Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Azad Qarabağ ölkənin tunellər, körpülər məkanına çevrilib

Azad Qarabağ ölkənin tunellər, körpülər məkanına çevrilib

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son 5 ildə bölgədə 70 kilometr tunel çəkilib, 435 körpü salınıb

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər ölkədə müasir və keyfiyyətli yol-nəqliyyat infrastrukturunun formalaşdırılması istiqamətində genişmiqyaslı layihələr həyata keçirilib. Bunun nəticəsində respublika daxilində bölgələrarası əlaqələr daha da möhkəmlənib, Azərbaycan beynəlxalq nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib. Bu nəhəng infrastrukturla ölkədə sülhün, təhlükəsizliyin və inteqrasiyanın gələcək təminatı reallaşıb.

Dövlət başçısı yol infrastrukturunu yalnız texniki sahə kimi deyil, həm də milli təhlükəsizliyin əsas sütunlarından biri kimi dəyərləndirərək dəfələrlə vurğulayıb ki, xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən yol layihələri insanların hərəkət imkanlarını genişləndirməklə yanaşı, kənd təsərrüfatı, turizm, sənaye və xidmət sektorlarının inkişafına ciddi təkan verir. Bu təşəbbüslərin gerçəkləşdirilməsi regionların sosial-iqtisadi potensialının açılması və əhalinin rifahının yüksəldilməsi baxımından strateji əhəmiyyət daşıyır.

Ölkə rəhbəri Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılış mərasimindəki çıxışında hazırda Böyük Qayıdış Proqramının uğurla reallaşdığını, şəhər və kəndlərin Baş planlarının hazırlandığını, artıq 5 il ərzində çəkilən tunellərin uzunluğunun 70 kilometrə çatdığını, habelə 500 körpüdən 435-nin inşa olunduğunu diqqətə çatdırıb.

Xatırladaq ki, həmin körpülər Zəfər yolu, Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd, Əhmədbəyli–Füzuli–Şuşa, Toğanalı–Kəlbəcər–İstisu, Xudafərin–Qubadlı–Laçın magistralları, Bərdə–Ağdam və Horadiz–Ağbənd dəmir yolları üzərində həyata keçirilən nəhəng infrastruktur layihələri çərçivəsində tikilib. Bu infrastrukturlar bölgənin çətin relyefində nəqliyyatın fasiləsizliyini gerçəkləşdirmək, çay keçidlərini və dərələri birləşdirmək məqsədilə ən müasir standartlara uyğun inşa edilib.

Buradan aydın görünür ki, Azərbaycan hökuməti Qarabağ və Şərqi Zəngəzurda Vətən müharibəsindən ötən müddətdə yol-nəqliyyat siyasətində sistemli və ardıcıl proqramlara əsaslanaraq mövcud sahənin inkişafını daim diqqətdə saxlayıb. Bu istiqamətdə önəmli təşəbbüslərin gerçəkləşdirilməsini şərtləndirən “Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəzərdə tutulan layihələrin icrası ilə minlərlə kilometr uzunluğunda avtomobil yolları yenidən qurulub, yüzlərlə körpü və keçid tikilib. Bununla da sözügedən coğrafiyadan ölkə ərazisinin, demək olar ki, hər bir guşəsinə rahat və təhlükəsiz nəqliyyat çıxışının gerçəkləşməsinə əlverişli imkan yaradılıb. Bu isə, ilk növbədə, regional bərabərlik və milli həmrəyliyin mühüm təməli kimi yüksək dəyərləndirilib.

İşğaldan azad edilən ərazilərdə yaradılan yeni yol-nəqliyyat şəbəkəsi təkcə iqtisadi məqsədlərə deyil, həm də strateji təhlükəsizliyə xidmət edir. Yolların bərpası regionun müdafiə qabiliyyətini gücləndirir, sərhədyanı ərazilərə nəzarəti asanlaşdırır, fövqəladə hallarda operativ hərəkətliliyi reallaşdırır. Bu yollar, eyni zamanda, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan və Türkiyəyə qədər uzanan geniş kommunikasiya xəttinin tərkib hissəsi kimi də mühüm funksiyaya malikdir. Uzunmüddətli perspektivdə bu şəbəkənin Zəngəzur dəhlizi ilə inteqrasiya olunaraq ölkəmizin tranzit imkanlarını daha da artıracağı proqnozlaşdırılır.

Prezident İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılış mərasimindəki nitqində yol tikintisi ilə bağlı səsləndirdiyi göstəricilər Azərbaycanın iqtisadi gücünün, müasir mühəndislik təcrübəsinin və dövlətin planlı fəaliyyətinin real nəticəsidir. Təbii ki, işğaldan azad edilən coğrafiyada yol və körpülərin istismara verilməsi nəqliyyat sistemində sıxlıq və tıxacların aradan qaldırılması, vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsinin gerçəkləşdirilməsi baxımından xüsusi önəm daşıyır.

Murovdağ tuneli milli mühəndislik zəfəridir

Prezident İlham Əliyev ötən il avqustun 21-də Kəlbəcər şəhərinə köçən sakinlərlə görüşündə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında dünyanın ən modern yol infrastrukturunun yaradılması barədə deyib: “Kəlbəcər həmişə ucqar rayon sayılırdı, çünki yollar yox idi. Yüz il bundan əvvəl, ümumiyyətlə, yol yox idi, ancaq atlarla hərəkət etmək mümkün idi. Sovet hakimiyyəti dövründə çəkilmiş yollar da ensiz və təhlükəli idi. Biz Mehriban xanımla işğaldan sonra ilk dəfə Kəlbəcərə, təbii ki, Ömər aşırımından gəldik. O vaxt o yol demək olar ki, bir cığır olmaqla çox təhlükəli idi… Mən o vaxt dərhal göstəriş verdim ki, biz mütləq Gəncə istiqamətindən Kəlbəcərə müasir yol çəkməliyik. Çünki bilirsiniz ki, o vaxt biz Ağdərə – Kəlbəcər yolundan istifadə edə bilmirdik. Ona görə dərhal işlər başlandı və bu gün biz Mehriban xanımla Kəlbəcərə gələndə daha Ömər aşırımından yox, ilk dəfə olaraq tuneldən keçdik. Bu da uzunluğuna görə Avropada beşinci tuneldir. Təxminən 12 kilometr uzunluğunda ən böyük tunel”.

Dövlət başçısının sözlərinə görə, Kəlbəcərə getmək üçün inşa edilən digər yol Naftalandan başlayaraq, Ağdərədən keçir. İşğal dövründə qəsbkarların istifadə etdikləri bu magistral da kələ-kötürlüyü səbəbindən narahatlıq doğurur. İndi o yol da genişləndirilir. Üçüncü istiqamət isə Kəlbəcər-Laçın yoludur, təhlükəlidir. Hazırda o yola da dördzolaqlı tunellərlə, körpülərlə tamamilə yeni dizayn verilir.

Qarabağ və Şərqi Zəngəzurda inşa olunan ən mühüm layihələrdən biri Toğanalı – Kəlbəcər – İstisu avtomobil yoludur. Bu yol təkcə Kəlbəcər rayonunu əsas magistral şəbəkəyə bağlamır, eyni zamanda, bölgənin təbii resurslara, turizm obyektlərinə və sərhəd infrastrukturuna çıxışını gerçəkləşdirir. Magistralın 56 kilometrini Toğanalı-Kəlbəcər hissəsi, 26 kilometrini isə Kəlbəcər-İstisu hissəsi təşkil edir. Avtomobil yolunun 13,5-ci kilometrliyindən Murovdağ silsiləsi başlayır. Beləliklə, yolun ən mühüm hissəsi Murovdağ silsiləsindən keçir.

Ümumi uzunluğu, təxminən, 80 kilometr olan və üzərində çoxsaylı körpülər, qalereyalar, süni qurğular, eləcə də yüksək dağ massivlərini aşmaq üçün nəhəng tunel sistemləri yerləşən bu layihə həm çətin relyef, həm də ekstremal iqlim şəraiti baxımından ölkə tarixində ən mürəkkəb mühəndislik işlərindən biridir. Müasir texnologiyalar əsasında inşa edilən magistral xəttin əsas xüsusiyyəti onun sosial-iqtisadi və turistik təsirinin çoxşaxəli olmasıdır.

Kəlbəcərin zəngin mineral su mənbələrinin, o cümlədən məşhur İstisu sanatoriyasının yenidən fəaliyyətə başlaması üçün bu yol həyati əhəmiyyət daşıyır. Yol, eyni zamanda, regionun ekoturizm, dağ turizmi və sağlamlıq istirahəti potensialını reallaşdırmaqla yanaşı, yerli əhalinin məhsullarını bazarlara çıxarma imkanlarını da genişləndirir.

Xatırladaq ki, dövlətimizin başçısının iştirakı ilə 2021-ci ilin avqustunda Toğanalı – Kəlbəcər – İstisu avtomobil yolunun təməlqoyma mərasimi keçirilib. Ötən il avqustun 21-də isə yolun 13,5-ci kilometrliyində inşa edilən və uzunluğu 11,7 kilometr olan Murovdağ tunelinin texniki açılışı gerçəkləşdirilib.

Bu avtomobil yolu Göygöl rayonunun Toğanalı kəndindən başlayaraq işğaldan azad edilmiş Kəlbəcərdən keçir və məşhur İstisu istirahət zonasına qədər uzanır. Yolun rayon mərkəzi ilə yanaşı, bölgənin yaşayış məntəqələrinə rahat və təhlükəsiz nəqliyyat əlaqəsini təmin edəcəyi, kənd təsərrüfatının, turizmin inkişafına töhfə verəcəyi gözlənilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş rayonlarımızın qısa müddətdə bərpası, o cümlədən həmin bölgələrdə müasir yol-nəqliyyat infrastrukturunun yaradılması, eləcə də çox çətin coğrafi şəraitdə sözügedən avtomobil yolu kimi strateji əhəmiyyətə malik layihənin icrası diqqətdə saxlanılır.

Yüksək yeraltı yol texnologiyası

Toğanalı – Kəlbəcər – İstisu avtomobil yolunun mühüm tərkib hissəsi kimi inşa olunan Murovdağ tuneli Azərbaycan mühəndisliyinin rəmzinə çevrilməkdədir. Dünyanın ən uzun avtomobil tunellərindən biri olan bu infrastrukturun iki gediş və iki gəliş olmaqla 4 hərəkət zolaqlı olacağı nəzərdə tutulur. Layihə çərçivəsində Murovdağ tunelindən əlavə ümumi uzunluğu 2636 metr olan daha dörd tunel də tikilir.

Uzunluğuna görə Murovdağ tuneli dünyada 18-ci, Avropada 5-ci, MDB məkanında isə 1-ci olacaq. Murovdağ silsiləsini keçən bu nəhəng infrastruktur, eyni zamanda, Azərbaycanı Şərqi Zəngəzurla birləşdirən strateji qovşaqlardan biri kimi çıxış edəcək, mühəndislik baxımından çətinliyinə və strateji əhəmiyyətinə görə isə misilsiz layihə olaraq tarixə düşəcək. Bu tunel vasitəsilə qış aylarında da fasiləsiz nəqliyyat əlaqəsi təmin olunacaq, dağlıq relyefin yaratdığı maneələr aradan qaldırılacaq. Beləliklə, Azərbaycanın qərb rayonları ilə Kəlbəcər və Laçın istiqamətində hərəkət ilboyu sabit və təhlükəsiz şəkildə gerçəkləşəcək.

Yeri gəlmişkən, tunellərin uzunluğu həm texniki çətinliklər, həm də layihə təhlükəsizliyi baxımından mühüm rol oynayır. Dünyada ən uzun yol tunellərinə gəldikdə isə qeyd edək ki, hazırda bu infrastruktur (Lærdal) Norveçdədir və uzunluğu 24,51 kilometrdir. İkinci sırada yer alan “WestConnex” (Avstraliya)”, təxminən, 22,4 kilometr, sonrakı sırada isə qərarlaşan “Yamate” (Yaponiya) 18,20 kilometr uzunluğundadır.

Murovdağ tuneli dəniz səviyyəsindən 1700 – 3250 metr yüksəklikdə yerləşən mürəkkəb dağlıq relyefdə inşa olunur. Bu səbəbdən layihənin icrasında müasir geoloji monitorinq, dağ süxurlarının analiz sistemləri və yüksək dəqiqlikli qazma texnologiyalarından istifadə edilir. Tunelin qazılması zamanı dağ süxurlarının dayanıqlığını müntəzəm izləyən xüsusi sensor və monitorinq sistemlərinin tətbiqi daim diqqətdə saxlanılır. Bunun nəticəsində tunel daxilində təzyiq dəyişiklikləri, süxur deformasiya riskləri və mümkün sürüşmə ehtimalları əvvəlcədən müəyyənləşdirilir.

Layihədə geniş şəkildə “shotcrete” adlanan beton püskürtmə texnologiyasından istifadə olunur. Başqa sözlə, bu üsulla tunelin daxili səthi sürətlə möhkəmləndirilir və dağ süxurlarının çökmə riski minimuma endirilir. Bundan əlavə, tunelin içərisində polad karkas konstruksiyalar, xüsusi anker sistemləri, su izolyasiya membranları, yüksək dayanıqlı beton qatları tətbiq edilir. Eyni zamanda, bu texnologiyalar vasitəsilə tunelin həm seysmik dayanıqlılığı, həm də uzunmüddətli istismar təhlükəsizliyi artırılır.

Murovdağ tuneli dünyanın ən uzun avtomobil infrastrukturlarından biri olduğuna görə burada ən müasir təhlükəsizlik standartları nəzərə alınır. Layihə çərçivəsində güclü havalandırma və yanğın təhlükəsizliyi sistemləri, tüstü idarəetmə mexanizmləri, fövqəladə hallar üçün xüsusi keçidlər, “ağıllı” işıqlandırma və müşahidə kameraları quraşdırılır. İnfrastrukturun sağ və sol hissələri beynəlxalq tunel təhlükəsizliyi standartlarına uyğun olaraq 38 keçid vasitəsilə birləşdirilir. Bu keçidlər fövqəladə vəziyyətlər zamanı insanların təhlükəsiz təxliyəsi üçün nəzərdə tutulur.

İnfrastrukturun 2 gediş və 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarət olması nəzərdə tutulur, ümumi uzunluğu isə 23 kilometrdən artıq iki paralel tunel xətti qurulur. Bu göstəricilər isə onu Avropanın və dünyanın ən iri yol tunellərindən birinə çevirir. Layihənin əsas məqsədi qış aylarında Murovdağ aşırımında yaranan təhlükələri aradan qaldırmaq və ilboyu fasiləsiz nəqliyyat əlaqəsini təmin etməkdir.

Murovdağ tuneli Türkiyənin bu sahədə böyük təcrübəsi olan şirkətləri və mütəxəssisləri tərəfindən tikilir. Beynəlxalq tunelçilik praktikasında istifadə edilən rəqəmsal idarəetmə, geoloji analiz və təhlükəsizlik həllərinin layihədə tətbiqinə xüsusi önəm verilir.

Mütəxəssislərin fikrincə, bu infrastruktur yalnız nəqliyyat layihəsi deyil, həm də Azərbaycanın mühəndislik potensialının və texnoloji imkanlarının nümayişidir. Tunelin istifadəyə verilməsi ilə Qarabağ və Şərqi Zəngəzurun nəqliyyat xəritəsi tamamilə dəyişəcək, strateji infrastruktur qovşaqlarından birinə çevriləcək.

Vaqif BAYRAMOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 May 2026 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see650

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see416

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see364

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see266

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see259

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see257

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see242

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see237

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see225

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see219

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see207

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see204

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see203

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see201

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see199

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see194

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see193

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see182

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see182

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri