Ceyranbatanda qaz kəsiləcək
Anews saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu gün Abşeron rayonunun Ceyranbatan qəsəbəsinin təbii qazla təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyin məlumat yayıb.
Məlumata görə, saat 13:00-dan işlər başa çatana qədər Ceyranbatan qəsəbəsində yeni çəkilmiş orta təzyiqli qaz xəttinin mövcud mənbəyə birləşdirilməsi ilə bağlı "Ceyranbatan” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir-quraşdırma işləri aparılan zaman qəsəbədə qaz kəsiləcək.www.anews.az

Ceyranbatanda qaz kəsiləcək
05 Dekabr 2024 13:16

