Icma.az
close
up
RU
Çin ABŞ a meydan oxuyur

Çin ABŞ a meydan oxuyur

Reyting.az saytına istinadən Icma.az xəbər verir.


ABŞ prezidenti Donald Tramp Çin mallarına əlavə 50 faiz rüsum tətbiq edəcəyi təqdirdə Çin cavab addımı atacaq.
Reyting.az
xəbər verir ki, bu barədə “Financial Times” Çin Ticarət Nazirliyinə istinadla yazıb.
Çin Ticarət Nazirliyinin sözçüsü deyib ki, ABŞ artan tarif tədbirlərini davam etdirərsə, Çin öz hüquq və maraqlarını qorumaq üçün qətiyyətlə əks tədbirlər görəcək.
Eyni zamanda Çin rəsmisi ABŞ-nın təhdidlərini səhv adlandırıb: “ABŞ-nın rüsumları daha da artırmaqla hədələməsi başqa bir səhvlə ağırlaşan və Amerika tərəfinin məcburedici mahiyyətini bir daha ortaya qoyan səhvdir. Çin bunu heç vaxt qəbul etməyəcək”.
Pekin, yuanın məzənnəsini dollara qarşı 7,20 səviyyəsində sabitləyərək qisas təhdidini dəstəkləyib - bu, 2023-cü ilin sentyabrından bəri ən aşağı səviyyədir və bu, ucuzlaşmadan Trampın tariflərini kompensasiya etmək üçün istifadə oluna biləcəyinə işarədir.
Qeyd edək ki, Çin bazarları aprelin 7-də, bazar ertəsi günü kəskin enişdən sonra ayın 8-də yüksəlib. Bundan əlavə, Çin maliyyə tənzimləyiciləri və suveren sərvət fondunun menecerləri ölkənin fond bazarını dəstəkləyəcəklərini öhdələrinə götürüblər. Bir neçə Çin şirkəti də səhmlərin geri alınmasını elan edib. Ekspertlər bildiriblər ki, dünyanın ikinci ən böyük iqtisadiyyatı Trampın ticarət müharibəsindən zərər görsə də, Pekin Vaşinqtona boyun əyməkdənsə, öz mövqeyinə sadiq qalacaq.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp digər ölkələrdən gətirilən mallara gömrük rüsumlarının tətbiq ediləcəyini açıqlayıb. Bütün xarici istehsal olan avtomobillərə və ehtiyat hissələrinə 25 faiz rüsum tətbiq edilib. Öz növbəsində Pekin ABŞ-dan idxala 34 faiz əlavə rüsumların tətbiqini elan edib və bu, Trampın aqressiv reaksiyasına səbəb olub. ABŞ prezidenti Çinə ultimatum verərək, 34 faizlik rüsumların tətbiqi qərarından dönməsə, əlavə 50 faiz tariflərlə hədələyib.
İqtisadiyyat eksperti öz növbəsində “The Washington Post”a şərhində xəbərdarlıq edib ki, Tramp son təhdidlərini yerinə yetirərsə, Çindən idxal olunan bəzi mallar üzrə ABŞ-nın baza dərəcəsi 130 faizə yaxınlaşacaq.
V. QULİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://reyting.az
archiveBu xəbər 08 Aprel 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1429

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see709

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see558

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see480

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see470

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see459

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see446

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see412

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see389

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see350

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see315

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see302

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see297

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see292

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see287

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see284

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see269

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see266

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see266

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see265
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri