Ceyhun Bayramov polşalı həmkarı ilə GÖRÜŞDÜ FOTO
Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
Bu gün "Ukraynanın Bərpası Konfransı" çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov polşalı həmkarı Radoslav Sikorski ilə görüşüb.
Moderator.az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı tərəflər Polşa-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətini və inkişaf perspektivlərini nəzərdən keçiriblər. Dialoqun əsas mövzularını praqmatik əməkdaşlığın gücləndirilməsi, habelə iki ölkə arasında hazırlanması nəzərdə tutulan yeni saziş layihələri üzərində işin sürətləndirilməsi təşkil edib.
Nazirlər cari regional və beynəlxalq gündəliyə dair fikir mübadiləsi aparıblar. Görüşdə Ukraynaya göstərilən dəstək məsələləri, eləcə də Cənubi Qafqazda mövcud vəziyyət və bölgədəki inkişaf dinamikası ətraflı müzakirə olunub. Ceyhun Bayramov regiondakı proseslərlə bağlı Azərbaycan tərəfinin mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb.
Baxış sayı:97
Bu xəbər 25 İyun 2026 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















