Ceyhun Bayramov: Azərbaycan ərazisindən qonşu və dost İrana qarşı istifadə edilməsi mümkün deyil
Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Seyid Abbas Ərağçi arasında telefon danışığı baş tutub.
AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat paylaşıb.
Telefon danışığı zamanı, İsrailin İran ərazisinə qarşı başladığı əməliyyat nəticəsində yaranmış vəziyyət müzakirə olunub.
Bildirilib ki, İranın xarici işlər naziri İsrail Dövləti tərəfindən həyata keçirilmiş hücum, eləcə də İran tərəfindən atılan addımlar barədə məlumat verib.
Nazir Ceyhun Bayramov bölgədə vəziyyətin gərginləşməsindən narahatlıq ifadə edib. İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, digər rəsmi şəxslərin və İran vətəndaşlarının həlak olması ilə bağlı başsağlığı diləklərini çatdırıb. Nüvə obyektlərinin ətrafında mövcud vəziyyətin narahatlıq doğurduğu vurğulanıb. Mövcud problemləri yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyin vacib olduğu diqqətə çatdırılıb.
Bununla yanaşı, Azərbaycan ərazisinin hər hansı bir ölkə tərəfindən üçüncü ölkəyə, o cümlədən, qonşu və dost İrana qarşı istifadə edilməsinin mümkün olmadığı vurğulanıb.
İranın hava məkanının bağlı olduğu nəzərə alınaraq, Azərbaycanın quru sərhədindən istifadə etməklə müxtəlif ölkələrin və İranın nümayəndələrinə keçid üçün şərait yaradıldığı barədə məlumat verilib.
Münaqişənin geniş bölgəyə yayılması təhlükəsini nəzərə alaraq, diplomatik səylərin bərpa edilməsinin əhəmiyyəti bir daha qeyd olunub.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 Bu mövzuda digər xəbərlər:
Bu mövzuda digər xəbərlər: Baxış sayı:70
Baxış sayı:70 Bu xəbər 14 İyun 2025 15:26 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 14 İyun 2025 15:26 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















