi təxliyə avtomobilləri, “SKİF” raket kompleksi, “BTR-82A” zirehli transportyorları, “PDM-3” Piyadaların Döyüş Maşınları, “T-72M1” və “T-90S” tankları ölkəmizin yeni ordu quruculuğu siyasətinin genişliyindən və dövlətimizin gücündən xəbər verir. Eləcə də Hava Hücumundan Müdafiə silahları sistemləri  - “S-125 TM”, “BUK-MB”, “BUK-MB2K”, “İLDIRIM-8”, “S-300 FAVORİT” və “TOR-2M” zenit-raket kompleksləri, silahlanmaya yeni qəbul edilmiş Yerli Müdafiə Sənayesinin məhsulu “VİKİNQ” hava hədəflərinə qarşı çoxfunksiyalı mobil döyüş kompleksi, təkmilləşdirilmiş “Şilka” özüyeriyən zenit qurğusu və “HQ-9” uzaqmənzilli zenit-raket kompleksi ordumuzun Cənubi Qafqazın ən güclü ordusu olduğunu və dövlətimizin təhlükəsizliyini təmin edən ən əsas amil kimi çıxış etdiyini bir daha təsdiqləyir. İnsansız Sistem Qoşunları - üzərində “Orbiter-1KM” zərbə pilotsuz uçuş aparatları, “Orbiter-2”, “Orbiter-3” və “Orbiter-4” kəşfiyyat pilotsuz uçuş aparatları, “Aerostar” taktiki-kəşfiyyat pilotsuz uçuş aparatları, “Bayraktar-TB2” silahlı kəşfiyyat pilotsuz uçuş aparatı, silahlanmaya yeni qəbul edilmiş “Hero-120”, “Sky Striker” sərbəst uçan döyüş sursatları, “Orbiter-5” taktiki-kəşfiyyat pilotsuz uçuş aparatları, “Harop” zərbə pilotsuz uçuş aparatları, “Hermes-450” taktiki-kəşfiyyat pilotsuz uçuş aparatı yerləşdirilmiş “Marauder” və “Matador” tipli minaəleyhinə zirehli nəqliyyat vasitələri yeni, innovativ ordu quruculuğu fəaliyyətinin mühüm göstərcisidir.

Yüksək dəqiqliyə malik yeni raket sistemləri...

Azərbaycan artilleriya qurğularının yenilənməsini də hər zaman diqqət mərkəzində saxlayır - keçirilən hərbi paradda nümayiş etdirilmiş silahlarımız da bunu təsdiqləyir. 120 millimetrlik “Vena” özüyeriyən minaatan qurğusu və artilleriya qurğuları - 122 millimetrlik “Qvozdika”, 152 millimetrlik “Akasiya”, 152 millimetrlik “MSTA-S”, 203 millimetrlik “Pion”, həmçinin 220 millimetrlik “TOS-1A” ağır odsaçan, tankəleyhinə “Xrizantema-S” kompleksləri, “DANA” özüyeriyən artilleriya sistemi, 155 millimetrlik uzaqmənzilli “NORA” və 155 millimetrlik uzaqmənzilli “DİTA” özüyeriyən artilleriya sistemləri, 122 millimetrlik RM-70/85 yaylım atəşli reaktiv sistemi, silahlanmaya yeni qəbul edilmiş PULS üzərində 122 millimetrlik “ACCULAR” idarəolunan yaylım atəşli reaktiv sistemi, 160 millimetrlik “QRAD-LAR” yaylım atəşli reaktiv sistemi, silahlanmaya yeni qəbul edilmiş PULS üzərindən buraxılan SkyStriker BLOK-4 sərbəst uçan döyüş sursatları sistemi ordumuzun gücünə güc qatır. Eləcə də, “Qasırğa” taktiki raket kompleksi, 300 millimetrlik uzaqmənzilli TRG-300 taktiki raket sistemi, 300 millimetrlik iriçaplı “Smerç” yaylım atəşli reaktiv sistemi, 306 millimetrlik “Ekstra” taktiki raket kompleksi, 306 millimetrlik “Polonez” əməliyyat taktiki raket kompleksi, silahlanmaya yeni qəbul edilmiş PULS üzərində 370 millimetrlik yüksəkdəqiqlikli “Predator Hawk” əməliyyat taktiki raket kompleksi, beşinci nəsil İCEBREAKER qanadlı raket kompleksi və “LORA” əməliyyat-taktiki raket sistemlərimizin varlığı müasir ordu quruculuğunda mühüm bir yol qət etdiyimizi təsdiqləyir. Qeyd edək ki, beşinci nəsil İCEBREAKER qanadlı raket kompleksi daha yüksək səviyyəli qabiliyyətləri - aşağı aşkar olunma xüsusiyyətləri, inkişaf etmiş manevr qabiliyyəti, şəbəkələşmə və adaptiv naviqasiya, hədəf ayırd etmə və yüksək dəqiqlikli zərbə imkanlarını ifadə edir. İCEBREAKER kimi qanadlı raket kompleksləri adətən uzun mənzilli, dəqiq zərbə təmin edən və müxtəlif növ başlıqlarla (yüksək partlayıcı, ekvivalent penetrasiya və ya xüsusi başlıqlar) təchiz oluna bilən sistemlər kimi təsəvvür edilir. Belə sistemlər döyüş meydanında “dərinlik zərbələri” funksiyasını yerinə yetirərək düşmən ehtiyatlarını, komanda strukturunu və logistika qovşaqlarını məhv etmək vasitəsilə cəbhə xəttini zəiflədə bilər. Yüksək dəqiqlik yüksək zərbə effektivliyi ilə yanaşı, əgər kəşfiyyat və hədəf təsdiqi dəqiqdirsə, yan itkilərin azaldılması şansını artırır.

Silahlı Qüvvələrin həm keyfiyyəti, həm də kəmiyyəti artırılır...

Hərbi parad bir daha təsdiqlədi ki, Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir. Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin rəyinə görə, Azərbaycan Ordusu regionun ən hazırlıqlı və müasir hərbi strukturu sayılır. Ümumiyyətlə, yüksək döyüş hazırlığına malik olan Azərbaycan Ordusu qarşıya qoyulan istənilən vəzifəni icra etmək gücündədir. Bununla belə, hər zaman inkişafa əsaslanan Azərbaycan müasir ordu bölmələrinin yaradılması yönündə əsaslı addımları ilə seçilir. Müharibədən sonra yaradılan yeni qoşun növləri bu mənada xüsusilə seçilir. Eyni zamanda, Silahlı Qüvvələrin ayrı-ayrı bölmələrinin döyüş qabiliyyətinin getdikcə daha da artırılması və bu məqsədlə yeni, müasir hərbi-sənaye güclərinin formalaşdırılması, texniki təchizatın mükəmməl səviyyəyə qaldırılması da dövlətimizin əsas prioritetlərindəndir. Hazırkı həssas məqam Azərbaycan dövlətinin bu sahəyə xüsusi diqqət ayırmasını zəruri edir. Təsadüfi deyil ki, Vətən müharibəsindlə qazanılan qələbədə böyük zəhməti olan xüsusi təyinatlılarımızın sayı artırılıb. 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayanda Azərbaycan Ordusunda 2000 nəfərə yaxın XTQ var idi. Bu gün paradda yalnız meydanda 4000 yüksək təlimli XTQ var idi. Bu, yalnız qüvvələrin bir hissəsidir.

Vurğulanmalıdır ki, dövlətimizin apardığı siyasi kurs ordumuzun müasir standartlar əsasında formalaşmasını təmin edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən köklü islahatlar nəticəsində bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusuna çevrilməklə yanaşı, bütün dünyada ən müasir silahlı qüvvələrdən sayılır.

P.İSMAYILOV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:269
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 Noyabr 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see375

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see360

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see353

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see338

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see330

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see327

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see324

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see324

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see321

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see319

Türkiyədə Parkinson xəstələri üçün qolbaq hazırlanıb

12 Sentyabr 2026 14:21see310

Hər evdə var, amma bu təsirini çoxları bilmir

12 Sentyabr 2026 12:30see306

BOKT ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək

12 Sentyabr 2026 12:20see300

“BEA Rusiyanın neft sənayesi üçün proqnozu kəskin şəkildə pisləşdirib”

12 Sentyabr 2026 20:27see290

Putin: Rusiyada işsizlik səviyyəsi 2,3 faizə düşüb...

12 Sentyabr 2026 19:28see265

FAO nun nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın iqtisadiyyatına daha böyük töhfə verə bilər

12 Sentyabr 2026 18:32see265

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026 cı ildə 10 milyard dollar təşkil edəcək

13 Sentyabr 2026 04:10see264

Neft bahalaşır: Azərbaycan üçün qazanc, yoxsa risk?

12 Sentyabr 2026 16:39see243

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see234

ABŞ Çin rəqabətinin görünməyən tərəfləri: Məsələ “ticarət savaşı“ndan daha dərindir?

12 Sentyabr 2026 16:12see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri