Çin ABŞ ın İrana hücumuna niyə səssiz qalır? KONKRET
Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Pengoun X jurnalında yazılan analitik materialda vurğulanır ki, Çin ABŞ-ın İranı bombalamasına açıq şəkildə reaksiya vermir, çünki o bilərəkdən səssiz qalır.
KONKRET.az-ın xəbərinə görə, məqalədə vurğulanır ki, Çin anlayır ki, ABŞ və müttəfiqləri öz hərəkətləri ilə öz güclərini zəiflədirlər.
Buna görə də Çin birbaşa qarşıdurmaya girmədən vəziyyəti izləməyi seçir.
Məqalədə daha sonra bunlar iddia olunur:
İran Hörmüz boğazını ucuz dronlarla təhlükəli vəziyyətə salaraq dünya neft ticarətinə təsir göstərdi.
Körfəz ölkələrinə qarşı hücumlar zamanı bahalı hava müdafiə sistemlərinin ucuz dronlara qarşı səmərəsiz olduğu ortaya çıxdı.
Bu vəziyyət ABŞ silahlarına və təhlükəsizlik zəmanətlərinə olan etimadı zəiflədə bilər.
Çin İranın texnologiya və naviqasiya imkanlarına dolayı dəstək verə bilər, amma birbaşa müharibəyə qoşulmur.
Çin son illərdə ABŞ-dən uzaq iqtisadi sistem qurmağa çalışır: yuanla neft ticarəti, BRICS-in genişlənməsi, SWIFT-ə alternativ olan CIPS sistemi kimi addımlar atılıb.
Çin eyni zamanda ABŞ dövlət istiqrazlarını azaldıb və qızıl alır.
Məqalənin digər əsas fikri isə budur ki:
ABŞ müharibələrə böyük pullar xərcləyərkən,
Çin isə Afrika və başqa bölgələrdə infrastruktur layihələrinə yatırım edərək təsirini artırır.
Nəticə olaraq müəllif deyir ki, Çin müharibə aparmaq əvəzinə iqtisadi və strateji şəkildə güc qazanmağa çalışır, buna görə də hazırkı vəziyyətdə səssiz qalmaq onun strategiyasının bir hissəsidir.
Ağagül Mürsəlov,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 11 Mart 2026 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















