Nazirlikdən bu il çimərliyə getmək istəyənlərə VAVİB MÜRACİƏT
Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib.
Qurumdan BAKU.WS-ə daxil olan məlumatda bəzi vətəndaşların çimərliklərdə təhlükəsizlik qaydalarına əməl etmədikləri bildirilib.
Nazirlik bu baxımdan əhalini təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.
Qeyd olunub ki, çimərlik kimi nəzərdə tutulmamış yerlərdə, o cümlədən kanal və çaylarda çimmək, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, küləkli havada dənizə girmək, çimərlikdə gecələmək, sərxoş halda çimərlikdə olmaq, suda kobud hərəkətlər etmək, xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq qadağandır.
Həmçinin bildirilib ki, çimərliyə gətirilən uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidirlər.
Məlumatda qızmar günəş altında fasiləsiz dayanmağın, hava qaraldıqdan sonra suya daxil olmağın sağlamlıq üçün təhlükəli olduğu vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 13 İyun 2026 11:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















