Icma.az
close
up
RU
DAĞILAN DÜNYANI KİM QURACAQ?

DAĞILAN DÜNYANI KİM QURACAQ?

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Şəmsəddin Əliyev, hüquqşünas

“Quş kimi əngin səmada uçmağı, balıq kimi suda üzməyi öyrənəndən sonra bircə şey çatmır – yer üzərində insan kimi yaşamağı öyrənmək”. 

Bernard Şou, ingilis dramatrqu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı

Bugünlərdə ata-oğul arasında kiçik bir dialoqa rast gəldim. İşdən yorğun qayıdan ata evə daxil olan kimi, 5 yaşlı oğlu, “atam gəldi, atam gəldi”, – deyə sevinclə qucağına atılır və dərhal deyir: “Nə olar, bulvara gedək də, bulvara…”

Evə yorğun gələn ata isə masanın üzərində lazımsız bildiyi dünya xəritəsini 7-8 hissəyə bölərək, uşağa verir: “Al, bu xəritəni sən birləşdirənə qədər, ata da, bir az yemək yeyər, istirahət edər, sonra gəzintiyə çıxarıq”. Ata bu yolla uşağın başını qatacağını düşünür. 5 dəqiqə keçməmiş uşaq haray qoparır: “Düzəltdim, ata, düzəltdim”. Sən demə uşaq, xəritənin arxa tərəfində olan insan rəsmini bərpa edib: ”İnsanı düzəltdim, o, da, dünyanı düzəldər,” - deyib atasının dəvətini gözləyir…

Müasir dünya rəngarəng və zənginliyi ilə diqqət çəkir. Ata liderlər tərəfindən dünyanın xəritəsi param-parça vəziyyətindədir. “Uşaq liderlər” görən bu vəziyyəti düzəldə biərmi? Dağılan dünyanı kim quracaq, sahibi kim olacaq? Son zamanlara qədər bəşəriyyətin elmi-texniki tərəqqinin təhlükəsi altında olduğu, bəlkə də, sezilməyib, arzuolunmaz personaların nələr düşündüklərindən bixəbər olublar, ağıla sığmaz “qlobal diplomatik danışıqlar“in fərqində olmayıblar. Belə qlobal problemlərdən məcburi köçkünlük, əhalinin miqrasiyası, meşələrin qırılması, ətraf mühitin tədricən məhvi və həddən artıq çirkləndirilməsi, iqlim dəyişikliyi, epidemiyalar, cinayətkarlığın artımı, transmilli mütəşəkkil cinayətkarlığın eskalasiyası (terrorçuluq, insan alveri, narkomaniya, qanunsuz silah alveri…) və s. Artıq baş vermiş və həyati əhəmiyyət kəsb edən belə təhlükələrin qarşısını almaq çətindir, çox çətindir.

Ümumiyyətlə bəşəriyyət üçün bu gün demoqrafik, ərzaq və ekoloji böhran təhlükəsi var. Müasir dünyanı belə “COVİD xəstəlikləri”ndən müalicə etmək və yaxud qorumaq da çətindir. Yayılıb, METASTAZ verib, dünya üçün adiləşib, hamılıqla tanınır, sanki parlamentarilər bu GENOSİD növünü ratifikasiya edib. Ətraf mühitdə mövcud kataklizmlər, istiləşmə, dünya ölkələrinin bəşəri maraqlardan kənara çəkilib, özəl maraqlara xidmət etməsi bəşəriyyətin intihara doğru irəliləməsidir.

Nə etmək lazımdır ki, bəşəriyyət qarşısında duran bu qlobal problemlərin həlli və yer üzərində ədalətin ayaq tutub yeriməsi üçün dövlətlərin yolunu azmış liderləri insanlıq xətrinə birgə çalışsınlar?! Bir neçə onilliklər ərzində dünya necə görünəcək, necə idarə olunacaq?

Şübhəm yoxdur ki, bu məsələdə hər kəsin düşüncəsinə uyğun yanaşması olacaq. Əlbəttə, hər birimiz ideal bir dünyada və təhlükəsiz bir məkanda yaşamaq istərik. Zənnimcə, ümumi səy nəticəsində bu həqiqəti gerçəkləşdirə bilərik. Bu vəzifə çətin və ağır olsa da, həlli mümkündür. Gələcək dünyada həsədə, özünə vurğunluğa, insanların “yaxşı və pislərə”, şər qüvvələrə bölünməsinə və lazımsız, habelə mənasız münaqişələrə yer olmamalıdır. Son onilliklərin təcrübəsi belə deməyə əsas verir ki, insanlar daha çox maddi nemətlər toplamağa, varlanmağa çalışır, lakin imkansız qonşulara və ətrafa yardım etməkdən uzaq dururlar. Biz, bir-birimizə qarşı səbr nümayiş etdirməli, insani hisslərlə həyatımızı yaşamalıyıq. Dünyanı pəncəsinə alan ağılsız və amansız müharibələrin qurbanına çevrilmiş ailələri, qazi və əlilləri hümanitar himayəyə almaq da insanlığa xas cəhətlərdəndir. İmansızlar belə xarakterə malik deyillər. Müalicəsi çətin xəstələr, əlillər insanlığın qayğısını görməli, taleyin acı axarında tənha və naümid qalmamalıdırlar.

Müasir dövrün – XXI əsrin acı reallıqlarından biri də iş yerlərinin azlığı, zəif ölkələrdən Avropaya və digər inkişaf etmiş ölkələrə miqrasiyanın artımı, regionlarda mərkəzdənqaçma meylinin yüksək olması, ailədaxili zorakılıqların genişlənməsi, əhali (daha çox gənclər) arasında narkomaniyaya meyillilik, dilənçilik hallarının və evsizlərin çoxluğu, spirtli içkilərə aludəçilik faktlarının qarşısını almaq üçün kompleks və sistemli xarakter daşıyacaq birgə tədbirlərin həyata keçirməsini diqtə edir. Yeniyetmə və gənclər arasında ümumi maraqlara uyğun elə məşğələlər keçirmək lazımdır ki, onları zərərli vərdişlərdən çəkindirə bilsin.

Bu mənada, dağılan dünyanı montaj etmək - qurmaq üçün ilk növbədə “BMT-nin özündən başlamaq lazımdır” – fəlsəfi və siyasi bir fikrə üstünlük verirəm. 1945-ci ilin oktyabrın 24-dən üzü bəri 193 ölkəni özündə birləşdirən və yer kürəsinin 80% ərazisi BMT-nin-“Ümumdünya Hökumət”in mandat sisteminə daxil olsa da, o əsas vəzifəsi sayılan beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq, möhkəmləndirmək, habelə dövlətlər arasında əməkdaşlığı inkişaf etdirmək gücündə deyil! Qlobal problemlərin yarımçıq həlli və yaxud hüquqi və ya siyasi tədbirlərin dəstəyindən istifadə etməmək ayrı-ayrılıqda həll olunmamış hesab edilir. Ümumbəşər naminə qlobal miqyasda yanaşılma, beynəlxalq əməkdaşlıqdan faydalanma gərək olur. BMT ya buraxılmalı, ya da Nizamnaməsinə zidd davranan, habelə beynəlxalq hüququn hamılıqla tanınan prinsiplərinə vicdansızcasına yanaşan dövlətlər ÜZVLÜKDƏN çıxarılmalıdır. BMT üzvlüyündən xaric olunmaq ”Balığın sudan çıxarılması” vəziyyətinə bərabər təəssürat yaratmalıdır. Təhlükəsizlik Şurasının üzvləri də dəyişilməli və yenilənməlidir ki, təşkilatın nüfuzu artsın.

Müasir dünyanın ciddi problemlərindən biri də həlli mümkün olan demoqrafik (problemidir) məsələdir. Dünyanın əksər ölkələrində əhalinin artımı müşahidə olunur, bunu mütəxəssislər sanki demoqrafik partlayışla xəbərdarlıq edirlər. BMT bu məsələlərdə susqunluq nümayiş etdirir. Zəif inkişaf etmiş ölkələrdən əhalinin başqa ölkələrə köçməsi bu ölkələrdə ciddi iqtisadi böhranın olması ilə bağlıdır. Digər mühüm səbəb isə zəif ölkələrə qarşı güc tətbiq edilməsidir. Bu ölkələr hərbi poliqona çevrilir, kütləvi qırğın silahları orada sınaqdan keçirilərək nümayiş etdirilir. Varlı ölkələr yoxsul ölkələrə, güclü dövlətlər zəif dövlətlərə dəstək verməzsə, dünya çətin və kriminogen bir durumda çabalayacaq. Maliyyə yardımının həyata keçirilməsi zamanı korrupsioner rejimin imkanlarını məhdudlaşdıran tədbirlərin görülməsi də yaddan çıxmamalıdır. Əks təqdirdə ayrılmış vəsait havaya sovrulacaq. Vəsaitin daha çox xəstəxanalara, dərmanların alınmasına və məktəblərə ayrılması məsləhət görülür. Həmin ölkələrdə daxili və xarici təhlükəsizliyin təmin etmək məqsədilə yerli polis və müdafiə orqanlarının saxlanılmasına, texniki təchizatın və maddi vəziyyətin yaxşılaşdırılmasına diqqət artırılmalıdır.

Digər qlobal problemlərdən biri ətraf mühitlə bağlıdır. Ətraf mühitin hədsiz çirklənməsi müasir və gələcək dünyanın taleyüklü məsələlərindəndir. Bu, insan ağlının nəticəsi olaraq onun əli ilə həyata keçirilir, təbiət dəyişir, meşələr qırılır, yanmağa məruz qalır. Əhalinin sayı dünyada artdıqca, enerjidən, texnikadan və avtomobillərdən istifadə habelə, urbanizasiya halları - kiçik şəhərlərin böyüməsi, bir növ yerlərdən mərkəzə qaçma halları da artır. Qlobal istiləşmə, ozon dəliklərinin artımı, qrunt suların çirklənməsi çox böyük təhlükə yaradır. XXI əsrin ictimaiyyəti və Vətəndaş Cəmiyyəti ətraf mühitin çirklənməsinə qarşı etirazını ucaltmazsa, ətraf mühit dünyaya qənim kəsiləcək! Dünyanın bir çox ölkələrində lokal və hibrid hərbi münaqişələrin böyük müharibələrə çevrilməsinin təməlində etnik və dini problemlər durur. Baş verənləri hər gün Yaxın Şərqdə acı həqiqətlə seyr edirik. İnsanlar şərin mənbəyinə çevrilir, dövlətlər hegemonluq taxtına can atırlar. Diplomatik danışıqlar arxa plana keçir, hərbi güc nümayiş etdirmək, güc ilə hədələmək məhəllə uşaqlarının barmaq silkələməsi qədər adi hal alıb. “Keçib gedər”, - düşünürük. Yenə sual yaranır: BMT hara baxır?

Keçmişdə terrorçuluq konkret şəxslərə qarşı təşkil edilib törədilirdisə, indi daha amansızlığı ilə seçilir və daha təhlükəli formada – mütəşəkkil qruplar tərəfindən, dövlət səviyyəsində insanlığa qarşı istiqamətlənib, sərhəd tanımır – transmilli xarakter daşıyır. Onunla mübarizə də çətinləşib.

Dünyanın hər yerində insan həyatı qiymətlidir. İnsanın harada həlak olmasına – Nyu-Yorkda, Moskvada, Qarabağda, Qəzzada, Fələstində, Ukraynada, İranda, Yəməndə, İsraildə, Buynaksidə, Volqodonckda və.s baxmayaraq təsirlənməmək mümkün deyil. Yalnız birgə mübarizə ilə konkret nəticələrə nail ola bilərik. Müasir dünyanın sivilizasiyası – dünya cəmiyyətinin maddi və mənəvi dəyərləri, mədəniyyəti, sosial təşkilatlanması, elmi və texnoloji inkişafı da, “COVİD çarpayısında” ağır durumdadır,-deyərdim. Bu xəstəlikləri doğuran səbəb və şərait yenə BMT-nin yarıtmaz fəaliyyəti ilə bağlıdır!

Güclü dövlətlərin hakim komandası öz dövlətlərini və xalqını sevdikləri kimi, dünyanı dünya edən dövlətləri və xalqları da sevməlidirlər. Digər millətlərə qarşı nifrətlə yuva qurmuş qəlblər sevgi, hörmət və qayğı ilə əvəzlənməlidir!

İsrailin 4-cü ilk qadın Baş naziri Meir Qolda deyib: “Əgər ölkəni ora qayıdacaq oğul və qızlarınız və ya ölkənizi təhlükəsiz yaşamaq istəyənlər üçün qurmaq istəyirsinizsə üç mühüm addım atın:

1. Korrupsiyanı vətənə xəyanətə, korrupsiyonerləri isə satqınlara bərabər tutun.

2. Hərbiçilərə, müəllimlərə və həkimlərə tutduqları vəzifələrinə görə yüksək əməkhaqqı ödəyin, onları hörmət və izzətə layiq görün.

3. Ən başlıcası işləyin, işləyin və işləyin. Çünki, sizdən başqa heç kim sizi müdafiə etməyəcək və heç kim sizi dolandırmaz… Ölkəniz başqasına yox, yalnız Sizə lazımdır. Bunlar sizin həyat tərzinizə çevriləndən sonra, deməli, Siz istəyinizə nail olmusunuz!”

Dünyanı belə görmək istəsək və bu cəhətlərə sadiq qalsaq, yəqin hər şey düzələr, elə deyilmi? Faktiki olaraq beynəlxalq miqyasda baş verən korrupsiya halları - beynəlxalq hüququn prinsiplərini tanımama və BMT-nin Nizamnamə tələblərinə əməl etməmə dünya ictimaiyyətinə xəyanətə, lider korrupsionerlər isə satqınlara bərabər tutulmalıdır ki, Tarixin İbrət Dərsi üçün meydan geniş olsun!

İkinci Dünya müharibəsindən sonra III Reyxin rəhbərləri üzərində baş verən beynəlxalq məhkəmə - Nürnberq prosesi insanlığa qənim kəsilən mütəşəkkil dəstəyə qarşı yenilənməlidir… 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayan, millətimizi GENOSİDƏ məruz qoyan erməni əsilli dəstəyə qarşı da, benəlxalq məhkəmə prosesi reallaşmalıdır!

Ordumuzun düşmənə görk olacaq ibrət dərsi və Azərbaycan xalqının 44 günlük müharibədə ümumi amal uğrunda birləşib DƏMİR YUMRUĞA çevrilməsi gələcəyə gedən yolumuza şəfəq saldı. Xankəndidə İƏT-nin 17-ci Zirvə toplantısı və 19 iyulda yenə Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumu, İlham Əliyevin Forumun iştirakçılarının suallarını cavablandırması şəfəq saçılan ZƏFƏR yolunun aydın görünən qolu kimi dünyada əks-səda doğurdu… 44 günlük döyüş təkcə Ermənistana yox, dünya üçün də bir hərbi dərs və ölkəmizə ucalıq gətirən “qulaqburma”sı oldu. Hərbçilərimizə eşq olsun!

Müharibə və münaqişələri - etnik və dini problemlər, ərazi iddiası, başqa ölkənin yeraltı sərvətlərinə sahib çıxma, hegemonluq uğrunda mübarizə, başqa dövlətlərin daxili işlərinə, suveren hüquqlarına müdaxilə və.s səbəblər doğurur. Hər bir münaqişə və müharibələr, lokal və hibrid toqquşmalar insan həyatına son qoyur, onların həyat və sağlamlıqlarına ciddi zərər vurur, iqtisadi sahədə xaos yaradır. Bütün bu şər işlərin səbəbləri məhz elə insanın özüdür və bəşəriyyəti məhvə sürükləyən də, insanın bəd əməlləridir. Real, diplomatik danışıqlar bir masa ətrafında prinsipallıqla davam etməzsə, dövlətlər və millətlər arasında sülh və ədalət heç vaxt olmayacaq.

Hindistanın görkəmli siyasi xadimi, Milli Azadlıq Hərəkatının tanınmış simalarından biri, sülh, demokratiya və sosial tərəqqi uğrunda mübariz, sosial ədalətsizliyin əleyhinə çıxış edən və Sovetlər İttifaqının səmimi dostu Cəvahirlər Hehru həbsxanadan qızına ünvanladığı “Ümumdünya tarixinə baxış” kitabında yazır: “Hərəkətlə təfəkkür nə qədər bir-birilə sıx bağlıdırsa, bir o qədər onlar aktiv olur. Xoşbəxt adam odur ki, onun hərəkəti ilə təfəkkürü vəhdət təşkil edir”. Dünyanı qarışdıran diplomat liderlərin hərəkəti ilə təfəkkürü və yaxud əksinə, vəhdət təşkil edir, onların maraqları ilə uzlaşır. Ümumi maraqlara xidmət etməyən kim varsa, xəyanatkar və satqındır. Şerlok Xolmsun macəralarında deyildiyi kimi:

- ”Bankı nə üçün qərət etdin?”

- “Orada pul saxlanılır, ona görə”...

Qədim bəşəriyyətin tarixi inkişafının qanunauyğun nəticəsi sosialist dəyişiklikləri ilə bağlı olub. Kapitalizm cəmiyyəti, zənnimcə, XXI əsrin inkişafını buxovlayır, uyğun gəlmir. Dünya mahiyyətinə və gücünə görə kapitalizmi üstələsə də, kapitalizmin buxovundan qurtula bilmir.

Müasir dünya qarşısında duran əsas problemlərdən biri, mən deyərdim ki, kapitalizm ilə bağlıdır. Yoxsulluq, kasıblıq və işsizlik günlər ötdükcə artır, böyüyür, ailə münaqişələri, milli ədavətlər, dini radikallıq halları, narkomaniya və insanın əşya kimi alğı-satqısı çoxalır, milli-mənəvi dəyərlər aşılanır…

Dünya sosialistcəsinə dəyişikliyə doğru getməzsə, qarşıya qoyulan ümumi maraq və həmrəylik naminə vəzifələrin icrası çətin olacaq…

Bu, möcüzələr hesabına yox, hər bir dövlətin gərgin fəaliyyəti, əməyin və məhsulun ədalətli bölgüsünün və istehsalın təşkili ilə şərtlənir. Zəif inkişaf etmiş ölkələrdə kapitalist metod belə dəyişikliklərə imkan vermir.

Alman filosofu və sosioloqu, iqtisadçı, yazıçı və şair, siyasi jurnalist, ictimai xadim və tarixçi K.Marks yazırdı: “Yalnız sabitliyin hökm sürdüyü cəmiyyətlərdə, rahatlığın olduğu evlərdə böyük və gözəl ideyalar, işlər yarana, başlaya bilər…”

Marksa görə, insanın istismarı, müasir anlamda isə güclü dövlətin zəif dövləti əzməsi və yaxud təbii ehtiyatlarına sahib çıxması, insanların yaşadığıı ərazidən məcburi çıxarılaraq miqrasiyaya məruz qalması rejimə asi olmağa, qəzəblənib həddini aşmağa zəmin yaradır, əsas verir. İnsanlığa və beynəlxalq normalara zidd belə hallara görə günahkar əndazəni aşan qarşı tərəfdir. Müasir dünyada bir dövlətin digər dövlət üzərində hökmranlığı “tarixi tərəqqinin nəticəsi” kimi artıq qəbul olunur, adiləşib. Dünya qədim tarixin arxivində qalan ictimai-iqtisadi və siyasi formasiyalara transfer edir. İnkişaf etmiş güclü dövlətlər baş vermiş qanlı, qeyri-insani hərəkətləri doğuran səbəb və şəraiti aradan qaldırmağa çalışmaq əvəzinə, qəzəb və nifrətə rəvac verir, şər qüvvələr tumarlanır.

Nə qədər ki, inhisarçılıq beynəlxalq aləmdə miqyasını genişləndirəcək, bir o qədər də, dünya geriyə addımlayacaq, sabitlikdən və bəşəriyyətin hüquq və azadlıqlarının təmin edilməsindən uzaq düşəcək, azadlıqlar və ədalət habelə, beynəlxalq hüququn hamılıqla tanınan prinsipləri təhlükə altında qalacaq, aqressivlik-təcavüz faktlarının qarşısı alınmayacaq, dünya azad və neytral olmayacaq!

Müasir dünyanı uçuruma aparan təhlükəli xarakterik cəhətlərdən biri də, beynəlxalq korrupsioner ordunun fopmalaşması, kasıbla zənginlər arasında fərqin böyüməs, sosial ədalətin təmini üçün meydanın daralması, ədalətli və bərabər hüquq və azadlıqların ikiüzlü kağız üzərində qalması, narkotik vasitələrin qanunsuz dövriyyəsi və transmilli mütəşəkkil cinayətkarlıq yolu ilə ərsəyə gələn milyonerlərin hakimiyyət budaqlarını zəbt etməsidir…

Belə şərtlərlə dünya hara gedir?

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:33
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 29 İyul 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranın Zəngəzur dəhlizi ilə bağlı dəyişməz mövqeyi

28 İyul 2025 06:35see691

İxtisas seçimi bu il gec başlayacaq? RƏSMİ

28 İyul 2025 14:45see165

Mingəçevirdə zəlzələ qeydə alındı

28 İyul 2025 06:24see131

Almaniya hərbi büdcəsini iki dəfə artırır

29 İyul 2025 08:02see120

“Embraer 190” hava təhlükəsi yaşadı Xəzər üzərində həyəcan

28 İyul 2025 07:17see119

Mançester Yunayted müqavilə müddətini uzatdığı qapıçısını icarəyə göndərib

28 İyul 2025 22:46see119

Bakıda kişi iki manata görə arvadını döydü

28 İyul 2025 09:51see119

Gəncədə klinika meyiti qaytarmır? Mərhumun yaxınlarından ŞİKAYƏT

28 İyul 2025 02:03see118

Milan ın hücumçusu rəsmən Cenoa da

28 İyul 2025 23:33see117

Fransanın cənubunda meşə yanğını 680 hektardan çox ərazini bürüyüb

27 İyul 2025 23:13see117

Əfqanıstan səfirliyindən Rusiyaya cavab: “Ədəbsiz mahnını himn saymaq olmaz”

29 İyul 2025 00:35see117

Nəhayət, gözləntilər sona çatır: Şrek franşizası yeni filmlə qayıdır

29 İyul 2025 06:48see116

Cennifer Lopezin konsertində xəcalət: Səhnədə ətəyi düşdü VİDEO

28 İyul 2025 22:47see116

Xıdırlıya qayıdan sakin: Elə hadisələrin şahidi olduq ki, qələmə alsalar, bir kitab çıxar

29 İyul 2025 06:56see116

Novxanı çimərliyində iki nəfər boğulub öldü

28 İyul 2025 09:24see116

Corab satan aktyor işlə təmin olunub: Nazir iki dəfə mənə zəng etdi, dedi ki...

28 İyul 2025 02:44see115

Yeniyetmələr süni intellektlə romantik münasibət yaşayırlar ARAŞDIRMA

28 İyul 2025 05:14see115

“Hücumçu almaq istəyirik” “Qarabağ”ın prezidenti

28 İyul 2025 19:04see115

Zəngəzur dəhlizinin taleyi məsələsi nə iqtisadi, nə də siyasi yanaşma ilə həll olunmayacaq

28 İyul 2025 17:54see113

Kobi Brayantın ayaqqabısı 240 min dollara satıldı

29 İyul 2025 06:16see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri