Icma.az
close
up
RU
Çimərliyə getmək risklidir? Nazirlikdən AÇIQLAMA

Çimərliyə getmək risklidir? Nazirlikdən AÇIQLAMA

Sfera.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İyunun 15-dən Azərbaycanda çimərlik mövsümü açıq elan ediləcək. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi çimərlik mövsümünün başlanması ərəfəsində ölkə üzrə çimərliklərin monitorinq aparır. Lakin mövsüm başlamamış indidən dənizə axın başlayıb. 

Maraqlıdır, monitorinq nəticələri bilinmədən çimərliklərə üz tutmaq nə dərəcədə doğrudur? Bunun hansı riskləri var? 

Mövzu ilə bağlı Sfera.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib ki, hazırda monitorinqlər aparılır:

"Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi 2025-ci il yay mövsümünə hazırlıqla əlaqədar olaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birlikdə  Abşeron yarımadasında, Lənkəran, Astara, Xaçmaz rayonlarının ərazisində yerləşən əhalinin kütləvi istirahət yerləri olan çimərliklərin sanitariya vəziyyətinin müayinəsi, dəniz suyunun laboratoriya tədqiqat üsullarının tətbiqi ilə monitorinqi aparılır. Hazırda aparılan monitorinq nəticələri ilə əlaqədar, çimərliklərin əhali tərəfindən istifadəsinə dair müvafiq qərarlar veriləcək".

Nazirlikdən monitorinq nəticələri açıqlanmamış dənizə getməmək üçün çağırış edilib:

"Dəniz suyunun  keyfiyyət və təhlükəsizlik  göstəriciləri  ilə bağlı müvafiq dəqiq məlumatlar olmadığı halda, çimərliklərdə xəstəlik törədiciləri olan mikroblarla, bakteriyalarla, viruslarla, göbələklərlə yoluxma  insanlarda ishal, qusma, qızdırma, konjonktivit, dərinin göbələk və digər təhlükəli yoluxucu xəstəliklərin baş verməsinə səbəb ola bilər.


Dəniz suyunun keyfiyyət və təhlükəsizlik göstəriciləri barədə dəqiq məlumat olmadığı halda insanların sağlamlığına təhlükə yarandığı üçün həmin çimərliklərdən istifadə edilməsi tövsiyə olunmur".


Firuzə Əliyeva
Sfera.az

 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://sfera.az
archiveBu xəbər 03 İyun 2025 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see444

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see441

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see326

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see294

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see283

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see277

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see273

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see271

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see226

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see194

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see181

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri