Icma.az
close
up
RU
CHP dən Bağçalının təklifinə REAKSİYA

CHP dən Bağçalının təklifinə REAKSİYA

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) ortağı Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı növbəti tarixi təkliflə çıxış edib.

Bir müddət əvvəl PKK terror təşkilatının həbsdəki rəhbəri Abdullaha Öcalana müraciəti ilə diqqət mərkəzinə düşən Bağçalı bu dəfə Türkiyə konstitusiyası ilə bağlı təklif səsləndirib.

Qeyd edək ki, Bağçalının Öcalana müraciəti ilə başlayan proses PKK terror təşkilatının ləğv edilməsi ilə bağlı çağırışla yekunlaşıb.

Bağçalı milli birliyin gücləndirilməsi və demokratik prinsiplərin daha da möhkəmləndirilməsi üçün yeni bir konstitusiyanın qəbul edilməsinin vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, mövcud konstitusiya hələ də keçmiş hərbi müdaxilələrin izlərini daşıyır və bu miras tamamilə aradan qaldırılmalıdır.

Yeni konstitusiya islahatlarının məqsədi Türkiyənin demokratik standartlarını yüksəltmək, insan haqlarını və qanunun aliliyini daha güclü şəkildə təmin etməkdir. O qeyd edib ki, bu prosesdə siyasi partiyalar və ictimai təşkilatlar da fəal iştirak etməli, milli birlik və bərabərlik prinsipləri əsas götürülməlidir.

Modern.az-a açıqlamasında Cümhuriyyət Xalq Partiyasının(CHP) sədr müavini İlhan Üzgel bildirib ki, CHP Türkiyənin prioritet probleminin konstitusiya olmadığını düşünür:

"Son dönəmdə kürd məsələsi ilə bağlı olaraq, Bağçalının mövqeyi həll prosesinin konstitusiyon dəyişikliklə birlikdə aparılmasıdır. Cənab Bağçalı yeni bir  konstitusiyanın zəruriliyindən söz açarkən, hansı maddələri nəzərdə tutduğunu və necə bir konstitusiya hədəfləyir bu, yetərincə açıq deyil".

Qeyd edək ki, Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan da konstitusiyanın dəyişməsinin zəruri olduğunu bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 Aprel 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see491

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see382

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see359

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see270

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see256

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see255

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see250

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see246

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see238

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see229

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see228

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see225

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see219

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see218

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see206

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see201

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see198

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see184

Məşhur aktrisa film çəkilişi zamanı nənəsinin ölüm xəbərini aldı

01 Noyabr 2026 02:47see183

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri