Icma.az
close
up
RU
CHP də böhran dərinləşir Kılıçdaroğlu 9 millət vəkilini partiyadan qovdu + ADLAR

CHP də böhran dərinləşir Kılıçdaroğlu 9 millət vəkilini partiyadan qovdu + ADLAR

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyənin ana müxalifət partiyası olan CHP-də daxili gərginlik yeni mərhələyə keçib. CHP-nin Mərkəzi İdarə Heyəti (MYK) partiya sədri Kemal Kılıçdaroğlunun rəhbərliyi ilə keçirilən iclasda bir sıra tanınmış partiya funksionerlərinin intizam məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edib.

"AzPolitika" xəbər verir ki, partiya sözçüsü Müslim Sarı MYK iclasından sonra jurnalistlərə açıqlamasında bildirib ki, 9 partiya üzvü CHP Nizamnaməsinin müvafiq maddələrinə əsasən ehtiyat tədbiri tətbiq edilməklə partiyadan qəti xaric edilmə tələbi ilə İntizam Komissiyasına göndərilib.

Sarı qeyd edib ki, CHP-nin keçmiş sədri Özgür Özəlin vəziyyəti ilə bağlı qərar isə daha sonra veriləcək: “Özgür Özəllə bağlı qiymətləndirmə sonrakı mərhələdə aparılacaq.”İntizam komissiyasına göndərilən şəxslərin siyahısında CHP rəhbərliyində və parlament fraksiyasında təmsil olunan nüfuzlu simalar da yer alır:

-Balıkəsir millət vəkili Ensar Aytekin;

-CHP parlament qrupunun sədr müavini, Mersin millət vəkili Ali Mahir Başarır;

-CHP parlament qrupunun sədr müavini, İstanbul millət vəkili Gökhan Günaydın;

-CHP sədrinin müavini, Bursa millət vəkili Nurhayat Altaca Kayışoğlu;

-CHP sədrinin müavini, İstanbul millət vəkili Özgür Karabat;

-Ankara millət vəkili Umut Akdoğan;

-Malatya millət vəkili Vəli Ağbaba;

-İstanbul millət vəkili Turan Taşkın Özer;

-CHP sədrinin müavini, Adana millət vəkili Burhanettin Bulut

Məlumata görə, Kemal Kılıçdaroğlu MYK iclasında çıxışı zamanı partiya daxilində “şübhə və iddialarla bağlı aydınlıq gətirilməsi” zərurətini vurğulayıb.

O, partiyada “arınma” prosesinin davam etdirilməsinin vacibliyini qeyd edərək bildirib: “Şübhə altında olan hər kəs özünü təmizə çıxarıb geri gəlsin. Partiyanı hüquqi baxımdan mübahisəli vəziyyətə salan qurultayda pul məsələlərinə qarışan, haqqında şübhələr olan hər kəs əvvəlcə öz adını təmizləsin, sonra partiyada fəaliyyətini davam etdirsin.”

Siyasi müşahidəçilərin fikrincə, son qərar CHP daxilində Kemal Kılıçdaroğlu tərəfdarları ilə Özgür Özələ yaxın qrup arasında uzun müddətdir davam edən qarşıdurmanın daha da kəskinləşdiyini göstərir. Xüsusilə partiyanın rəhbər strukturlarında və parlament fraksiyasında təmsil olunan tanınmış simaların intizam məsuliyyətinə cəlb edilməsi CHP-də daxili siyasi böhranın yeni mərhələyə keçdiyini göstərir.

İntizam Komissiyasının verəcəyi yekun qərarların yaxın günlərdə Türkiyə siyasi gündəminin əsas mövzularından biri olacağı gözlənilir.

Elman

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:200
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 10 İyun 2026 20:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri