Icma.az
close
up
RU
ABŞ ın İrana əsas tələbləri açıqlandı KONKRET

ABŞ ın İrana əsas tələbləri açıqlandı KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

ABŞ ilə İran arasında münasibətlərin normallaşacağı və tərəflərin yaxın vaxtlarda razılığa gələcəyi ilə bağlı iddialar yenidən gündəmə gəlib. Lakin Yaxın Şərqdə davam edən gərginlik, nüvə proqramı ətrafındakı fikir ayrılıqları və Vaşinqtonun Tehrana yönəltdiyi tələblər fonunda belə bir razılaşmanın perspektivi hələ də müzakirə mövzusu olaraq qalır. Görəsən, ABŞ və İran arasında razılaşma nə vaxt baş tuta bilər?

Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, hazırkı mərhələdə tərəflər arasında razılaşmanın vaxtını proqnozlaşdırmaq mümkün deyil.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp administrasiyası prinsip etibarilə razılaşmanın əldə olunmasında maraqlı görünsə də, Vaşinqtonun irəli sürdüyü əsas şərtlər hələ də qüvvədə qalır.

“İranın zənginləşdirilmiş uran ehtiyatları, Hörmüz boğazında təhlükəsizlik və beynəlxalq idarəetmə qaydalarına riayət edilməsi kimi məsələlər ABŞ üçün əsas tələblər sırasındadır. Hazırda diplomatik manevrləri müşahidə edirik. İran bir tərəfdən danışıqlar prosesinin mərkəzində yer almağa çalışır, digər tərəfdən isə Qətər, Misir, Oman və Pakistan kimi ölkələrin vasitəçiliyinə arxalanaraq vaxt qazanmağa çalışır”, – deyə siyasi şərhçi qeyd edib.

Ə. Əlibəyli hesab edir ki, mövcud geosiyasi vəziyyət və tərəflərin sərt mövqeləri fonunda yaxın vaxtlarda ABŞ ilə İran arasında hərtərəfli razılaşmanın əldə olunacağı inandırıcı görünmür.

Onun fikrincə, danışıqlar davam etsə də, ciddi irəliləyiş üçün tərəflərin qarşılıqlı güzəştlərə hazır olması əsas şərtdir. Hazırkı şəraitdə isə belə bir razılaşmanın yaxın perspektivdə baş tutacağı ehtimalı olduqca aşağı qiymətləndirilir.

Aynurə İsmayıl

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://konkret.az
archiveBu xəbər 23 İyul 2026 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri