Ceyhun Bayramov: Azərbaycan sülhün təşviqçisi kimi tanınır
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, regionda dayanıqlı sülhün təmin olunması və ərazi bütövlüyünün möhkəmləndirilməsi istiqamətində əməkdaşlıq çoxtərəfli formatda davam etdirilir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, bu çərçivədə əlaqələrin genişləndirilməsi, diplomatik nümayəndəlik şəbəkəsinin inkişafı və beynəlxalq müstəvidə mövqelərin daha da gücləndirilməsi əsas prioritetlərdəndir.
“Bu proseslər Şanlı Zəfərdən sonrakı dövrdə tarixi ədalətin bərpası və qarşıya qoyulan vəzifələrin icrasına xidmət edir”, – deyə Ceyhun Bayramov vurğulayıb.
Xarici işlər naziri əlavə edib ki, beynəlxalq iqtisadi əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi də diqqət mərkəzindədir. Azərbaycanın təşkilatçılığı ilə keçirilən nüfuzlu beynəlxalq tədbirlər ölkəmizin beynəlxalq arenada mövqelərinin daha da güclənməsinə təkan verir:
"Bu gün Azərbaycan beynəlxalq əməkdaşlıq baxımından regionun aparıcı dövləti, etibarlı tərəfdaş və sülhün təşviqçisi kimi tanınır".
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 26 Dekabr 2025 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















