Icma.az
close
up
RU
Çiçəklənən ölkə imicinin pərdəarxasında DAĞILAN QUM QALASI TƏHLİL

Çiçəklənən ölkə imicinin pərdəarxasında DAĞILAN QUM QALASI TƏHLİL

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-da idarəetmə sahəsinin deqradasiyası qənaəti ilə bağlı fikirlər diqqəti cəlb etməyə bilməz. Xüsusən də bununla bağlı siyasətçilərin, ekspertlərin də fikirləri marağa səbəb olur. Məsələn, RUDN Universitet Mərkəzinin eksperti Zinovinin timsalında bir çox ekspertlər Amerikada idarəetmə ilə bağlı deqradasiyanın olduğuna əmindirlər.

Xatırladığımız kimi, 2025-ci ilin yanvarında internetdə məşhur "Hollywood" işarəsinin alovlara büründüyünü təsvir edən video yayıldı. Sonradan məlum oldu ki, bu, neyroşəbəkə tərəfindən yaradılan saxta bir videodur. Lakin Los-Anceles bölgəsindəki kütləvi meşə yanğınları olduqca real idi. Diqqətə çatdıraq ki, əvvəllər heç vaxt yanğınların vurduğu ziyan belə, yəni bu boyda böyük miqyasda olmamışdı. Hətta Los-Ancelesdə bəzi Hollivud məşhurlarının evlərinin də yandığı məlumdur. Məsələ burasındadır ki, saxta bir video neyroşəbəkə tərəfindən yaradılsa da, bununla bağlı, reallıqları əks etdirən faktlar barədə video yayılmadı. Maraqlıdır, niyə və nə səbəbdən? Yəni, hesaba alınmayacaq dərəcədəmi mənasız göründü, yoxsa, nəzərə alınmadı?

İdarəetmə sferasının deqradasiyası göz önündədir

Bildirilir ki, yanvar yanğınları zamanı Amerika yanğınsöndürmə xidməti uğursuzluqla üzləşib. Belə qeyd olunur ki, yanğın rezervuarlarında guya su olmayıb. Hətta qeyd olunur ki, dövlət rəsmiləri məhz balıqları xilas etmək üçün yanğının söndürülməsi üçün nəzərdə tutulan bütün suyu başqa istiqamətə yönləndiriblərmiş. Əslində bu, dövlətin geniş miqyaslı deqradasiyasının yalnız bir nümunəsi olaraq, ekspertlər tərəfindən təqdim edilir. Belə “nümunələrin” çox olması qənaətində olanlar az deyillər.

"Bu ölkədə idarəetmə sferasında deqradasiya var. Biz Co Baydenin hakimiyyəti dövrünü məhz inklüzivliyin inkişafı, müəyyən bacarıqlara malik olmayan, lakin, deyək ki, müəyyən dəri rənginə malik insanların idarəçilik sferasına buraxılması faktının inkişafı baxımından yaxşı xatırlayırıq", deyə, “Analysis” Beynəlxalq Tətbiqlər Mərkəzinin eksperti Maksim Zinovin bildirib. Hər halda Zinovin səbəbsiz olaraq belə qənaətdə deyil və həqiqətən də Baydenin dövründə baş verənlər bütün dünyanı əməlli-başlı təəccübləndirib. Yəqin ki, onun hakimiyyəti dövründə indiyə qədər qalan “qalıqlar” diqqəti cəlb edir.

Zibillə dolu şəhərlər vəziyyətin nə yerdə olduğu qənaətinə gəlmək üçün kifayət edir

Amerikada insanların böyük əksəriyyəti həqiqətən də post-apokaliptik gələcəkdə dünyanı guya ələ keçirəcək zombilər haqqında filmləri sevirlər. Ancaq belə görünür ki, həmin gələcək deyilən çox uzaqda deyil və bəlkə də elə düz indiki zamandadır. Fakt və reallıq bundan ibarətdir ki, zibillə dolu olan Amerika şəhərləri indi zombi əvəzinə evsiz, ünvansız narkomanlarla doludur. Filadelfiya və San Fransisko küçələrində vəziyyət məhz belədir. Belə olduğunu da ABŞ adminstrasiyası çox yaxşı bilir. Hər halda, dünyanın ən ucqar ölkəsinin ən kənar bir küçəsində baş verənlərdən xəbərdar olan bir ölkənin öz daxilindəkiləri bilməməsi qətiyyən inandırıcı deyil. Yəni ki, amerikalılar özləri hamıdan yaxşı bilirlər ki, dünyanın guya ən güclü “imperiyası” ilə birlikdə onun cəmiyyəti də sürətlə deqradasiyaya uğrayır. İdarəetmə sistemlərinin deqradasiyası baş verəndə məhz ölkədə mövcud olan müxtəlif sosial institutlar ondan sonra, onun ardınca deqradasiyaya başlayır. Bu, prinsipcə, narkomanlarla, evsizlərlə bağlı qlobal tendensiyadır.

Hər halda, dünyaya demokratiya, sivilizasiya dərsi keçmək arzusunda, hətta niyyətində olan bir ölkədə vəziyyəti heç kim üçün sirr sayılmır. Məsələn, Kaliforniyada adi bir vəziyyəti xatırlamaq kifayət edər ki, məsələnin nə yerdə olduğu barədə lazımi qənaətə gəlinsin. Beləki, orada cinayətkar hər kəsin gözü qarşısında elektronika mağazasını qarət edir, polis maşınının yanından keçir və sakitcə oradan uzaqlaşır. Hakimiyyət artıq tüğyan edən cinayətin öhdəsindən gələ bilmir və sadəcə olaraq bəyan edib ki, min dollardan aşağı oğurluq hətta cinayət sayılmır. Bəli, nəticədə sahibkarlar, iş adamları mağazaları bağlayırlar. Təsadüfi və səbəbsiz deyildi ki, Çikaqoda keçirilən Demokratik Milli Konvensiya gözlənilən zaman, yəni, iğtişaşlar ərəfəsində biznes sahibləri əvvəlcədən vitrinlərini yığıblar. Belə məlum olur ki, özünü firavan, xöşbəxt bir ölkə kimi göstərmək iddiası, ümumiyyətlə, çox yüksək mərtəbədə olmaq üçün yaradılan “Amerika imici” qum qalası kimi dağılmaqdadır.

Təyyarələr və qatarlar ilə fəlakətlər də deqradasiyanın olduğunu sübut edir

Vaşinqton səmasında baş verən dəhşətli fəlakətdə müxtəlif ölkələrdən olan insanlar da daxil olmaqla 67 nəfər həlak olduğunu yaxşı bilirik. Bəzi ekspertlər hesab edirlər ki, nəzarət otağındakılar günahkardırlar. Onlara, həmin ekspertlərə görə, orada kifayət qədər mütəxəssis olmayıb. Hətta qeyd olunur ki, bu vəziyyət bütün Amerikada eynidir. Ölkədə təxminən 3 min hava trafik nəzarətçisinin çatışmadığı təxmin edilir. Bu, həddindən artıq riskli işləməyə, yaşamağa və təhlükəli səhvlərin davamlı xarakter daşımasına səbəb olur. Nəticədə səmada xaos hökm sürür və fəlakətlərin baş vermə ehtimalı yüksək qiymətləndirilir. Daha dəqiq desək, toqquşma, qəza, fəlakətlərlə bağlı riskin çox böyük olduğu məlum olur.

Həqiqətən də, əgər kimsə birdən uçuş səviyyəsini qarışdırarsa, kiməsə səhv uçuş səviyyəsi təyin olunarsa, bütün səliqəli mozaika pozula bilər. Bu mozaikanı necə yığmaq lazım olduğunu hər kəs yaxşı başa düşür. Başa düşür ki, heç kim bir-birinə mane olacaq halda, vəziyyətdə olmamalıdır. Əlbəttə ki, dispetçerin məsuliyyətsizliyi və onun çətin vəziyyətə məhəl qoymaması böyük fəlakətlər vəd edir. Məhz elə bu vəd olunan böyük fəlakətlər özü də deqradasiyanın mövcudluğu anlamına gəlir.

Heç şübhəsiz ki, sistem nə qədər mürəkkəb olsa, onun etibarlılığı bir o qədər aşağı olur. Eyni nəqliyyat sistemi daim yaxşı vəziyyətdə saxlanılmalıdır. Birləşmiş Ştatlar illərdir ki, dəmir yolu infrastrukturunun təmirinə böyük vəsaitlər sərf edir və indi onun deqradasiyası dünyaya, xüsusən 2023-cü ildə Ohayo fəlakətindən sonra görünməyə başlayıb. Daha sonra zəhərli kimyəvi maddələrin çaylara tökülməsi və zəhərli maddələrin yanma məhsulları ilə havanın çirklənməsi baş verir. Yəni, bir-birinin ardınca fəlakətlər davam etməkdədir. Bu hal, əlbəttə ki, səbəbsiz deyil və bir çox ekspertlər bu məqamı, belə davam etməsini elə deqradasiya adlandırırlar.

Bu vaxta qədər yaradılan çiçəklənən ölkə imicinin pərdəarxasında məhz dağılan qum qalası kimi fərqli bir mənzərə var

Bu gün Amerikanın məhz Çinin inkişafına hansı həsədlə baxdığı bəllidir. Əgər Çin öz iqtisadi inkişafı ilə, başda elə Donald Tramp olmaqlaq, bütün amerikalıları “heyran” qoyubsa, deməli, vəziyyət gün kimi aydındır. Bu vaxta qədər özünü dünyanın ən “mötəbər”, hətta ən inkişaf etmiş ölkəsi kimi bütün dünyaya sırımaq istəyən ABŞ indi sözün əsl mənasında, Çinə, onun inkişafına, dünyada imicinə həsəd aparır. Hətta Çinə daha çox yaxınlaşmağa çalışır. Çalışır ki, bir zamanlar heç hesaba belə almadığı bir ölkənin səviyyəsinə ən azından yaxınlaşsın. Amma görünən odur ki, bunun real olduğuna, yaxud da, olacağına inanan yoxdur. Çünki tamamilə başqa mənzərə, tamamilə başqa görüntü var.

Görünən odur ki, bir zamanlar özünü çiçəklənən ölkə kimi tanıdan Amerika nəinki çiçəklənmə, ümumiyyətlə, deqradasiyaya uğrayıb. Bu vaxta qədər yaradılan çiçəklənən ölkə imicinin pərdəarxasında fərqli bir mənzərə var. Bəli, mənzərə məhz dağılmaqda olan qum qalası misalında diqqəti cəlb edir. Ona görə dağılmaqda olan qum qalası misalındadır ki, yaradılan imic məhz qum topasını, özü də dağılmaqda olan qum topası kimi təəssurat bağışlayır. Həqiqətən də inkişaf etməkdə, çiçəklənməkdə olan olkə yuxarıda sadalanan hallarda ola bilməz və bu hallar fərqli qənaətə gəlməyə əsas verir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 İyul 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see294

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see292

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see252

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see239

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see189

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see188

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see170

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see150

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see145

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see143

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see142

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see138

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see136

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see128

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see126

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see125

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see124

Müəllimə avtobus sükanı arxasında Qadın sürücülərdən reportaj VİDEO

26 Noyabr 2025 09:48see124

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see122

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri