Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Cibimizin rəqəmsal dostu: Azərbaycanda hər nəfərə 2 bank kartı düşür

Cibimizin rəqəmsal dostu: Azərbaycanda hər nəfərə 2 bank kartı düşür

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Bank kartları bu gün həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Əvvəllər nağd pulla etdiyimiz çoxsaylı ödənişləri indi rahatlıqla kartlarla həyata keçiririk. Son illərdə Azərbaycanda bank kartlarının sayının kəskin şəkildə artıb. Artım iqtisadi, sosial və texnoloji amillərlə bağlıdır.

Bəs kartları hansı məqsədlə alırıq, harda və necə istifadə edirik?

Elektron ticarətin sürətli inkişafı ilə bağlı bank kartlarına olan tələbat artıb. İnsanlar artıq məhsul və xidmətləri daha çox onlayn alır, bu da bank kartlarının istifadəsini artırır. Modern.az-ın məlumatına görə, Azərbaycanda elektron ticarət vasitəsilə aparılan əməliyyatların sayı 1 milyard manatı ötüb. Son 10 ildə bu göstərici 84 dəfə artıb.

Hökumət və maliyyə qurumları nağdsız ödənişləri təşviq edir. Bu həm iqtisadiyyatın şəffaflığını artırır, həm də fiziki nağd pulun daşınması ilə əlaqəli riskləri azaldır.

Azərbaycanda maliyyə sektorunun modernləşdirilməsi və bank xidmətlərinin əlçatanlığının artması da  bank kartlarının sayına təsir edir. Bir çox banklar və maliyyə qurumları daha rahat və müasir bank xidmətləri təqdim edərək, müştərilərə müxtəlif növ kartlar təklif edirlər.

Banklar müştərilərini cəlb etmək və kart istifadəçilərini artırmaq üçün müxtəlif kampaniyalar keçirir, cashback (geri ödəmə), hədiyyələr, xüsusi endirimlər və s. təklif edirlər.

Kartlar yalnız alış-verişlə kifayətlənmir, həm də kredit, borc və digər maliyyə xidmətlərini də təmin edir. Bank kartları həm də beynəlxalq ödənişləri asanlaşdırır, səyahət edərkən və xaricdə alış-veriş edərkən çox faydalıdır.

Azərbaycanda hər nəfərə 2 bank kartı düşür

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, banklar və “Azərpoçt” MMC sistemləri üzrə 2024-cü ilin sonunda ödəniş kartlarının sayı 1 il əvvəllə müqayisədə təxminən 18 faiz artaraq 19 milyon 899 minə çatıb.

2025-ci il yanvar ayının 1-nə ölkədə debet kartlarının sayı 17 milyon 642 min ədəd, kredit kartlarının sayı isə 2 milyon 256 min ədəd olub. Bu kartlarla ölkədaxili əməliyyatların həcmi isə 122 milyard 892 milyon manat təşkil edib.

Ödəniş kartlarında artım debet kartları üzrə 19,9 faiz, kredit kartları üzrə 1,8 faiz təşkil edib.

Son 10 ildə ölkədə bank kartlarının sayı 3,7 dəfə artıb. Bu kartların 15 milyon 999-u təmassızdır. Ümumi kart sayı 3,7 dəfə artdığı halda təmasaız kartların sayı 177 dəfə artıb.

Dövriyyədə olan kartların 3,381 milyonu vətəndaşlara pensiya və müavinətləri ödəmək üçün verilib. 2 milyon 897 kmin kart əmək haqqıalmaq üçün istifadə olunur. 11milyon 364 min kart bankların müxtəlif kampaniyalarından yararlanmaq üçün vətəndaşlara verilmiş debet kartlarıdır.

Bir kartdan ildə orta hesabla 95 dəfə istifadə olunur

Bir ildə bank kartları ilə 1,9 milyard əməliyyat aparılıb. Orta hesabla bir kartdan il ərzində 95 dəfə istifadə olunub.

Bank kartlarının iştirakı ilə aparlılan əməliyyatların ümumi dövriyyəsi 126 milyard manat olub.

Başqa sözlə, bir əməliyatda 66 manat istifadə olunub.

Vətəndaşlar 1 ildə ümumilikdə bankomatlardan  177 milyon dəfə pul çıxarıblar. Azərbaycan vətəndaşları bankomatlardan iyuil və dekabr aylarında daha çox pul çıxarır. Ən aşağı göstərici yanvar ayına təsadüf edib.

Eyni zamanda kartlar alış-veriş zamanı 362 min dəfə pos terminallardan istifadə olunub. Vətəndaşlar bankomatlarda 20 min dəfə ödəniş həyata keçirib. 622 milyon dəfə pos-terminallar vasitəsilə nağdsız ödəniş aparılıb. Kartlar 1 milyon 177 min dəfə özünəxidmət terminallarına daxil edilib.  2024-cü ildə debet və kredit kartları ilə ölkə xaricində 3 milyard 303 milyon manatlıq əməliyyat aparılıb. Bu göstərici əvvəlki illə müqayisədə təxminən 3 faiz çox olub. 2024-cü ildə kartlarla ölkəxarici əməliyyatların 3 milyard 141 milyon manatı (95%-i) nağdsız ödənişlərin, 161 milyon manatı isə nağd pulun çıxarılması ilə bağlı olub.

Bank kartları haqqında maraqlı faktlar

İlk plastik bank kartı 1950-ci ildə ABŞ-da "Diners Club" tərəfindən təqdim olunub. Əvvəllər restoranlarda istifadə üçün nəzərdə tutulan bu kart zamanla genişlənərək daha çox sahədə istifadə edilməyə başlanıb. Əvvəllər bank kartları plastikdən deyil, kartondan hazırlanırdı.

Bank kartlarında 16 rəqəmli nömrə olur. Bu nömrənin ilk rəqəmi kartın ödəniş sistemini müəyyən edir (5 – MasterCard, 4 – Visa). Sonrakı 5 rəqəm isə kartı verən bankın kodudur. Son 9 rəqəm isə kart sahibini müəyyən etməyə yarayır. Bu alqoritm 1950-ci illərdə IBM-in mütəxəssisi Hans Peter Lonq tərəfindən hazırlanıb.

Çipli bank kartları 1980-ci illərin sonunda Fransada istifadəyə verilib. Maqnit zolaqlı kartlardan daha təhlükəsiz olan bu çipli kartlar bu gün dünyada geniş yayılıb və istifadəçilərə əlavə təhlükəsizlik təmin edir. Çipli bank kartlarının əsas üstünlüyü ondan ibarətdir ki, onlar maqnit zolaqlı kartlardan daha etibarlıdır. Həmçinin, "3D Secure" təhlükəsizlik sistemi internet üzərindən alış-veriş edən istifadəçiləri qorumaq məqsədilə yaradılıb.

Dünyada 30 milyarddan çox bank kartının istifadə olunduğu təxmin edilir. Bu kartların əksəriyyəti debet və kredit kartlarıdır.

"Visa" və "MasterCard" dünyada ən geniş istifadə olunan kart sistemləridir. Bu 2 marka ümumi bazar payının təxminən 60 faizdən  çoxunu təşkil edir.

2019-cu ildə "Visa" kartı ilə həyata keçirilən ən böyük əməliyyat Yaponiyada baş verib və 200 milyon ABŞ dolları məbləğində olub. Bu əməliyyat bir böyük iş adamı tərəfindən həyata keçirilib.

SSRİ-də ilk kredit kartı Mixail Qorbaçovda görünüb. Lakin Qorbaçov bu kartdan istifadə etməyib və kart muzeyə təhvil verilib.

"Royale Mastercard" kimi elit kartlar da mövcuddur. Məsələn, BƏƏ-dəki bu kart yalnız kral ailəsi üçün nəzərdə tutulub. Kart qızıl ilə işlənib, əsl almazlarla bəzədilib.

Kaliforniyada yaşayan Volter Kaven təxminən 1500 kredit kartı ilə böyük bir kolleksiya toplayıb. O bununla  "Ginnesin Rekordlar Kitabı"na düşməyi bacarıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Fevral 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see344

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see280

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see272

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see270

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see253

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see251

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see245

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see239

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see237

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see235

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see223

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see220

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see214

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see206

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see201

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see198

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see192

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see190

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see189

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri