“ChatGPT”də problem yarandı
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
“OpenAI” şirkətinin dünyaca məşhur “ChatGPT” süni intellekt çat-botunun fəaliyyətində qlobal nasazlıq yaranıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Downdetector” portalı məlumat yayıb.
Məlumata görə, istifadəçilər sistemə daxil olmaqda ciddi çətinliklərlə qarşılaşırlar. İstifadəçilərin bildirdiyinə görə, hazırda platformada şəxsi kabinetə daxil olmağın mümkünsüzlüyü, veb-saytın tamamilə açılmaması və çat-botun sorğulara həddindən artıq gec cavab verməsi kimi problemlər qeydə alınır.
Nasazlıq daha çox Niderland, ABŞ və Almaniyada qeydə alınsa da, problem bir çox ölkə ilə yanaşı, Azərbaycanda da müşahidə olunur.
“OpenAI”dan bildirilib ki, mütəxəssislər yaranmış problemlərdən xəbərdardırlar və onların aradan qaldırılması istiqamətində işlər aparırlar.
Xatırladaq ki, “ChatGPT”nin işində sonuncu qlobal nasazlıq 2025-ci ilin dekabrında müşahidə edilmişdi.
Baxış sayı:108
Bu xəbər 20 Aprel 2026 21:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















