Icma.az
close
up
RU
Sahibə Qafarova İtaliya Deputatlar Palatasının sədri Lorenzo Fontana ilə görüşüb

Sahibə Qafarova İtaliya Deputatlar Palatasının sədri Lorenzo Fontana ilə görüşüb

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Milli Məclisin sədri Sahibə Qafarova İtaliya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Deputatlar Palatasının sədri Lorenzo Fontana ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə ölkələr və parlamentlər arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb.

Azərbaycan Milli Məclisinin sədrini səmimiyyətlə salamlayan Lorenzo Fontana inamını ifadə edib ki, bu səfər parlamentlərimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcək.

O, Azərbaycanla münasibətlərin İtaliya üçün əhəmiyyət kəsb etdiyini bildirərək, bu çərçivədə parlamentlər arasında da əlaqələrin inkişafından məmnunluğunu bildirib. Lorenzo Fontana Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə böyük əhəmiyyət verdiklərini, İtaliyanın bu münasibətlərin daha da inkişafına hər cür dəstək verməyə hazır olduğunu söyləyib. O, Azərbaycanın güclü və sabit ölkə kimi inkişaf etməsindən məmnunluq ifadə edib.

Bu səfərin onun İtaliya Respublikasına ikinci rəsmi səfəri olduğunu deyən Milli Məclisin sədri bildirib ki, bu, ölkəmizin İtaliya Parlamenti ilə münasibətlərə nə qədər əhəmiyyət verdiyini göstərir.

İtaliyanın Azərbaycanın ən yaxın tərəfdaşlarından biri olduğunu bildirən spiker Sahibə Qafarovanın sözlərinə görə, ölkələr arasında bir çox sahələri əhatə edən münasibətlər dostluq və əməkdaşlıq ruhunda inkişaf edir.

Söhbət zamanı əlaqələrimizin inkişafında siyasi təmasların, o cümlədən yüksək səviyyəli səfərlərin və görüşlərin müstəsna rolu qeyd edilərək, xüsusilə prezidentlər səviyyəsində baş tutan qarşılıqlı səfərlərin münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsində vacib əhəmiyyət daşıdığı vurğulanıb.

Görüşdə tərəflər ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən biri kimi parlamentlərin qarşılıqlı fəaliyyətinin vacib rolunu vurğulayıblar. Diqqətə çatdırılıb ki, parlament dostluq qrupları, digər parlament nümayəndə heyətləri səviyyəsində qarşılıqlı səfərlərdə yaxşı təcrübə mövcuddur. Milli Məclisin nümayəndələrinin İtaliyaya səfərləri ilə yanaşı, ölkəmizdə keçirilən bir çox mühüm tədbirlərdə italiyalı parlament üzvləri iştirak ediblər. Qanunverici orqanlar arasında münasibətlərin daha da dərinləşməsində dostluq qruplarının birgə fəaliyyətinin vacibliyi də qeyd edilərək, onların müntəzəm təmaslar, dialoq və fikir mübadiləsi ilə parlamentlər arasında körpü rolunu oynadığı diqqətə çatdırılıb.

Söhbət zamanı təhsil, elm və mədəniyyət sahələrində də əlaqələrin böyük əhəmiyyət kəsb etdiyi, bu cür əməkdaşlığın ölkələr arasında əlaqələrin gücləndirilməsinə, insanlar arasında təmasların möhkəmlənməsinə töhfə verdiyi qeyd edilib. Bu baxımdan Azərbaycanın, xüsusilə Heydər Əliyev Fondunun İtaliyada həyata keçirdiyi bir sıra mədəniyyət layihələrinin əhəmiyyəti vurğulanıb.

Milli Məclisin sədri Sahibə Qafarova Deputatlar Palatasının sədri Lorenzo Fontananı Azərbaycana səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul edilib.

Görüşdə həmçinin qarşılıqlı maraq kəsb edən bir sıra məsələlər ətrafında, o cümlədən regionda və daha geniş coğrafiyada mövcud olan vəziyyət barədə fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 22 Yanvar 2025 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see440

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see274

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see209

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see204

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see187

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see186

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see185

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see181

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see176

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see175

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see171

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see155

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see155

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see152

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see148

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see145

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see142

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see138

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri