Çimərlik voleybolçularımız təlimməşq toplanışı üçün Türkiyəyə yollanıblar
Azərbaycanın çimərlik voleybolçularından ibarət millisi təlim-məşq toplanışı keçmək üçün Türkiyənin Alanya şəhərinə yollanıb.
Yığmamız qardaş ölkədə Almaniya, Avstriya və yerli komanda ilə birgə təlim-məşq toplanışında iştirak edəcək.
Qeyd edək ki, noyabrın 22-dək davam edəcək hazırlıq prosesinə altı qız, altı oğlan voleybolçu cəlb olunub. Qızlar rusiyalı mütəxəssis İqor Olefirin, oğlanlar isə komandaya yeni cəlb olunan latviyalı Atvars Vildenin rəhbərliyi altında hazırlıq keçəcəklər.
Baxış sayı:64
Mənbə:https://www.cbcsport.az