Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi AQTA araşdırma başlatdı (Yenilənib)
Icma.az, Azpolitika.az saytına istinadən bildirir.
Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbin zəhərlənən şagirdlərinə tibbi yardım göstərilib.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, oktyabrın 29-da saat 15:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri, Ceyranbatan qəsəbə məktəbindən çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.
Təcili tibbi yardım briqadası tərəfindən 8 nəfərə yerində yardım olunub.
***
Abşeron rayonu Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbin 10 şagirdi zəhərlənib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hazırda əraziyə təcili tibbi yardım cəlb olunub.
Onların popkorndan zəhərləndiyi iddia olunur.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, sözügedən məsələ AQTA tərəfindən nəzarətə götürülüb, araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 29 Oktyabr 2026 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















