CHP də rüşvət qalmaqalı: 13 nəfər saxlanıldı
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci Qurultayında nümayəndələrin səsvermə iradəsinə müdaxilə edilməsi iddiaları ilə bağlı aparılan təhqiqat çərçivəsində 7 əyalətdə genişmiqyaslı əməliyyat keçirilib.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən həyata keçirilən istintaq çərçivəsində Maliyyə Cinayətlərinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri icra olunub. İstanbul, Ankara, İzmir, Şanlıurfa, Kahramanmaraş, Kilis və Malatyada müəyyən edilmiş ünvanlara edilən basqınlar nəticəsində 13 şübhəli şəxs saxlanılıb. Sözügedən ünvanlarda axtarış və müsadirə prosesləri həyata keçirilib.
Saxlanılan şəxslərin "Siyasi Partiyalar Haqqında Qanunun pozulması", "rüşvətxorluq" və "cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması" maddələri ilə ittiham olunduğu bildirilir. Digər tərəfdən, Yüksək Seçki Qurumu (YSK) CHP-nin mövcud proseslərlə bağlı etdiyi tam hüquqi etibarsızlıq iddiasını rədd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 23 May 2026 10:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















