Icma.az
close
up
RU
Çin ABŞ tarif müharibəsi: Bu ölkələrin iqtisadiyyatına necə təsir göstərəcək ŞƏRH

Çin ABŞ tarif müharibəsi: Bu ölkələrin iqtisadiyyatına necə təsir göstərəcək ŞƏRH

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 21 aprel, L.Muradzadə, AZƏRTAC

Rəsmi Pekin ABŞ-ın Çinə qarşı tətbiq etdiyi sanksiyaların mənfi təsirini azaltmaq üçün adekvat tədbirlər görməyə məcburdur və buna görə də ASEAN ölkələri ilə əlaqələrini gücləndirir. Lakin Çinlə ABŞ arasında ticarətin həcminə, onun strukturuna və digər mövqelərinə nəzər salsaq, asanlıqla belə nəticəyə gəlmək olar ki, bu gün həm ABŞ-ın, həm də Çinin alternativ ticarət tərəfdaşları yoxdur. Qısa müddətdə belə tərəfdaşlar tapmaq mümkün deyil. Bu səbəbdən tarif müharibəsi görülən cəhdlərə baxmayaraq, hər iki ölkənin iqtisadiyyatına mənfi təsir göstərəcək.

Bu barədə AZƏRTAC-a açıqlamasında azərbaycanlı politoloq İlqar Vəlizadə ABŞ və Çin arasında son zamanlar kəskinləşən ticarət müharibəsini şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, Cənub-Şərqi Asiya ölkələrinin, ASEAN bazarı ABŞ bazarı ilə müqayisə oluna bilməz. “Çin ilə yuxarıda adıçəkilən ölkələr arasında ticarət dövriyyəsinin xarakteri, eləcə də ixrac-idxal əməliyyatlarında əmtəə mövqeləri ABŞ ilə münasibətlərdə müşahidə olunanlardan əhəmiyyətli dərəcədə fərqlənir. Buna görə də bu vəziyyətdə Pekinin Cənub-Şərqi Asiya ölkələri ilə əlaqələrinin gücləndirilməsi nəticəsində yalnız bu sanksiyaların təsirinin bir qədər azalmasından danışmaq olar. Həmçinin ehtimal etmək olar ki, növbəti illərdə bu ölkələr arasında ticarət dövriyyəsi sadəcə olaraq artacaq, o, fiziki və keyfiyyət dəyişikliklərinə məruz qalacaq”, - deyə agentliyin həmsöhbəti vurğulayıb.

İlk prezidentlik dönəmində də Pekinə qarşı oxşar addımlar atan Donald Trampın Çinə qarşı ticarət müharibəsinin əsas siyasi aspektləri ilə bağlı sualı cavablandıran politoloq qeyd edib ki, təkcə Trampın deyil, həm də Amerika administrasiyasının aparıcı üzvlərinin təmsil etdiyi Amerika Birləşmiş Ştatları bildirir ki, ABŞ-ın hərəkətləri Çinlə ticarətdə ciddi disbalansı aradan qaldırmaq istəyindən irəli gəlir. “Çin mallarının ixracı həm mütləq, həm də nisbi ölçüdə Çinə Amerika mallarının idxalını üstələyir. Bu baxımdan, ticarət balansını dəyişmək, ən azından, bərabərləşdirmək istəyi yaranır. Gələcəkdə ixrac edilən Çin mallarının həcminin Çinə Amerika mallarının idxalı həcmindən az olmasına nail olmaq planlaşdırılır. Məqsəd qoymaq bir işdir, onların həyata keçirilməsinə doğru getmək başqa işdir”, - deyə İ.Vəlizadə hesab edir.

Bununla bağlı o əlavə edib ki, burada hər şey göründüyü qədər birmənalı deyil. “Məsələ ondadır ki, Çin istehsalçıları Qərb ölkələrinin bazarlarını zəbt ediblər. Niyə? Çünki onların əmək məsrəfləri və digər istehsal xərclərində rəqabət üstünlüyü var. Əvvəlki illərdə onlar Qərb bizneslərini Çin iqtisadiyyatına aktiv şəkildə sərmayə qoymağa və burada öz müəssisələrini tikməyə təşviq edirdilər. İndi ABŞ-ın qarşısında çətin bir vəzifə durur. Birincisi, kapitalını Çindən çıxarmaq. İkincisi, çinli investorları ABŞ-dan çıxarmaq. Faktiki olaraq söhbət bundan gedir. Çünki onların qarşısında çətin vəzifələr qoyulur. Digər tərəfdən, ABŞ üçün emal sahələri müəssisələrində məşğul olan insanların sayının artırılması yolu ilə istehsalın həcmini lazımi səviyyədə təmin etmək vacibdir. Problem ondadır ki, ABŞ-da əmək haqqı səviyyəsi Çindən xeyli yüksəkdir. Bir məhsulun istehsalının dəyəri çox yüksək olacaq. Yalnız proteksionist tədbirlər Amerika avtomobillərinin ABŞ-da satışını təmin etməyə imkan verəcək. Çünki xaricdən avtomobil idxalı daha ucuz başa gələcək. Bunun qarşısını almaq üçün rüsumları artırırlar ki, bu da xüsusilə bu əmtəə mövqeyi üçün aktualdır”, - deyə o vurğulayıb.

Ekspertin fikrincə, ümumiyyətlə, bu proteksionizm Amerika mallarının qiymətinin bahalaşmasına gətirib çıxarır. “Bu mənada onlar xarici bazarlarda uduza bilərlər. Çin nə qazanır? O hazırlaşır ki, Amerika malları bahalaşacaq və onları Avropa və dünyanın digər ölkələrindən almaq sərfəli olmayacaq. Nəticədə, bu boşluğu Çin doldura bilər. Ona görə də o, öz qonşuları, yaxşı olar ki, Avropa İttifaqı ölkələri ilə ticarətdə güzəştli vergilər və ya ən əlverişli ticarət rejimi tətbiq etməyə, bununla da rəqabət üstünlüklərini gücləndirmək və Amerika mallarının rəqabət üstünlüyünü azaltmağa çalışır”, - deyə İlqar Vəlizadə yekunlaşdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Aprel 2025 23:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri