Çin ABŞ nin silah ixracı ilə bağlı hədəsinə cavab verib
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Pekin, 14 aprel, AZƏRTAC
ABŞ qondarma "hərbi məhsul ixracı" bəhanəsi ilə Çinə əlavə tariflər tətbiq etməkdə israr edərsə, Çin qəti əks tədbirlər görəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Çin Xarici İşlər Nazirliyinin rəsmisi Quo Ciakun ənənəvi media brifinqində deyib.
“Çin hərbi məhsul ixracına həmişə ehtiyatlı və məsuliyyətli münasibət bəsləyib”, - deyən Quo Ciakun bildirib ki, ölkəsi silah ixracını öz ixrac qanunlarına və qaydalarına, eləcə də götürdüyü beynəlxalq öhdəliklərə uyğun olaraq ciddi şəkildə nəzarətdə saxlayıb.
Çin XİN rəsmisi əlavə edib ki, Çinin İrana hərbi dəstək verməsi ilə bağlı müvafiq məlumatlar tamamilə uydurmadır.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Çinin İrana silah satışını aşkar ediləcəyi təqdirdə Birləşmiş Ştatların Çin mallarına 50 faiz əlavə rüsum tətbiq etməklə hədələyib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 14 Aprel 2026 14:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















