Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Ceyhun Bayramov Butbiqinlə görüşdü

Ceyhun Bayramov Butbiqinlə görüşdü

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə olan Pan-Afrika Parlamentinin prezidenti Fateh Butbiqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Axar.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ceyhun Bayramov qonaqları salamlayaraq, Azərbaycan ilə Afrika ölkələri arasında əlaqələrin son illərdə dinamik şəkildə inkişaf etdiyini qeyd edib. Bu xüsusda, qarşılıqlı səfərlərin, siyasi məsləhətləşmələrin, habelə parlamentlərarası əlaqələrin ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Azərbaycanın Afrika qitəsi ilə münasibətlərin inkişafına xüsusi önəm verdiyi bildirilib.

Ölkəmizin Afrika ölkələri ilə qarşılıqlı səfərlərin intensivləşdirilməsi və müxtəlif sahələrdə yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.

Nazir Ceyhun Bayramov Azərbaycan Milli Məclisinin parlament diplomatiyasının inkişaf etdirilməsi, Afrika ölkələrinin parlamentləri ilə əlaqələrin möhkəmləndirilməsi və Pan-Afrika Parlamenti ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərini xüsusi qeyd edib. Milli Məclis ilə Pan-Afrika Parlamenti arasında imzalanmış anlaşma memorandumunun mühüm əhəmiyyət daşıdığı bildirilib.

Tərəflər Azərbaycanın beynəlxalq və regional platformalarda sədrliyi və fəaliyyəti barədə də fikir mübadiləsi aparıblar. Nazir Ceyhun Bayramov Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Hərəkatın institusional inkişafına mühüm töhfələr verdiyini bildirib. Bu çərçivədə, Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin və Gənclər Təşkilatının yaradılmasının, eləcə də Hərəkat çərçivəsində həmrəylik və qarşılıqlı dəstəyin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

COVID-19 pandemiyası dövründə Azərbaycanın beynəlxalq həmrəyliyin gücləndirilməsi istiqamətində irəli sürdüyü təşəbbüslər barədə məlumat verilib. Qeyd olunub ki, Azərbaycan pandemiya ilə mübarizə çərçivəsində 80-dən çox ölkəyə, onların əksəriyyəti Qoşulmama Hərəkatının üzvləri olmaqla, maliyyə və humanitar yardım göstərib, həmçinin post-pandemiya dövründə Afrikada və Kiçik Ada İnkişaf etməkdə olan Dövlətlərində bərpa proseslərinin dəstəklənməsi üçün vəsait ayırıb. Bununla yanaşı, vaksinlərin bərabər paylanması ilə bağlı qətnamənin qəbul olunduğu xatırlanıb.

Azərbaycanın COP29 sədrliyi çərçivəsində inkişaf etməkdə olan ölkələrin, o cümlədən Afrika dövlətlərinin iqlim maliyyəsinə çıxışının genişləndirilməsi istiqamətində aparılan işlər və Bakıda qəbul olunmuş qərarların əhəmiyyəti qeyd olunub.

Görüş zamanı Azərbaycanın yerləşdiyi regionda oynadığı rol, Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər, habelə keçmiş Ermənistan-Azərbaycan münaqişəsindən sonra regionda yaranmış yeni reallıqlar barədə qarşı tərəfə məlumat verilib.

Nazir Ceyhun Bayramov Azərbaycanın ərazilərinin işğaldan azad edilməsindən sonra həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərindən bəhs edib.

Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığının yalnız siyasi və diplomatik sahə ilə məhdudlaşmadığı, enerji, nəqliyyat, kənd təsərrüfatı, mədən sənayesi, təhsil, humanitar və digər istiqamətlərdə əməkdaşlıq üçün geniş potensialın mövcud olduğu qeyd olunub. Azərbaycan tərəfindən Afrikada təhsil və tibbi proqramlara, eləcə də institusional potensialın inkişafına göstərilən dəstəyin əhəmiyyəti vurğulanıb.

Pan-Afrika Parlamentinin prezidenti Fateh Butbiq Azərbaycanın Afrika qitəsi ilə əlaqələrin inkişaf etdirilməsinə verdiyi önəmi, habelə parlament diplomatiyası və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi istiqamətində həyata keçirdiyi təşəbbüsləri yüksək qiymətləndirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://axar.az
archiveBu xəbər 16 Sentyabr 2026 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see587

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see496

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see450

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see321

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see307

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see300

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see292

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see279

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see263

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see255

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see244

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see231

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see228

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see205

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see201

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see201

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see198

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see185

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see185

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri