Icma.az
close
up
RU
Ceyhun Bayramov Finlandiya XİN başçısına ATƏTin bir sıra təsisatlarının ləğvinin vacibliyini bildirib YENİLƏNİB

Ceyhun Bayramov Finlandiya XİN başçısına ATƏTin bir sıra təsisatlarının ləğvinin vacibliyini bildirib YENİLƏNİB

Icma.az, Report.az portalına istinadən məlumat verir.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 5-də ATƏT-in Nazirlər Şurasının 31-ci iclasında iştirakı çərçivəsində Finlandiya Respublikasının xarici işlər naziri Elina Valtonen ilə görüşüb.

"Report"a Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı Azərbaycan və Finlandiya arasında əməkdaşlıq perspektivləri, növbəti il Finlandiyanın ATƏT-ə sədrliyindən irəli gələn məsələlər, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycanın COP29 sədrliyi zamanı iqlim dəyişmələri ilə mübarizə sahəsində əldə edilmiş tarixi əhəmiyyətli razılıqları, ölkənin iqlim fəaliyyəti gündəliyinin irəli aparılması istiqamətində səyləri diqqətə çatdırıb.

Qarşı tərəf, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, mina təhdidi ilə mübarizə, habelə Azərbaycan-Ermənistan normallaşma gündəliyi barədə ətraflı məlumatlandırılıb.

Sülh müqaviləsinin bir çox müddəalarının artıq razılaşdırılmasına, habelə sərhədlərin delimitasiyası üzrə irəliləyişlərin mövcudluğuna baxmayaraq, Ermənistan Konstitusiyası və digər qanunvericilik aktlarında ölkəmizə qarşı ərazi iddialarının davam etdirilməsinin prosesə maneə törətdiyi bildirilib.

Ceyhun Bayramov, həmçinin Finlandiyaya qarşıdan gələn ildə ATƏT-ə sədrliyi dövründə uğurlar arzu edib, təşkilatın funksionallığı və effektivliyinin artırılması istiqamətində səyləri dəstəkləməyə hər zaman hazır olduğumuzu qeyd edib. Bu baxımdan, xüsusilə ATƏT-in keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin qalığı olan təsisatlarının artıq aktuallığını itirməsi baxımından ləğvinin Təşkilatın fəaliyyətinin səmərəliliyi istiqamətində əhəmiyyəti qeyd olunub.

Görüşdə, tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər regional mövzular ətrafında fikir mübadiləsi aparıb.

13:51

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasında iştirakı çərçivəsində finlandiyalı həmkarı Elina Valtonen ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” sosial şəbəkəsindəki paylaşımında deyilir.

“Görüşdə tərəflər Finlandiyanın ATƏT-ə qarşıdakı sədrliyi zamanı əməkdaşlığın perspektivlərini, eləcə də ikitərəfli gündəlikdəki məsələləri müzakirə ediblər”, - məlumatda bildirilib.

Bayramov Valtonenə Cənubi Qafqazda münaqişədən sonrakı vəziyyət, davam edən mina təhlükəsi və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin hazırkı vəziyyəti barədə məlumat verib.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://report.az
archiveBu xəbər 05 Dekabr 2024 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see260

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see203

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see200

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see197

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see169

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see166

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see160

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see152

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see145

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see140

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see139

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see136

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see131

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see130

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see128

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see126

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see124

İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə maraqlı Reaksiya

09 Dekabr 2025 10:10see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri