Icma.az
close
up
RU
Çin ABŞ nin gömrük siyasətindən narazıdır: Bu, klassik zorakılıqdır

Çin ABŞ nin gömrük siyasətindən narazıdır: Bu, klassik zorakılıqdır

Sfera.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Çin rəhbərliyi ABŞ-nin gömrük rüsumlarını artırmasına sərt reaksiya verib. Pekin öz iqtisadi maraqlarını qorumaq üçün qətiyyətli cavab tədbirləri görəcəyini açıqlayıb.


Sfera.az xəbər verir ki, Çin Ticarət Nazirliyi ABŞ-nin bütün ticarət tərəfdaşlarına qarşı tətbiq etdiyi yeni gömrük tariflərini tənqid edərək, bu qərarın birtərəfli və beynəlxalq ticarət qaydalarına uyğun olmadığını bildirib.


Nazirliyin açıqlamasında qeyd edilib:

“Bu, klassik birtərəfli zorakılıq siyasətidir. ABŞ-nin bu addımı yalnız öz iqtisadi maraqlarına ziyan vurmaqla qalmayacaq, həm də qlobal iqtisadiyyata və tədarük zəncirinin sabitliyinə ciddi təsir edəcək”.


Pekin bildirib ki, ABŞ-nin tətbiq etdiyi yeni tariflər illərlə aparılan çoxtərəfli ticarət danışıqları nəticəsində əldə edilmiş iqtisadi balansı pozur və Vaşinqtonun beynəlxalq ticarətdən əldə etdiyi böyük faydanı nəzərə almır.


Bununla yanaşı, ABŞ-nin bir çox ticarət tərəfdaşı yeni tariflərə açıq şəkildə narazılıq bildiriblər.

“Tarif artımları ABŞ-nin iqtisadi problemlərini həll etməyəcək. Ticarət müharibəsində qalib olmur, proteksionizm isə çıxış yolu deyil”, - deyə Çin Ticarət Nazirliyi xəbərdarlıq edib.


Açıqlamada ABŞ-yə tarif qərarlarını ləğv etməsi və ticarət tərəfdaşları ilə bərabərhüquqlu dialoq yolu ilə problemləri həll etməsi çağırış edilib.


ABŞ Prezidenti Donald Tramp, ölkəsinin sabahdan etibarən bütün ticarət tərəfdaşlarına “qarşılıqlı tariflər” tətbiq edəcəyini bəyan edib. Bu çərçivədə Çin üçün əsas tarif dərəcəsinə əlavə olaraq 24% əlavə gömrük vergisi tətbiq olunacaq. Çindən ABŞ-yə ixrac həyata keçirən şirkətlər ümumilikdə 34% rüsum və vergi ödəməli olacaqlar.


Yeni tariflərdən 10%-lik əsas tarif 5 aprel tarixindən, əlavə 24%-lik tarif isə 9 aprel tarixindən etibarən tətbiq ediləcək.
Xatırladaq ki, Tramp fevral ayında imzaladığı fərmanla Çindən idxal olunan məhsullara 10% gömrük vergisi tətbiq etmiş, mart ayında isə bu tarifi 20%-ə yüksəltmişdi.

Bəsti Rəfizadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://sfera.az
archiveBu xəbər 03 Aprel 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see370

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see332

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see327

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see319

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see317

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see313

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see305

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see298

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see295

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see270

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see264

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see254

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see247

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see247

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see243

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see230

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see211

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see206

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri