“Christian Dior” Azərbaycandakı şirkətini ləğv etdi
Icma.az, Publika.az saytına istinadən bildirir.
Dünyada məşhur geyim və moda brendi olan “Christian Dior Couture” Azərbaycandakı şirkətini ləğv edib.
Publika.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.
Məlumata əsasən, “Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edib. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Neftçilər pr küçəsi, ev 105 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, sözügedən brend Azərbaycanda 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Vincent Simon Pierre Bernarddır. “Christian Dior”un nizamnamə kapitalı 4 milyon 350 min avrodur.
Baxış sayı:113
Bu xəbər 27 Noyabr 2024 12:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















