Icma.az
close
up
RU
Çex arxeoloqlar Qazaxıstandakı keçmiş QULAQ düşərgələrində genişmiqyaslı qazıntılara hazırlaşır

Çex arxeoloqlar Qazaxıstandakı keçmiş QULAQ düşərgələrində genişmiqyaslı qazıntılara hazırlaşır

Icma.az bildirir, Azertag portalına istinadən.

Praqa, 16 oktyabr, AZƏRTAC

2026-cı ildə Plzen şəhərindəki Qərbi Çexiya Universitetinin mütəxəssisləri Qazaxıstan ərazisində yerləşən keçmiş QULAQ düşərgələrinin ətraflı tədqiqinə başlayacaqlar. Bu barədə AZƏRTAC çex mediasına istinadla xəbər verir.

1930–1950-ci illərdə fəaliyyət göstərmiş həmin düşərgələrdə müxtəlif millətlərdən olan məhbuslar saxlanılıb. Onların arasında repressiyaya məruz qalmış çexlər və slovaklar da olub.

Universitetdə keçirilən mətbuat konfransında bildirilib ki, tədqiqatçılar oktyabrın əvvəlində “Gulag.cz” adlı çex təşkilatı ilə birgə həyata keçirilmiş kəşfiyyat ekspedisiyasından qayıdıblar. Bu təşkilat artıq bir neçə ildir ki, Stalin repressiyalarının çexoslovak əsilli qurbanlarının taleləri barədə məlumatların toplanması ilə məşğuldur.

İlkin səfər zamanı arxeoloqlar əvvəldən məlum olan Karaqanda və Jezkazqan bölgələrindəki üç düşərgə sahəsini tədqiq etməklə yanaşı, daha üç yeni, əvvəllər məlum olmayan obyekti aşkar edə biliblər. Dronlar və yerüstü tədqiqat metodları vasitəsilə mütəxəssislər tikililərin izlərini, tikanlı məftildən hazırlanmış hasar qalıqlarını və məhbusların gündəlik məişət əşyalarının çoxsaylı fraqmentlərini qeydə alıblar.

Layihə rəhbərləri vurğulayıblar ki, tapıntılar məhbusların, o cümlədən çexoslovak əsirlərin gündəlik həyatını, əmək şəraitini və məişətini yenidən bərpa etmək üçün nadir imkan yaradır. Onların arasında ən iri düşərgələrdən biri olan Steplaqda 40-dan artıq xalqın nümayəndələri məhkumluq həyatı yaşayıb.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Oktyabr 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see179

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see164

İTV Ertem Şenerin “Qarabağ”ın oyununda KONKRET

29 Noyabr 2025 21:07see141

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see140

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see139

Doqquz ay keçməsinə baxmayaraq, məsələnin həlli hələ də başa çatmayıb FOTOLAR

29 Noyabr 2025 20:46see137

“Oyunçuları 1 ay buraxmaq istəyirəm ki, gedin, futboldan uzaq olun” Video

29 Noyabr 2025 20:30see137

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see133

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see133

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see128

Qəzzada iki il ərzində ölənlərin sayı açıqlandı

29 Noyabr 2025 23:46see127

MDB ölkələrinin nümayəndə heyətləri Laçın şəhəri ilə tanış olublar FOTOLAR

29 Noyabr 2025 15:42see126

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see126

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see126

Dövlət təhlükəsizliyi üçün vacib addım: Şimalın istifadə edəcəyi radikallar vaxtında zərərsizləşdirilir TƏHLİL

29 Noyabr 2025 18:53see125

Hollivud ulduzunun 71 yaşı var, amma 32 vermək olur VİDEO

30 Noyabr 2025 05:05see124

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see124

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see123

Bu tədqiqat işi nüfuzlu jurnalda dərc edildi MDU nun daha bir uğuru

29 Noyabr 2025 19:48see123

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri