Icma.az
close
up
RU
ChatGPT nin xəstələrə yazdığı müalicələrə etibar etmək olar? Professordan AÇIQLAMA

ChatGPT nin xəstələrə yazdığı müalicələrə etibar etmək olar? Professordan AÇIQLAMA

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son vaxtlar sürətlə inkişaf edən süni intellektin bir çox peşələrdə insanları əvəzləyəcəyi bildirilir. Bu peşələr arasında həkimlik də yer alır.

Ölkə.Az xəbər verir ki, zaman-zaman xarici KİV-də süni intellektin həkimləri əvəzləməsi barədə məlumatlar yer alır. Ölkəmizdə də hər gün xeyli sayda insan müxtəlif məqsədlərlə süni intellektlərə müraciət edir.

Bu yaxınlarda həkimlərdən biri də sosial şəbəkələrdə xəstələrdən gileylənib. O qeyd edilir ki, insanlar artıq həkim yazan müalicəni etmir, əvəzinə ChatGPT ilə məsləhətləşir və ona uyğun davranır.

Azərbaycanda da süni intellekt həkimləri əvəzləməsi məsələsi müzakirə olunur. Mövzu ilə bağlı Ölkə.Az-a danışan professor Adil Qeybulla insanların süni intellektə inanaraq özünü müalicə etməsini yanlış addım sayır:

“Təəssüf ki, xəstələr bəzən özünümüalicə ilə məşğul olaraq xəstəliklərini ağırlaşdırırlar. Bəzi xəstələrə erkən vaxtı yardım etmək onu xilas etmək mümkündürsə, bu cür özfəaliyyətdən sonra situasiya dramatikləşə bilər. 

Ona görə də hesab edirəm ki, insanlar buna diqqətlə yanaşmalıdırlar. Heç bir süni intellektin, başqa proqramların sizə diaqnoz qoymaq imkanı yoxdur. Çünki bu baza məlumatların həmin proqrama yerləşdirilməsindən də çox şey asılıdır. Xəstə özünün 2-3 əlamətini yazır. Məsələn, onda qızdırma, tənginəfəslik, burun axması və öskürək var. Burada 10 cür virus infeksiyası çıxa bilər. Bəlkə də daha çox. Ona görə də süni intellektin imkanlarından istifadə etməyi həkimlər yaxşı bilir. Məlumatlar bazasının necə yerləşdirilməsi məhz həkimin ixtiyarındadır. 
Bundan əlavə, müayinə nəticəsində elə proses ortaya çıxa bilər ki, bu, müayinənin istiqamətini dəyişdirə bilər. Bu baxımdan da özbaşına diaqnoz qoymaq tam absurd bir məsələdir”.

A.Qeybullanın sözlərinə görə, süni intellekt həkimləin yerini tutmayacaq, sadəcə onlara effektiv formada yardım edəcək.

Billurə Yunus

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:254
embedMənbə:https://olke.az
archiveBu xəbər 28 İyul 2025 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see362

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see339

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see282

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see272

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see262

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see252

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see241

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see233

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see231

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see226

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see222

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see220

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see210

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see209

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see201

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see187

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see178

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see170

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see170

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri