Ceyhun Bayramov Mərkəzi Afrikalı həmkarı ilə görüşdü
Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Mərkəzi Afrika Respublikasının xarici işlər, Frankofoniya və Xaricdəki Mərkəzi Afrikalılar naziri Silvi Baipo-Temon ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə nazirlik "X" sosial media hesabında paylaşım edib.
Qeyd olunub ki, nazirlər Azərbaycan-Mərkəzi Afrika Respublikası arasındakı münasibətlərinin inkişaf perspektivlərini müzakirə edərək, Azərbaycanın Afrika ölkələri ilə əlaqələrin möhkəmləndirilməsinə və siyasi, iqtisadi, mədəni, təhsil və elmi sahələrdə əməkdaşlığın genişləndirilməsinə verdiyi strateji əhəmiyyəti vurğulayıblar.
BMT, Afrika İttifaqı və digər çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq məsələləri də nəzərdən keçirilib.
Nazirlər Mərkəzi Afrika Respublikasından olan tələbələrin İslam Əməkdaşlıq Təşkilatına (İƏT) və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün yaradılmış Azərbaycanın təhsil təqaüd proqramlarından yararlanmasını məmnunluqla qeyd ediblər.
Yeni diplomatik münasibətləri rəsmiləşdirmək məqsədilə nazirlər "Azərbaycan Respublikası ilə Mərkəzi Afrika Respublikası arasında Diplomatik Münasibətlərin Qurulması haqqında Birgə Kommunikeni" imzalayıblar.
Bu tarixi sənəd münasibətlərimizdə yeni səhifə açır və qarşıdakı illərdə ikitərəfli əlaqələrin genişləndirilməsi üçün möhkəm zəmin yaradır.
Baxış sayı:71
Bu xəbər 23 Sentyabr 2026 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















