Icma.az
close
up
RU
Çimərliklərdə təhlükəsiz istirahət qaydaları və dənizlərin çirklənmə problemi ÖNƏMLİ MƏLUMATLAR KONKRET

Çimərliklərdə təhlükəsiz istirahət qaydaları və dənizlərin çirklənmə problemi ÖNƏMLİ MƏLUMATLAR KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Yay fəslinin ən isti günlərində insanlar çimərliklərə üz tutur, lakin istirahətin təhlükəsiz və sağlam şəkildə təşkili üçün müəyyən normalara əməl olunması vacibdir. Bu qaydalar həm insan sağlamlığını qorumağa, həm də ətraf mühitin çirklənməsinin qarşısını almağa xidmət edir. Həmçinin, dənizlərin ekoloji vəziyyəti və çirklənmə riski də yay mövsümündə xüsusilə aktual mövzulardandır.

Bunu KONKRET.az-a meteoroloq Cavid Hüseynov deyib. Onun sözlərinə görə, çimərliklərdə təhlükəsizliyin təmin olunması və dənizlərin qorunması hər bir vətəndaşın məsuliyyətidir.

Çimərliklər və suətrafı ərazilər kütləvi istirahət üçün aşağıdakı şərtləri ödəməlidir:

Sanitar-gigiyenik normalara uyğun planlanmış olmalı;

Liman qurğularından ən azı 1000 metr məsafədə yerləşməli;

Paltardəyişmə otaqları, kölgəliklər, uşaq meydançaları, içməli su mənbələri, tualet və zibil qabları, velosiped və elektrik nəqliyyatı üçün dayanacaq yerləri, nəqliyyatın keçidini məhdudlaşdıran konstruksiyalar, avtomobil dayanacaqları və videomüşahidə ilə təchiz olunmalıdır.

Eyni zamanda, çimərliklərdə və kütləvi üzgüçülük zonalarında qəza rabitəsi və xilasetmə xidmətlərinin məlumat lövhələri quraşdırılmalıdır. Çimərlik dibi düz, zərif yamaclı, 1.75 m dərinlikdə, sahildən ən azı 15 metr genişliyində və maksimum 5 metr dərinlikdə olmalı, zibil, daş, su bitkiləri və palçıqdan təmizlənməlidir.

Cavid Hüseynov deyib ki, suyun dibi və ətraf mühiti təhlükəsiz və təmiz saxlamaq yalnız texniki məsələ deyil, həm də hər kəsin şəxsi mədəniyyətindən asılı olan məsuliyyətdir.

Üzməyi bacarmayanlar üçün 1.2 metrdən dərin olmayan və xüsusi işarələrlə ayrılmış sahə nəzərdə tutulmalıdır. Burulğanlar, yeraltı su çıxışları olmamalı, axın sürəti 10 m/dəqiqədən artıq olmamalıdır. Hər üzgüçüyə axan suda 5 kv.m, durğun suda isə 10 kv.m sahə düşməlidir. Şezlonqlar bir-birindən 1.5 m məsafədə yerləşdirilməli və hər istifadədən sonra dezinfeksiya olunmalıdır.

Çimərliklərdə quraşdırılan lövhələrdə aşağıdakı məlumatlar yer almalıdır:

Üzgüçülük və günəş vannası qəbul etmə qaydaları;

Xilasetmə texnikası və ilk yardım təlimatı;

Meteoroloji məlumatlar;

Çimərlik və su ərazisinin sxematik təsviri;

Təcili yardım, polis və səhiyyə orqanlarının əlaqə nömrələri.

Aşağıdakılar qadağandır:

Qadağan olunmuş ərazilərdə çimmək;

Suları çirkləndirmək və zibilləmək;

Çimərlik zonalarına avtomobil ilə daxil olmaq;

Spirtli içkilər qəbul etmək;

Təhlükə nişanlarını nəzərə almamaq;

Uyğun olmayan yerlərdən suya tullanmaq;

Xilasetmə avadanlıqlarını məqsədindən kənar istifadə etmək;

Uşaqları nəzarətsiz buraxmaq;

Çimərlikdə heyvanları çimizdirmək və paltar yumaq.

Çimərliklərin dövri təmizliyi çimərlik mövsümündən əvvəl həyata keçirilməlidir:

Bərk tullantıların əl ilə yığılması;

Texnika ilə qumun süzülməsi və dırmıqlanması;

Sahil zonasının yosun, yağ və digər tullantılardan təmizlənməsi;

Şezlonq, çətir, skamya, tualet, soyunub-geyinmə otaqları və digər avadanlıqların yuyucu və dezinfeksiyaedici maddələrlə təmizlənməsi.

Cavid Hüseynov qeyd edib ki, təmizlik işlərinin effektivliyi həm texniki hazırlıqdan, həm də könüllü əməkdaşlıqdan asılıdır.

Bütün işlər fərdi qoruyucu vasitələrlə görülməlidir (əlcək, respirator və s.).

Aparılmış birgə monitorinq və laborator analizlərə əsasən Bakı şəhərinin Buzovna, Zuğulba, Mərdəkan, Şüvəlan, Novxanı, Goradil, Nardaran, Bilgəh və Pirşağı çimərliklərində dəniz suyunun fiziki-kimyəvi və bakterioloji göstəriciləri norma daxilindədir. Bu səbəbdən vətəndaşlara həmin ərazilərdə istirahət etmələri tövsiyə olunur.

Meteoroloqun sözlərinə görə, dənizlərin çirklənməsi problemi yalnız lokal məsələ deyil, geniş miqyaslı ekoloji fəlakətlərə səbəb ola biləcək qlobal təhlükədir. Dənizlərə atılan çirkləndiricilər axınlar vasitəsilə böyük məsafələrə yayıldığından bu məsələ beynəlxalq miqyasda ciddi narahatlıq doğurur.

Xüsusilə neftlə çirklənmə təhlükəlidir. Suyun üzərində plyonka əmələ gətirərək dəniz canlılarını oksigendən məhrum edir və özü də zəhərlidir. Suda cəmi 10-15 mq/kq yağ miqdarı plankton və balıq kürüsünü məhv etməyə yetərlidir. Cəmi 1 ton neft 12 km² dəniz səthini plyonka ilə örtə bilər.

Neftlə yanaşı, dənizə atılan ağır metallar – civə, kadmium, nikel, qurğuşun və digərləri də canlı orqanizmlər üçün son dərəcə təhlükəlidir. Bir çox ölkələr sənaye tullantılarını, qazıntı torpaqları, radioaktiv və partlayıcı maddələri dənizlərə ataraq ekosistemin tarazlığını pozur.

Bu tullantıların dənizdə parçalanma müddəti də çox uzundur:

Tullantı növü Parçalanma müddəti (il)
Alüminium qablaşdırma 50-200
Pivə qutusu 100
Polietilen torba 100-400
Plastik şüşə 200-250
PVC məhsulları 1000-ə qədər
Şüşə butulka 1000 ildən çox

Tullantıların təmizlənməsi üçün qabaqcıl metodlar: filtrasiya, kimyəvi yağıntılar, karbon adsorbsiyası, elektrodializ, distillə, əks osmos, ion mübadiləsi, bataqlıq texnologiyası və s. Hansı üsulun seçilməsi isə tullantı suyun tərkibi və təmizlənmə tələbləri ilə bağlıdır.

Unutmayaq ki, bu qaydalara əməl etmək təkcə şəxsi təhlükəsizliyimiz üçün deyil, həm də təbiətin və gələcək nəsillərin sağlamlığı üçün vacibdir.

Müşviq Tofiqoğlu,
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://konkret.az
archiveBu xəbər 22 İyul 2025 18:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see302

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see208

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see202

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see191

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see162

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see153

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see140

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see130

Agentlikdə müşavirlər və şöbə müdiri vəzifədən azad edildi Sədrin də işdən çıxarılacağı gözlənilir

05 Dekabr 2025 13:54see129

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see128

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see127

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see124

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see123

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see123

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see121

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see121

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see120

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see119

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see119

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri