CHP də “təmizləmə əməliyyatı” başlayır Kılıçdaroğlunun vəkilindən açıqlama
Icma.az, Sherg.az saytına istinadən bildirir.
Məhkəmənin qərarı ilə Kamal Kılıçdaroğlunun yenidən Cümhuriyyət Xalq Partiyası rəhbərliyinə qaytarılmasından sonra partiyada gərginlik davam edir.
Sherg.az xəbər verir ki, Kılıçdaroğlu ilə görüşən vəkil Onur Yusuf Üregen jurnalistlərin partiyada təmizləmə işləri ilə bağlı hər hansı prosesin başlanıb-başlanmayacağı sualına “Bununla bağlı da işimiz olacaq” cavabını verib. O, Kılıçdaroğluna hüquqi proseslə bağlı məlumat təqdim etdiklərini və bundan sonrakı fəaliyyət planını müzakirə etdiklərini bildirib.
CHP-nin İzmir millət vəkili Rıfat Turuntay Nalbantoğlu isə partiyanın birlik və bütövlüyünün qorunmasının vacibliyini vurğulayaraq Kılıçdaroğlunu dəstəklədiklərini deyib.
Bu arada, məhkəmə qərarı ilə sədrlikdən uzaqlaşdırılan Özgür Özəlin Türkiyə Böyük Millət Məclisindəki otağının lövhəsi dəyişdirilərək “CHP Qrup Başqanı” kimi qeyd olunub.
Kılıçdaroğlunun mayın 28-də CHP Baş Qərargahına gələrək partiya üzvləri və vətəndaşlarla bayramlaşacağı, həmçinin açıqlama verəcəyi gözlənilir. Partiya rəhbərliyi ətrafında yaranmış böhran fonunda həm Kılıçdaroğlu, həm də Özel tərəfi növbəti addımlarını müəyyənləşdirmək üçün görüşlərini davam etdirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 25 May 2026 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















