Icma.az
close
up
RU
Cəriməni həyatımız bahasına ödəməməliyik

Cəriməni həyatımız bahasına ödəməməliyik

Aznews.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İlk növbədə:

Biz hava haqqında məlumata son dərəcə ciddi yanaşmağı NƏHAYƏT!!! öyrənməliyik. Ekologiya və təbii sərvətlər nazirliyinin havanın necə olacağı barədə hər gün, hər saat yaydığı xəbərlər nə üçündür? Yağış, leysan, sel, çovğun, güclü külək…və s… xəbərdarlıqlarını müvafiq qurumlar ona görə yayır ki, hamı təbiətin ən gözlənilməz təkliflərinə hazır olsun. Təkcə dövlət qurumları yox, hər bir kəs! Televiziya, radio, sayt sinoptiklərin məlumatını ona görə hər saat yayır ki, evdən çıxanda hazırlıqlı olaq.

Çətir götürək.

Avtomobilsiz keçinə biliriksə, piyada gəzək.

Leysan, sel xəbərdarlığı o deməkdir ki, risk ərazilərinə daxil olmayaq. İldırım halında, dolu zamanı nə etmək lazımdır-onu bilək. Və ƏMƏL EDƏK! İnciməsin heç kim, amma, Qlobal İqlim Dəyişmələri nəhayət bizim özümüzü də Dəyişməlidir. Dövlət qurumları da adekvat, çevik olmalıdır. Məsələn, əgər leysanın davamlı xarakter daşıyacağı əvvəldən bəllidirsə və onu da bilirik ki, avtomobil yollarında hərəkət ənənəvi olaraq yenə də çətinləşəcək, o zaman son zamanların ən aktual mövzusu olan yol nişanları, ixtisaslandırılmış yeni zolaqlar hadisə dövründə dərhal qüvvədən salınmalıdır. Cəriməni həyatımız bahasına ödəməməliyik. O xüsusi təyinatlı yollardan, yasaq zonalarından belə hallarda hamı istifadə edə bilməlidir. Risk əraziləri xüsusi nəzarətə götürülməlidir.

Ümumiyyətlə: Bakı çox yüklənib! Tıxac az qala milli təhlükəsizlik mövzusuna çevrilir. Avtomobillərin istifadəsi minimuma endirilməlidir ki, bugün olduğu kimi mürəkkəb vəziyyətlərdə şəhər asan idarə olunsun. Maşın sıxlığı proseslərin idarə edilməsinə mane olmasın. Və bu prosesdə hər kəs anlayışla iştirak etsin. Yağış bundan sonra da yağacaq, leysan yenə də olacaq, tufan, qasırğa, sel, daşqın…da o cümlədən. Olacaqlar. Həm də artacaqlar. Qlobal İqlim dəyişmələri yeni reallıqlar yaradır.

Unutmayaq: Azərbaycan planetin tərkib hissəsidir. Lazımdırsa (və yəqin ki artıq lazımdır), həyətdə, damda, qarajda-əlçatan bir yerdə rezin qayığadək saxlamalıyıq. Maşınımızın yük yerində yüngül çadır olsun bəlkə? Yaponiyada avtomobillərin yük yeri zəlzələ şəraitinə artıq neçə illərdir ki uyğunlaşdırılıb. Hər şeyi dövlət etməli deyil. Mən su basmış həyətləri, yolları, zirzəmiləri, problem yaşayan sakinləri telefonu ilə çəkən çox adam gördüm. Amma FHN, DİN və s. əməkdaşlarına könüllü şəkildə yanaşan, zirzəmilərin sudan təmizlənməsi üçün yardıma tələsən kimisə, bağışlayın, görmədim. Qlobal İqlim Dəyişmələri ilə ayaqlaşmaq üçün ilk növbədə Qlobal İqlim Dəyişmələrini başa düşmək, öz dərində duymaq lazımdır.

Təbiəti hiss etməliyik.

Hava haqqında məlumata diqqətlə qulaq asmalıyıq. Qlobal İqlimlə bərabər biz də dəyişməliyik! İqlimin tərkib hissəsi olaraq! Əks təqdirdə bugün iki nəfər vətəndaşımız üçün sonuncu olan tunel sabah hər birimizi gözləyə bilər.

MİRŞAHİN

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 14 Noyabr 2024 23:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Goldman neft qiymətlərinin 2026 cı ildə daha da düşəcəyini gözləyir

14 Aprel 2025 11:53see176

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see144

Mourinyo yenidən Realı çalışdıra bilər

14 Aprel 2025 13:31see139

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see138

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see136

Məhkəmədə Robert Köçəryan ifşa olundu

14 Aprel 2025 23:43see131

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see130

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see129

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see128

Çin ABŞ a nadir torpaq metallarının ixracını dayandırıb

14 Aprel 2025 12:15see128

Bakıda Art Weekend festivalı keçiriləcək

14 Aprel 2025 14:26see125

Şəhriyar Əsgərov: Hakimlərin bərbad idarəçiliyi bu vəziyyətə gətirib çıxardı

14 Aprel 2025 16:40see121

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see119

Polislə generalın fotosu qarışdı… “Bu şəxs Polad Həşimov deyil” FOTO

14 Aprel 2025 11:49see116

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see115

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see114

Növbəti iki gündə Bakıda leysan yağacaq

14 Aprel 2025 12:25see114

Fidan və Əraqçi İranın nüvə proqramını müzakirə ETDİLƏR

14 Aprel 2025 19:59see113

Cənub şəhərində bir gecə Aliyə Kərimzadənin hekayəsi

14 Aprel 2025 16:01see112

Kreml: Rusiya və ABŞ münasibətləri yaxşılaşdırmaq üçün bərpa yolundadır

14 Aprel 2025 16:13see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri