Çimərlik mövsümü nə zaman bitir? RƏSMİ AÇIQLAMA
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Havanın hələ də isti keçməsi fonunda çimərlik mövsümünün uzadılıb-uzadılmayacağı məsələsi yenidən gündəmə gəlib. Xüsusilə dünən Bilgəhdə iki nəfərin dənizdə boğulması fonunda mövsümün rəsmi başa çatma tarixi ictimai müzakirələrə səbəb olub. Bəs builki çimərlik mövsümü nə vaxt başa çatacaq?
FHN Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda çimərlik mövsümünün nə zaman başa çatacağı ilə bağlı yekun qərar yoxdur.
Nazirlikdən qeyd olunub ki, çimərlik mövsümünün başa çatacağı tarixlə bağlı məlumat FHN tərəfindən müvafiq tarixdə açıqlanacaq.
Qeyd edək ki, bu barədə müvafiq qərarı və tənzimləməni aidiyyəti dövlət qurumları - Bakı Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi (FHN) və Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi birgə qəbul edir. Bundan əvvəl çimərlik mövsümü adətən sentyabrın 15-də başa çatırdı.
Nicat Rüstəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 21 Sentyabr 2026 15:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















