Icma.az
close
up
RU
Cərimə və sanksiyalardan toplanan vəsaitin əməkhaqqı əlavəsinə yönləndirilməsi “kölgə büdcəsi” yaradır

Cərimə və sanksiyalardan toplanan vəsaitin əməkhaqqı əlavəsinə yönləndirilməsi “kölgə büdcəsi” yaradır

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

2024-cü ildə dövlət büdcəsinə cərimə və sanksiyalardan 380.1 milyon manat vəsait daxil olub. Bu məbləğin 277.7 milyon manatı və ya 73.1%-i büdcə təşkilatlarının büdcədənkənar gəlirləri kimi formalaşdırılaraq, həmin qurumların büdcədənkənar xərclərinin maliyyələşdirilməsinə yönəldilib. Rəsmi hesabatlara əsasən, büdcədənkənar gəlirlərə aid edilən maliyyə sanksiyaları və cərimələrin 81.7%-i yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən inzibati cərimələrin, 17.7%-i vergi orqanları tərəfindən tətbiq olunan maliyyə sanksiyalarının, 0.6%-i isə əmək, miqrasiya və gömrük sahələrində pozuntulara görə kəsilən cərimələrin payına düşür. Bu vəsaitlərin əsas hissəsi müvafiq orqanların əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavələrin verilməsi üçün istifadə olunur.Cərimə və sanksiyalardan toplanan vəsaitlərin dövlət büdcəsində bu qədər böyük pay tutması hansı iqtisadi tendensiyanı göstərir?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, bu rəqəm əvvəlki illərlə müqayisədə inzibati yolla formalaşan gəlirlərin artımını göstərir: “2024-cü ildə 380,1 milyon manat cərimə və sanksiya gəliri qeydə alınıb ki, bu da əvvəlki illərlə müqayisədə inzibati yolla formalaşan gəlirlərin artımını göstərir. Burada əsas tendensiyalar odur ki, birincisi iqtisadi intizamın inzibati yolla təmin edilməsi meyli artır. Dövlət büdcəsinə bu qədər böyük həcmdə vəsaitin cərimələr hesabına daxil olması göstərir ki, iqtisadi idarəetmədə fiskal və inzibati nəzarət güclənib. İkincisi, cərimələr tənzimləmə alətinə çevrilib. Əslində cərimələr iqtisadi gəlir deyil, pozuntuların qarşısını almaq üçün vasitədir. Amma onların bu qədər böyük pay tutması dövlətin fiskal gəlirlərini təmin etmək üçün bu alətdən getdikcə daha çox istifadə etdiyini göstərir. Üçüncüsü, sosial və iqtisadi davranışların sərtləşməsi. Yol hərəkəti və vergi cərimələrinin çoxluğu həm inzibati nəzarətin artdığını, həm də cəmiyyətin iqtisadi intizamında problemlərin davam etdiyini əks etdirir”.

Akif Nəsirli

Bu tip gəlirlərin əməkhaqqı əlavələrinə yönəldilməsi dövlət büdcəsi şəffaflığına necə təsir edir?

“Cərimə və sanksiyalardan toplanan vəsaitin büdcədənkənar gəlir kimi saxlanılması və müvafiq qurumların əməkdaşlarına maaş əlavəsi kimi yönəldilməsi bir sıra şəffaflıq riskləri yaradır:

Maraqlar toqquşması

Əgər cərimələrdən toplanan vəsait həmin cərimələri tətbiq edən orqanların əməkhaqlarına təsir edirsə, bu, “gəlir üçün cərimə” praktikasını təşviq edə bilər. Yəni inzibati orqanlar cəriməni tənzimləmə yox, gəlir mənbəyi kimi görməyə başlayır.

Büdcə şəffaflığının zəifləməsi

Büdcədənkənar fondlar dövlət maliyyəsinin bir hissəsi olsa da, onların xərclənməsi bəzən ümumi büdcə qaydalarına tabe olmur. Bu da hesabatlılıq və audit nəzarətini çətinləşdirir.

Əməkhaqqı sistemində bərabərsizlik

Dövlət qulluqçularının bir hissəsi (məsələn, DYP və ya vergi orqanlarının əməkdaşları) bu mexanizmdən əlavə gəlir əldə edərkən, digərləri eyni imkana malik olmur. Bu da ictimai sektor daxilində qeyri-bərabərlik yaradır”-deyə Akif Nəsirli qeyd edib.

Bu vəsaitlərin büdcədənkənar gəlir kimi formalaşdırılması nə dərəcədə şəffaf və məqsədəuyğundur?

“Formal olaraq, bu addım dövlət qurumlarının özünümaliyyələşmə imkanlarını artırır. Amma iqtisadi baxımdan bu modelin iki tərəfi var. Müsbət cəhət budur ki, dövlət büdcəsinə birbaşa yük azaldılır; bəzi qurumlar öz fəaliyyətlərini cərimələr hesabına maliyyələşdirə bilir. Mənfi cəhət isə bu, dövlət maliyyə sistemində “kölgə büdcəsi” yaradır. Belə vəsaitlər tam şəffaf uçotda olmaya bilər və dövlətin xərclər siyasətini təhrif edir. Yəni büdcədənkənar mexanizmlər yalnız məhdud və aydın qaydalarla tətbiq edilərsə məqsədəuyğundur. Əks halda, bu, fiskal intizamın pozulmasına və büdcə idarəçiliyinin zəifləməsinə gətirə bilər”-deyə iqtisadçı vurğulayıb.

Vergi və inzibati cərimələrin artması iqtisadi fəallığa və biznes mühitinə necə təsir edir?

“Cərimə və sanksiyaların çoxalması iqtisadi fəallığa həm birbaşa, həm dolayı təsir göstərir. Cərimələrin artması, xüsusilə də vergi və miqrasiya sahəsində, sahibkarlıq risklərini artırır. Sahibkarlar özlərini daha çox nəzarət altında hiss edir, bu isə investisiya təşəbbüslərini azalda bilər. Əgər cərimə sistemi şəffaf və proqnozlaşdırılandırsa, bu, intizam yaradır. Amma əgər məqsəd gəlir toplamaqdırsa, bu, etimadı azaldır və kölgə iqtisadiyyatını böyüdə bilər. Qanunların çox sərt və “gəlir yönümlü” tətbiqi iqtisadiyyatda inzibati tənzimləmənin sərtləşməsi və sahibkar azadlığının məhdudlaşması kimi təsirlər doğura bilər. Cərimə və sanksiyalardan gəlirlərin artması qısamüddətli dövrdə büdcə üçün fiskal rahatlıq yaradır, lakin uzunmüddətli dövrdə idarəetmədə asılılıq riski formalaşdırır. Əgər bu vəsaitlər büdcədənkənar fondlarda toplanmağa davam edərsə və əməkhaqqı əlavələrinə yönəldilərsə, şəffaflıq azalır, büdcə intizamı zəifləyir, ictimai etimad zərbə alır, sahibkarlıq mühiti ehtiyatlı davranışa keçir”-deyə Akif Nəsirli bildirib.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:53
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 11 Noyabr 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see173

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see168

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see156

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see147

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see146

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see142

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see137

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see131

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see129

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri