Icma.az
close
up
RU
Çin və Hindistan ABŞ a meydan oxuyur Rusiya ilə yeni güc mərkəzi qurulur

Çin və Hindistan ABŞ a meydan oxuyur Rusiya ilə yeni güc mərkəzi qurulur

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Çindən sonra Hindistan da ABŞ Prezidenti Donald Trampın təhdidlərinə gözlənilməz cavab verib. Bu ölkənin Sənaye və Ticarət Nazirliyi Rusiya ilə gübrə, dəmir yolu və dağ-mədən texnologiyaları sahələrində əməkdaşlığın dərinləşdirilməsinə dair Protokol imzalandığını açıqlayıb. Maraqlıdır ki, bu protokol Trampın Rusiya neftinin idxalına görə Hindistana qarşı 25 faizlik gömrük rüsumu tətbiq etməsindən dərhal sonra imzalanıb.

Dehli və Pekinin Vaşinqtonu qarşılarına alaraq Moskvanın yanında dayanmalarının səbəbi nədir? Bu qərar hər iki ölkənin iqtisadiyyatı və ümumilikdə onların məhsullarının ixrac edildiyi ölkələrin ticarət dövriyyəsinə necə təsir göstərəcək?

Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Hindistan əvvəlcə ABŞ və Avropa İttifaqının tətbiq edə biləcəyi sanksiyalardan ehtiyat edərək Rusiyadan neft idxalını dayandırdı:

“Halbuki ölkənin böyük neft emalı zavodları var və bu müəssisələr Rusiyadan tələbatdan artıq miqdarda xam neft idxal edərək onu emal edib qonşu ölkələrə məhsul kimi satırdı. Bu fəaliyyət Hindistan iqtisadiyyatına ciddi gəlir gətirirdi.

Həmçinin oxuyun:

Türkiyə generalları Bakıda nəyi müzakirə edir? – Kritik gəlişmə

Akif Nəsirli

Lakin Tramp Rusiyadan məhsul idxal edən ölkələrə qarşı sanksiya təhdidləri səsləndirdikdən sonra Hindistan rəsmi olaraq neft idxalını dayandırdığını açıqladı. Buna baxmayaraq, kölgə donanması vasitəsilə rus neftinin Hindistana daşındığına dair məlumatlar yayılırdı. Nəticədə ABŞ Hindistandan gələn mallara 25 faizlik tarif tətbiq etdi. Bu qərar Hindistan məhsullarının ABŞ-a ixracını ciddi şəkildə məhdudlaşdırdı”.

İqtisadçı qeyd edib ki, baş verənlərdən sonra Dehli Pekin və Moskva ilə əməkdaşlıq müqavilələri imzaladığını bəyan edib:

“Hazırda Rusiyadan neft idxalını Hindistan rəsmi şəkildə davam etdirir. ABŞ-ın geosiyasi proseslərdən tez çəkilməsi digər ölkələrin qruplaşmasına səbəb olub. İran, Hindistan, Rusiya və Çin uzun müddətdir ki, ABŞ və Avropa İttifaqına qarşı alternativ güc mərkəzi kimi çıxış edirlər. Bu baxımdan Hindistanın mövqeyini dəyişməsi gözlənilən idi. Hesab edirəm ki, bu qarşıdurma dünyadakı mövcud parçalanmanı daha da dərinləşdirəcək. Ən böyük iqtisadi zərbəni isə Çin görəcək, çünki o, ABŞ bazarına geniş məhsul ixrac edir. 25 faizlik tarif və digər məhdudiyyətlər Asiya ölkəsinin Vaşinqton bazarındakı mövqeyini itirməsinə səbəb ola bilər ki, bu da Çin iqtisadiyyatı üçün ciddi itki deməkdir. Rusiya və Hindistana olan təsirlərin isə daha zəif olacağı gözlənilir”.

Ləman İmran
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 Avqust 2025 22:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see182

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see149

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see133

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri