Cəzaçəkmə müəssisələrində yeni xidmət sahələri yaradılacaq
Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.
Peşə təhsilindən yararlanmış məhkumların iş imkanlarının genişləndirilməsi üçün sahibkarlar (işəgötürənlər) tərəfindən cəzaçəkmə müəssisələrinin ərazisində yeni istehsalat və xidmət sahələri yaradılacaq.
"Unikal" xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nda əksini tapıb.
Sərəncama əsasən, 2025–2027-ci illər ərzində Nazirlər Kabineti Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə birgə peşə təhsilindən yararlanmış məhkumların iş imkanlarının genişləndirilməsi üçün sahibkarlar (işəgötürənlər) tərəfindən cəzaçəkmə müəssisələrinin ərazisində yeni istehsalat və xidmət sahələrinin yaradılması məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsini təmin etməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 25 İyun 2025 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















