Kembric alimləri atomdan 100 milyard dəfə kiçik miqyasda siqnallar aşkar ediblər
Azertag saytına istinadən Icma.az xəbər verir.
London, 3 noyabr, AZƏRTAC
Böyük Britaniyanın Kembric şəhərində fəaliyyət göstərən tədqiqat qrupu təbiətin indiyədək araşdırılmış ən kiçik miqyasında – atomdan təxminən 100 milyard dəfə kiçik səviyyədə siqnallar qeydə alıb.
AZƏRTAC BBC-yə istinadən xəbər verir ki, bəzi fiziklərin “zeptokainat” adlandırdığı bu mikromiqyasdakı tədqiqat İsveçrə və Fransa sərhədində yerləşən Avropa Nüvə Tədqiqatları Təşkilatının (CERN) Böyük Adron Kollayderində (LHC) həyata keçirilən eksperimentin nəticələrinə əsaslanır. Eksperiment zamanı hissəciklər yüksək enerji ilə toqquşdurulub və nəticədə yaranan daha kiçik elementlərin qarşılıqlı təsiri öyrənilib. Tədqiqatçıların xüsusi diqqətini çəkən elementlərdən biri “beauty quark” (gözəllik kvarkı) adlanan subatom hissəciyi olub. Bu kvarkın iştirak etdiyi qeyri-sabit hissəciklər olduqca qısa müddətdə parçalanır. Alimlər saniyənin təxminən 1,5 trilyonda biri qədər davam edən bu prosesləri araşdıraraq, son dərəcə kiçik miqyasda baş verən fiziki qarşılıqlı təsirlərə dair mühüm məlumatlar əldə ediblər.
Tədqiqatın əsas məqsədlərindən biri kainatın böyük hissəsini təşkil edən, lakin indiyədək birbaşa müşahidə olunmayan qaranlıq maddənin təbiətini daha yaxşı anlamaqdır. Alimlər qaranlıq maddənin mövcudluğunu onun adi maddəyə göstərdiyi qravitasiya (cazibə) təsirinə əsasən müəyyən etsələr də, bu maddəni təşkil edən hissəcikləri hələlik birbaşa aşkar edə bilməyiblər.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 03 Noyabr 2026 14:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















