Icma.az
close
up
RU
Ceykobs: Azərbaycan onlarla ölkənin etibarlı təchizatına çevrilib

Ceykobs: Azərbaycan onlarla ölkənin etibarlı təchizatına çevrilib

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Azərbaycanla münasibətlərinə böyük önəm verir. Cənub Qaz Dəhlizi ortaq maraqlara əsaslanan, uğurlu ikitərəfli tərəfdaşlığımızın təməlini təşkil edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Enerji Resursları Bürosunun baş məsləhətçisi Erik Ceykobs Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ambisiyanın təcəssümü olan Cənub Qaz Dəhlizi Azərbaycanın zəngin enerji daşıyıcılarını nəinki ölkənin, həmçinin regionun rifahı üçün istifadə etməyə imkan verir.

“Bununla da, Azərbaycan artıq onlarla ölkənin etibarlı təchizatına çevrilib. ABŞ kimi Azərbaycan da nəhəng enerji ehtiyatlarına malikdir. ABŞ Prezidenti Donald Tramp enerjini Amerikanın üstünlüyünün təməl daşı və onun təhlükəsizliyinin açarı adlandırırdı. Ölkəmizin enerji zənginliyi sayəsində iqtisadi imkanlar yaratmaq, səhiyyə və təhsili təkmilləşdirmək, vətəndaşlarımızın həyatlarını yaxşılaşdırmaq hər yaxşı ölkənin vəzifəsidir”,- Erik Ceykobs qeyd edib.

O vurğulayıb ki, təbii qaz artıq qeyri-müəyyən və bilinməyən enerji gələcəyinə keçid üçün aralıq rolunu oynayan yanacaq kimi qəbul edilmir: “Təbii qaz hamımız üçün etibarlı, əlçatan və təhlükəsiz enerji mənbəyidir və gələcək on illiklərdə də belə olacaq. Seçim yanacağı olan təbii qaz artıq qlobal enerji tələbatını qarşılamaq üçün vacibdir. Bir neçə gün əvvəl Səngəçal terminalında oldum. Görünür ki, Azərbaycan təbii qazın ölkənin, Avropanın və bütün dünyanın gələcəyi üçün əsas enerji mənbəyi olduğunu heç vaxt unutmayıb. Ölkəmiz, o cümlədən ABŞ şirkətləri sizin və enerji sənayenizin iqtisadi artımı və enerji təhlükəsizliyi üçün imkanları müəyyənləşdirmək və sürətləndirmək məqsədilə tərəfdaş olmağı səmimiyyətlə arzulayır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 04 Aprel 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see407

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see350

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see314

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see254

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see253

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see232

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see226

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see223

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see216

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see212

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see209

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see209

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see207

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see205

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see195

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see192

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see188

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri