Icma.az
close
up
RU
Cəsur kəşfiyyatçının şərəfli döyüş yolu

Cəsur kəşfiyyatçının şərəfli döyüş yolu

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 6 oktyabr, AZƏRTAC

“Niyyətin hara, mənzilin ora”, - deyiblər. Orxan uşaqlıqdan hərbçi olmaq arzusu ilə yaşayırdı. Uşaqlarla “dava-dava” oynayar, özünə taxtadan “avtomat” düzəldər, oyuncaq silahlarla oynamaqdan doymazdı. Hələ ibtidai sinifdə oxuyanda hərb sənəti ilə maraqlanır, gələcəkdə zabit olmağı arzulayırdı. Müharibə haqqında çəkilən filmləri izləyirdi. Həmişə valideynlərindən döyüşlərdən bəhs olunan kasetlər almağı xahiş edər, saatlarla oradakı səhnələrə baxardı. Onun bu marağı qardaşı Ənvərə də sirayət etmişdi.

Orta məktəbdə oxuyanda peşəkar boksçu kimi respublikamızda keçirilən yarışlarda iştirak etmiş və dəfələrlə qalib gəlmişdi. Bütün bunlar onun gələcəkdə peşəkar zabit və bacarıqlı kəşfiyyatçı kimi yetişməsində böyük rol oynamışdı.

AZƏRTAC xatırladır ki, Orxan Nadir oğlu Əkbərov 1982-ci il dekabrın 12-də Saatlı rayonunda ziyalı ailəsində doğulmuşdu. Ailənin üçüncü övladı idi. O, əvvəlcə Saatlı şəhərində 3 nömrəli tam orta məкtəbdə, sonra isə Biləsuvar şəhərində 1 nömrəli tam orta məktəbdə təhsil alıb. 2000-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Hərb sənətinin sirlərinə, incəliklərinə dərindən yiyələnib. Məktəbi kəşfiyyat ixtisası üzrə bitirəndən sonra gənc leytenant Füzuli rayonunda hərbi hissəyə tağım komandiri göndərilib. Az sonra onu bölük komandiri təyin ediblər. İntellekti, liderlik bacarığı, nizam-intizamı, vətənpərvərliyi, zəngin təcrübəsi, döyüş tapşırıqlarını uğurla yerinə yetirməsi komandanlıq tərəfindən hər zaman qiymətləndirilib. O, hərbçilər arasında peşəkar boks üzrə keçirilən yarışlarda dəfələrlə qalib gəlib.

Orxanın döyüş meydanında ilk ciddi sınağı 2016-cı il Aprel döyüşlərində olub. Silaha sarılan peşəkar kəşfiyyatçı tabeliyində olan əsgərlərin önündə gedir, Lələtəpə istiqamətində ermənilərin alınmaz qala hesab etdikləri 5 postda onların qurduqları istehkamları yerlə-yeksan edirlər. Meşədə mövqe tutan 100-ə yaxın xüsusi təyinatlı düşmən əsgərinin məhv edilməsində xüsusi rəşadət göstərir. O, dördgünlük Aprel döyüşlərində düşmənə qarşı mübarizə aparmaqda xeyli təcrübə qazanır.

Həmin döyüşlərdən sonra onu Beyləqan və Ağdam rayonlarındakı hərbi hissələrdə kəşfiyyat rəisi təyin edirlər. Rəhbərlik etdiyi hissənin nizam-intizamı, vətənpərvərliyi, çətin tapşırıqları uğurla icra etmək bacarığı ilə seçilməsi onu peşəkar zabit kimi tanınmasında böyük rol oynayır.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı birləşmələrinin genişmiqyaslı təxribatlarına qarşı Azərbaycan Ordusunun əks-hücum əməliyyatları başlananda o, komandir kimi həmişə özündən çox şəxsi heyəti düşünürdü. Tabeliyində olan əsgərləri döyüşə hazırlayır, onları dost, qardaş kimi ağır sınaq günlərində də qorumaq üçün az itki ilə böyük uğur qazanmağın yollarını axtarırdı.

Müharibənin ilk günlərində Orxan Əkbərov əsgərləri ilə birlikdə Füzuli rayonunun Horadiz kəndi istiqamətində düşmənin çoxlu sayda xüsusi təyinatlı əsgərinin, silah və texnikasının məhv edilməsində, istehkamlarının darmadağın olunmasında fədakarlıq nümunələri göstərirdi. Düşmənə kömək üçün tələsən bölüyün silahla dolu 5 avtomobili, 60 nəfərlik canlı qüvvəsi onun rəhbərlik etdiyi əsgərlərin rəşadəti sayəsində məhv edilib.

Təəssüf ki, Orxan Füzulidə gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlir. Oktyabrın 2-də İlanlı dağda şəhid olan polkovnik-leytenantın nəşini götürmək mümkün olmayıb. Bir neçə gün sonra onun nəşi döyüş meydanından çıxarılır və oktyabrın 6-da ata-baba yurdu olan Biləsuvar şəhərində dəfn edilir. Ona ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adı verilib, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Orxanın qardaşı, mayor Ənvər Əkbərov Vətən müharibəsində Murov, Füzuli və Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Azərbaycan Prezidentinin Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub. O, şəhid qardaşından danışarkən deyib: “Qardaşım olsa da, onu müharibədə bir daha tanıdım. Orxanın hərbi xidmət yolu ön xətdə keçmiş, kəşfiyyat bölməsi komandiri vəzifəsindən hərbi hissə komandiri vəzifəsinə kimi yüksəlmişdi. O, Azərbaycan Milli Ordusunda yetişən ən yaxşı kəşfiyyatçılardan biri idi. Vətən müharibəsi zamanı o, öz döyüşçüləri ilə Horadiz kəndi yaxınlığında düşmənin xüsusi təyinatlı qüvvələri ilə üz-üzə gələrək mühasirəyə düşmüşdü. Orxanın yüksək peşəkarlığı, cəsarəti və bacarığı sayəsində mühasirə yarılmış, düşməndən xeyli hərbi silah-sursat qənimət olaraq götürülmüşdü. O, bir komandir olaraq döyüşə şəxsi heyətin önündə gedirdi. Biz ikimiz də eyni istiqamətdə döyüşə qatılmışdıq. Mən təmas xəttindən aralıda fəaliyyət göstərsəm də, Orxanın danışıqlarını çox eşidirdim. Düz bir həftə onun apardığı döyüşün şahidi oldum. O, döyüşü komanda mərkəzindən də idarə edə bilərdi. Orxan elə kəşfiyyatçı idi ki, düşməni bütün detallarına – nəinki canlı qüvvəsinə, döyüş sursatına, hətta əlaqə yolları, əlavə dəstəyinə qədər ən mühüm məlumatları incələyir və öyrənirdi. Komandanlıq tərəfindən ona verilən tapşırığa əvvəlcədən hazırlaşırdı. Belə olan halda uğur əldə etməmək qeyri-mümkün idi. Lakin itkisiz müharibə, şəhidsiz qələbə olmur. Təəssüf ki, həmin şəhidlər sırasında Orxan da oldu”.

Ənvər qardaşı haqqında xatirələrinə davam edərək deyib: “Orxanı hərbi geyimdə görəndən sonra məndə də hərbçi olmaq istəyi yaranıb. Hərbi forma ona o qədər yaraşırdı ki, görəndə qürur hissi keçirirdim. Fiziki cəhətdən çox sağlam, güclü, xaraktercə çox sadə idi. Xüsusi liderlik bacarığı var idi. Elə bil ki, anadan məhz bu iş üçün doğulmuşdu. Onda peşəkar zabit, kəşfiyyatçı üçün lazım olan bütün keyfiyyətlər var idi. Ona görə də belə hərbçilərin itkisi hər kəsi göynədir”.

Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun xatirəsinə vaxtilə yaşadığı evin önündə abidə kompleksi ucaldılıb. Biləsuvar şəhər Musiqi və İncəsənət Məktəbi onun adını daşıyır. Bakı şəhəri, Nizami rayonu, Ərəstun Mahmudov adına 220 nömrəli məktəb-liseyin 3d sinfinə qəhrəmanın adı verilib, sinif otağında şəxsi əşyalarından ibarət guşə yaradılıb. Şəhid komandir haqqında videoçarx hazırlanıb. Ailəsi dövlət tərəfindən 3 otaqlı mənzillə, təqaüdlə təmin olunub.

Polkovnik-leytenantın həyat yoldaşı Nuranə Əkbərova Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun qəbul şöbəsində çalışır. Ömrünün 20 ilə qədərini hərbi xidmətdə keçirən ailəsində iki övlad böyüyür. Qızı Sevilin 13, oğlu Çingizin 12 yaşı var. Çingiz atasının yolunu davam etdirmək arzusundadır. Sevil isə həkim olmağı qarşısına məqsəd qoyub.

Qəhrəmanlıq heç vaxt unudulmur. Vətən müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Orxan Əkbərovun nümayiş etdirdiyi igidlik nümunəsi həmişə xatırlanacaq, gənc nəsil ondan örnək götürəcək, ailə üzvləri, doğmaları isə onunla həmişə fəxr edəcəklər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:275
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Oktyabr 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see509

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see461

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see359

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see300

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see296

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see284

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see267

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see244

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see239

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see232

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see228

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see222

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see220

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see215

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see210

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see198

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see186

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri