Ceyhun Bayramov Əli Kərimli ilə bağlı suala cavab verdi
Icma.az bildirir, Modern.az portalına istinadən.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Politico” jurnalistinin Əli Kərimli ilə bağlı sualına cavab olaraq bildirib ki, müxalifət təmsilçisi olmaq heç kəsi hüquqi məsuliyyətdən azad etmir.
Modern.az xəbər verir ki, XİN rəhbəri bunu Bakıda Almaniyanın xarici işlər naziri Yohan Vadefulla birgə mətbuat brifinqində deyib.
“Politico”nun jurnalisti Əli Kərimlinin həbsi və barəsində aparılan məhkəmə prosesi ilə bağlı Avropada səslənən narahatlıqlara toxunub. O, Bayramovdan bu narahatlıqları və məsələnin Azərbaycandakı investisiya mühitinə mümkün təsiri barədə xəbərdarlıqları necə qiymətləndirdiyini soruşub.
C. Bayramov hər kəsin qanun qarşısında bərabər olduğunu vurğulayıb. Onun sözlərinə görə, hüquqi araşdırma Azərbaycan qanunvericiliyinə uyğun aparılır və məhkəmənin yekun qərarı suallara cavab verəcək.
Baxış sayı:49
Bu xəbər 18 Noyabr 2026 11:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















