Icma.az
close
up
RU
Çəpgözlük əməliyyatı icbari tibbi sığorta hesabına qarşılanır

Çəpgözlük əməliyyatı icbari tibbi sığorta hesabına qarşılanır

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Çəpgözlük (strabizm) əməliyyatı icbari tibbi sığorta hesabına həyata keçirilir. 2024-cü ilin ilk 6 ayı ərzində icbari tibbi sığorta hesabına 379 çəpgözlük əməliyyatı icra olunub. Əməliyyatın məqsədi xəstələrin görmə qabiliyyətini bərpa etmək və ya saxlamaqdır.

Uşaqlıq dövründə vaxtında aparılan konservativ müalicə tədbirləri və cərrahi əməliyyat görmə qabiliyyətinin bərpası və sosial həyat keyfiyyətinin artırılması üçün mühüm əhəmiyyət daşıyır. Əməliyyatın 3-5 yaşlarda icra edilməsi daha məqsədəuyğundur.

Çəpgözlük əməliyyatı müdaxilə olunan əzələlərin sayına görə dəyişir və 1-2 saat davam edə bilir. Sözügedən əməliyyat pasiyentin ümumi vəziyyətindən və yaşından asılı olaraq lokal və ya ümumi anesteziya altında icra olunur. Əməliyyat zamanı gözü hərəkət etdirən (ekstraokulyar) əzələlər tənzimlənərək gözlərin simmetrik vəziyyətə gətirilməsi təmin edilir. Prosedurdan əvvəl xəstənin vəziyyətinin qiymətləndirməsi üçün oftalmoloji müayinələr, tibbi göstərişə əsasən elektromioqrafiya, elektroensefaloqrafiya, ultrasonoqrafiya və lazımi hallarda MRT və ya KT kimi diaqnostik üsullar tətbiq olunur. Əməliyyatdan sonra tam bərpa orta hesabla 1-2 həftə (bəzən 4 həftəyədək) çəkir.

Əməliyyatdan əvvəl və sonra tələb olunan instrumental və laborator müayinələr, xəstəxanada yatış zamanı istifadə olunan dərman, tibbi sərf və qidalanma icbari tibbi sığorta tərəfindən təmin edilir.

Sözügedən xidmət icbari tibbi sığorta ilə TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində tibbi göstəriş və həkim təyinatına əsasən icra olunur.

Məlumat üçün bildirək ki, çəpgözlük göz almalarının orbitada fərqli mövqelərə malik olduğu və sinxron hərəkətləri həyata keçirə bilmədiyi patoloji haldır. Bu vəziyyət bir və ya hər iki gözün müxtəlif istiqamətlərə baxması ilə xarakterizə olunur. Çəpgözlük yalnız estetik deyil, həm də funksional çətinliklərə səbəb olur. Gözlərin müxtəlif istiqamətlərə baxması nəticəsində beyin hər iki gözdən fərqli görüntülər alır, beləliklə mərkəzi sinir sistemi ikili görmədən müdafiə olunmaq üçün çəp gözdən alınan görüntünü ləğv edir (binokulyar görmənin pozulması). Belə bir vəziyyət xüsusilə uşaqlarda uzun müddət mövcud olanda ambliopiya (göz tənbəlliyi) yaradır. Ambliopiya gözlərdən birinin görmə prosesində iştirak etməməsi ilə xarakterizə olunur. Oftalmologiyada ambliopiya görmənin birtərəfli zəifləməsinin aparıcı səbəblərindən biri kimi dəyərləndirilir.

P.ƏMİRCANOV

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Dekabr 2024 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see197

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see187

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see162

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see157

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see147

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see146

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see142

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see139

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see135

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see132

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see131

Əməkdar artist Yadigar Muradovun vəziyyəti stabilləşib

19 Oktyabr 2025 18:49see128

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see128

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see128

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see127

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see127

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see127

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri