Ceyhun Bayramov norveçli nazirlə görüşüb
![](https://www.aznews.az/storage/2024/11/16/0df431d7-86b2-37ec-8b57-70fc758f3a4d_850_(1).jpg)
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Norveç Krallığının beynəlxalq inkişaf naziri Anne Beate Tvinnereym ilə görüşüb.
Aznews.az xəbər verir ki, görüşdə Azərbaycanın COP29-da sədrliyi çərçivəsində Norveçlə əməkdaşlıq imkanları, həmçinin regional məsələlər müzakirə edilib.
Ceyhun Bayramov COP29-un sədrliyinin gündəliyi, Azərbaycanın iqlimlə mübarizə və iqlimin maliyyələşdirilməsi sahəsində təşəbbüsləri barədə məlumat verib.
![see](https://icma.az/template/assets/see.png)