Icma.az
close
up
RU
Cənubi Qafqazın güc balansı dəyişir? Azərbaycan 40 ədəd qırıcı alır

Cənubi Qafqazın güc balansı dəyişir? Azərbaycan 40 ədəd qırıcı alır

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Pakistanla Azərbaycan arasında imzalanmış 4,6 milyard dollarlıq hərbi razılaşmaya əsasən, Bakı 40 ədəd dördüncü nəsil “JF-17 Thunder” qırıcısı alacaq. Bu, Pakistanın tarixində ən böyük silah ixracı müqaviləsidir və Cənubi Qafqazda hərbi balansı ciddi şəkildə dəyişəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə “Forbes” jurnalının “How Armenia Might Respond To Azerbaijan’s JF-17 Fighter Acquisition” (“Ermənistan Azərbaycanın JF-17 qırıcısını almasına necə cavab verə bilər”) adlı məqaləsində qeyd olunur.

Əvvəllər 16 ədəd JF-17 alacağı gözlənilən Azərbaycan sonradan sifarişi 40-a çatdırıb. Yeni təyyarələr ən son versiya olan JF-17C Block III modelidir və aktiv fazalı radar sistemi və digər müasir silahlarla təchiz edilib.

Bu qırıcılar Azərbaycanın köhnə MiQ-29 və Su-25 təyyarələrindən ibarət hava qüvvələrini ciddi şəkildə gücləndirəcək. Əldə edilən məlumatlara görə, yeni qırıcılar mövcud təyyarələri dərhal əvəz etməyəcək. Son zamanlar Türkiyə silahları ilə təchiz edilən Su-25-lər hələlik xidmətini davam etdirəcək.

Risk analiz şirkəti “RANE”nin analitiki Sem Lixntenşteyn bildirib ki, JF-17-lər Azərbaycanın hərbi arsenalına həm maddi baxımdan sərfəli, həm də texnoloji baxımdan ciddi bir yüksəlişdir.

Həmçinin oxuyun:

Mnatsakanyandan Aprel döyüşləri ilə bağlı etiraf

“Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar səbəbindən Moskvanın yeni silahlar təklif etmək qabiliyyəti sual altındadır. Bu şəraitdə Azərbaycan Pakistanla əməkdaşlığı gücləndirməklə həm də Rusiyadan asılılığı azaldır”, – deyə Lixntenşteyn vurğulayıb.

O əlavə edib ki, JF-17-lərin bir üstünlüyü də onların Türkiyənin mövcud silah sistemləri ilə uyğunluğudur.

Bu müqavilə Ermənistanda ciddi narahatlıq doğurur. Ermənistanın döyüş təyyarəsi arsenalı çox məhduddur – 2019-cu ildə Rusiyadan alınan 12 ədəd Su-30SM təyyarəsindən yalnız 4-ü təhvil verilib.

Rusiya xarici işlər naziri Sergey Lavrov son zamanlar Rusiyanın Ermənistana silah tədarükündəki gecikmələri Ukrayna müharibəsi ilə əsaslandırıb. Lakin buna baxmayaraq, o, İrəvanın Fransa ilə dərinləşən müdafiə əməkdaşlığını tənqid edərək bildirib ki, “bu əməkdaşlıq ciddi suallar doğurur”. Qeyd edək ki, Fransa yaxın zamanda Ermənistana “Caesar” özüyeriyən artilleriya qurğuları satıb – bu müqavilə həm Azərbaycan, həm də Rusiya tərəfindən tənqid olunub.

Bəzi analitiklər Ermənistana Fransadan “Rafale” təyyarələri almağı təklif etsə də, yüksək qiymətlər İrəvan üçün bu seçimi çətinləşdirir. Daha real ehtimal isə Hindistanda istehsal edilən Su-30MKI qırıcılarının alınmasıdır. Ermənistan artıq Hindistandan rekord həcmdə silah alıb və bu əməkdaşlığı genişləndirməyə çalışır.

Aysel Əliyeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 İyun 2025 23:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see279

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see260

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see211

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see203

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see181

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see175

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see150

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see149

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see144

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see143

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see142

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri