Çexiyalı qapıçı Haşek ABŞ ı futbol üzrə dünya çempionatından məhrum etməyə çağırıb
Icma.az xəbər verir, Oxumeni.az saytına əsaslanaraq.
Keçmiş hokkey qapıçısı Dominik Haşek sosial şəbəkələrində ABŞ-ı Venesueladakı hərəkətlərinə görə futbol üzrə dünya çempionatından məhrum etməyə çağırıb. Oxuməni.az-ın xəbərinə görə, bu barədə “Gazeta.ru” məlumat yayıb.
"Mən ABŞ-ın dünya çempionatından məhrum edilməsi təklifini dəstəkləyirəm. Beynəlxalq hüquqa hörmət etməyən və demokratik ölkələri hərbi təcavüzlə təhdid edən bir ölkə belə böyük beynəlxalq tədbirlər keçirməməlidir", - deyə Haşek yazıb.
ABŞ prezidenti Donald Tramp daha əvvəl yanvarın 3-də Amerika qüvvələrinin Venesuelaya zərbə endirdiyini təsdiqləyib. O, həmçinin bildirib ki, ölkə lideri Nikolas Maduro həyat yoldaşı ilə birlikdə "Delta" xüsusi təyinatlı dəstəsinin döyüşçüləri tərəfindən əsir götürülərək Venesueladan çıxarılıb.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 12 Yanvar 2026 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















