Icma.az
close
up
RU
Cərimələr hansı quruma ödənilir? AÇIQLAMA

Cərimələr hansı quruma ödənilir? AÇIQLAMA

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

Məlum olduğu kimi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) 2025/2026 mövsümündən başlayaraq bütün liqalarda klublar üçün cərimələri artırıb. Cərimələrin artırılması AFFA-nın İntizam Məcəlləsində əksini tapıb. Az qala 104 maddənin hər birində artım müşahidə olunur. Maddələrdən asılı olaraq 50-60, hətta 100 faizlik artımdan söhbət gedir. Təbii ki, belədə ötən mövsümlərlə müqayisədə cərimələrdən yığılan məbləğdə də artım var. 

"Futbolxeber.az" saytından olan həmklarlarımız AFFA İntizam Komitəsinin bu mövsüm Premyer Liqa klublarına verdiyi cəzalarla bağlı araşdırma aparıblar. Araşdırma nəticəsində məlum olub ki, 14 tur ərzində (15-ci turun cəzaları hələ açıqlanmayıb) Premyer Liqada baş verən xoşagəlməz hallara görə klublar ümumilikdə 193 300 manat cərimə olunublar. 
193 300 manatlıq cərimə məbləğində klubların "pay bölgüsü" aşağıdakı kimidir: 

“Neftçi” - 72400
“Sumqayıt” - 19300
“Kəpəz” - 18600
“Karvan-Yevlax” - 16700
“İmişli” - 16400
“Sabah” - 15100
“Qarabağ” - 11000
“Şamaxı” - 7900
“Turan Tovuz” - 6900
 “Araz-Naxçıvan” - 4400
“Qəbələ” - 2400
“Zirə” - 2200

Nəzərə alsaq ki, mövsüm hələ yarılanmayıb, 15 və 16-cı turların cərimələri hesablandıqdan sonra məbləğ 200 mini ötəcək. Futbol ilinin sonuna qədər isə bu rəqəmin yarım milyona çatması realdır. Kifayət qədər böyük rəqəmdir. Bəs cərimələr rəhbər dəyişikliyindən sonra AFFA-ya ödənilir, yoxsa əvvəlki kimi PFL-ə? Klubların "borc dəftəri" varmı? Ümumiyyətlə, yığılan pullar hara xərclənir? 

Fanat.Az olaraq məsələyə hər iki qurumun mətbuat xidmətindən cavab almağa çalışdıq.

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Murad Axundov: "Xeyr, ötən mövsümlərlə müqayisədə bu mövzuda dəyişiklik yoxdur. Əvvəllər də olduğu kimi, AFFA İntizam Komitəsinin verdiyi cəzalardan gələn maliyyə vəsaiti PFL-in hesabına köçür".

PFL-in Media və Marketinq direktoru Sənan Abdullayev: "Oyunlarda tətbiq olunan cərimələr əvvəlki qaydada ödənilir. Klublar ilə Peşəkar Futbol Liqası arasında həm oyunların təşkili və keçirilməsi, eləcə də maliyə məsələləri müstəvisində münasibətlər üst səviyyədədir. Klublar Peşəkar Futbol Liqasına cərimələri ödəyirlər. İndi hansı klubun borcunun olub-olmamasını demək əməkdaşlıq baxımından uyğun deyil. Daxil olan cərimələr büdcə planlamasına uyğun olaraq, yönləndirilir".

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://fanat.az
archiveBu xəbər 16 Dekabr 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see344

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see315

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see308

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see295

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see275

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see269

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see265

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see263

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see243

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see235

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see230

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see226

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see216

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see210

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see207

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see202

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see201

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see195

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see193

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri