Icma.az
close
up
RU
Cənubi Qafqazın geosiyasi mənzərəsi dəyişir

Cənubi Qafqazın geosiyasi mənzərəsi dəyişir

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Məlum olduğu kimi, Prezident İlham Əliyev hazırda ABŞ-də səfərdədir.

Bu baxımdan ölkə gündəmində müzakirə olan bir məsələ isə Cənubi Qafqazın geosiyasi mənzərəsinin dəyişməyidir.

Bir sözlə, imzalanılması gözlənilən sənədlə bir çox məsələyə aydınlıq gətiriləcək.

Bəs yaxşı, gələcək gedişat necə olacaq?

Qafqazda lider güclərdən olan Rusiyanın maraqları hansı forma alacaq?

“Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) ABŞ administrasiyası tərəfindən kommersiya layihəsi kimi təqdim olunsa da, burada geosiyasi kontekstin olması şübhəsizdir. Bu layihənin gerçəkləşməsi ilk növbədə Rusiyanın regional maraqlarına böyük zərbə vuracaq. Rusiyanın Cənubi Qafqaza yerləşməyə başlamasının tarixini 1783-cü ildə Gürcüstan (Kartli-Kaxeti) çarlığı ilə bağlanmış Georgiyevsk traktatından hesablasaq, 240 il sonra imperiyanın bölgədən çıxarılmaq təhlükəsi ilə üzləşdiyini söyləyə bilərik”.

Bu sözləri Gununsesi.info-ya açıqlamasın politoliq Şahin Cəfərli deyib.

O, həmçinin bildirib:

“Prosesin ikinci zərərçəkəni İran olacaq. Azərbaycan və Türkiyənin nəzarətində olacaq Zəngəzur dəhlizi ideyasının gerçəkləşməməsini İran rejimi bəlkə özü üçün təsəlli saya bilər, amma Tramp (başqa sözlə, ABŞ) marşrutu da qəti şəkildə İranın marağına uyğun deyil. Düzdür, ABŞ-nin regionda hərbi mövcudiyyətindən söhbət getmir, lakin onun Ermənistan-İran sərhəd zolağında mövqelənməsi İranın çox önəm verdiyi Ermənistan-Gürcüstan-Qara dəniz marşrutu ilə Avropaya çıxışının faktiki olaraq ABŞ-nin nəzarətinə keçməsi deməkdir.

Politoloq həmçinin Türkiyə məsələsinə də toxunub:

“Digər regional güc Türkiyəyə gəldikdə isə Tramp marşrutu Ankaranın Azərbaycan və Orta Asiya – yəni türk dünyası ilə birbaşa əlaqəsini təmin etmək baxmından çox vacib, tarixi əhəmiyyətli olsa da, bu əlaqənin ABŞ-ın iradəsindən asılılığının Türkiyə siyasi dairələri və ictimaiyyətində məmnunluq yaratmayacağı aydındır. Yəqin ki, yaxın günlərdə Türkiyə daxilində bu məsələ ilə bağlı hökumətə ünvanlanmış tənqidləri eşidəcəyik. Yəni, ABŞ bir gedişlə 2 regional gücü oyundankənar vəziyyətə salaraq müttəfiqi olan digərinə isə “yalnız mənim iradəm və maraqlarım çərçivəsində hərəkət sərbəstliyi əldə edə bilərsən” mesajını vermiş olur. Başqa bir önəmli məqam da budur ki, əgər Çinin Orta Dəhlizdə Zəngəzurdan istifadə etmək niyyəti var idisə, bu da ABŞ-ın nəzarətinə keçir. (ABŞ-nin Çinin ixrac marşrutlarında çeşidli problemlər yaratmaq, yaxud bu marşrutları nəzarətə götürmək siyasəti çoxdan məlumdur). Prosesin əsas benefisiarları kimi (müəyyən istisnalarla) dünənki düşmənlər – Azərbaycan və Ermənistanı qeyd etmək lazımdır. Azərbaycan əsas tələbi olan Naxçıvan (və Türkiyə) ilə maneəsiz əlaqəni əldə etmiş olur. Hələ detallar məlum olmadığına görə birmənalı fikir söyləmək çətindir, amma belə görünür ki, Zəngəzurda Ermənistanın sərhəd-gömrük orqanları dayanmayacaq, ermənilər bizim avtomobilləri və yükləri yoxlamayacaq, sənədlərimizə möhür vurmayacaq. Marşrutu işlədəcək operatorların konkret vəzifələri və funksiyaları isə işçi qrupların çalışmaları nəticəsində müəyyən olunacaq. Bununla yanaşı, onu da xatırlatmaq lazımdır ki, Azərbaycanın Zəngəzur dəhlizinin ABŞ-nin (Qərbin) nəzarətinə verilməsi barədə indiyə qədər hər hansı istəyi və tələbi olmayıb. Əksinə, Azərbaycan son aylara qədər Ermənistandan 10 noyabr Bəyanatının icrasını tələb edirdi. Bəyanatın 9-cu maddəsinə əsasən “Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir”. Lakin Trampın hakimiyyətə gəlməsi və Azərbaycan-Rusiya münasibətlərində yaranan problemlər Bakını öz xarici siyasətində paradiqma dəyişikliyinə sövq etdi. Bakıda Trampa duyulan güvən Azərbaycan tərəfinin Zəngəzur nəqliyyat kommunikasiyası üzərində ABŞ nəzarətinə “hə” deməsini şərtləndirdi. (Demokratlar hakimiyyətədə qalsa, yəqin ki, bu olmayacaqdı). Azərbaycanın mövqeyi 10 noyabr Bəyanatını və Rusiya patronajlığındakı üçtərəfli formatı gündəmdən çıxartdı. (Bunun daimi, yoxsa müvəqqəti olduğunu gərəcəyik).

Şahin Cəfərli eyni zamanda bildirib:

“Ermənistana gəldikdə isə Paşinyanın əvvəlki bəyanatlarının əksinə olaraq, böyük ehtimalla Zəngəzurda onun sərhəd-gömrük orqanları fəaliyyət göstərməyəcək. Lakin kommunikasiyanın Ermənistanın yurisdiksiyasında və ABŞ-ın nəzarətində olması Paşinyan üçün rahatladıcı amildir. Bu, Ermənistana birbaşa olmasa da, dolayı və qeyri-rəsmi təhlükəsizlik təminatı yaradır, çünki ABŞ şirkətləri uzunmüddətli əsasda Ermənistanda fəaliyyət göstərəcək, şirkətlərin maraqları isə ABŞ dövləti tərəfindən daim dəstəklənəcək. Şirkətlər Ermənistan ərazisində çalışacaqları üçün yəqin ki, bu ölkə büdcəsinə vergi də ödəyəcək. ABŞ və Ermənistanın birgə hərbi təlimlərə başlaması da diqqətəlayiq hadisədir, Ağ Evdə demokratlar otursa, Bakı yəqin ki, bu hadisəni özünə təhdid kimi qiymətləndirəcəkdi. Yekunda hər kəsi maraqlandıran əsas sual: Rusiyanın bu prosesi pozmaq imkanı və şansı varmı? Belə bir ehtimal var. Ermənistanda gələn ilin iyununda keçiriləcək parlament seçkiləri bütün regionun gələcəyi baxımından kritik əhəmiyyətə malikdir. Paşinyanın Vətəndaş Müqaviləsi Partiyası sorğularda hələ də 1-ci olsa da, əvvəlki yüksək reytinqlərini itirib. Parlament seçkilərinin nəticələri əsasında qanunverici orqanda Gümrü bələdiyyəsindəkinə bənzər tablonun ortaya çıxması mümkün ehtimallardan biridir. Əlində böyük maliyyə imkanları olan həbsdəki Samvel Karapetyanın partiya yaratmağa başlaması da təsadüf deyil və rusiyayönümlü revanş planlarının tərkib hissəsidir. Ümid edək ki, Paşinyan qarşıdakı sınaqdan uğurla çıxa biləcək, bu məsələdə Azərbaycanın və ABŞ-nin (Qərbin) maraqları üst-üstə düşür.

Afət

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 08 Avqust 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri