Icma.az
close
up
RU
Çin imperatorlarının taxta çıxmazdan əvvəl mütləq ziyarət etdiyi Tay dağı FOTOSESSİYA

Çin imperatorlarının taxta çıxmazdan əvvəl mütləq ziyarət etdiyi Tay dağı FOTOSESSİYA

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Pekin, 20 sentyabr, AZƏRTAC

Çində qədim dövrlərdən insanların müqəddəs hesab etdiyi 5 dağ var. Onlardan biri də Şandon əyalətinində yerləşən Tay dağıdır. Bu dağı Çin tarixi üçün önəmli edən əsas məqamlardan biri imperatorların taxt-tac mərasimindən əvvəl Tay dağını ziyarət etmələridir. İmperatorlar buradan Yerə və Göyə hakimiyyəti onlara bəxş etdiyi üçün təşəkkür edərmiş. Təxminən 2 min il ərzində 72 imperatorun ziyarət yeri olan dağ əsrlərdir müqəddəs məkan kimi qəbul edilir. Əslində, dağ silsiləsi elə də hündür deyil. Belə ki, onun ən uca zirvəsinin hündürlüyü cəmi 1545 metr təşkil edir. Bununla belə, tarixi irsi və təbii gözəlliyi onu Çin mədəniyyəti üçün dəyərli edib.

Təxmini sahəsi 426 kvadratkilometr olan Tay dağının ərazisində 22 məbəd yerləşir. Bu da daosizm inancına görə, onu 5 müqəddəs dağdan biri edir. Təxminən 3 ildir bu məbədləri ziyarət edən çinlilərin düşüncəsinə görə günəşin doğuşu məhz burdan olur.

Tay dağının florası ilə də diqqət çəkir. Onun 80 faizi dövlət tərəfindən qorunan meşə örtüyü ilə əhatələnib. Burada mindən çox müxtəlif bitki növünə rast gəlmək olar. Burada hətta 1300 il əvvəl imperator Udi tərəfindən əkildiyi güman olunan ağac da var. Əsrarəngiz mənzərələri ilə bura turistləri də hər zaman özünə cəlb edib. İldə milyonlarla insan Tay dağının gözəlliyini öz gözləri ilə görmək üçün bura gəlir. Tay dağı tarixən yaradıcı adamların, o cümlədən şairlərinin, rəssamlarının ilham mənbəyi olub. Onlar öz əsərlərində bu dağı dönə-dönə vəsf ediblər.

UNESCO Tay dağının Çin mədəniyyətindəki yerini və təbii gözəlliyini nəzərə alaraq onu 1987-ci ildə Dünya İrs Siyahısına daxil edib.

AZƏRTAC Çinin 5A kateqoriyalı turizm məkanlarından olan Tay dağından fotosessiyanı təqdim edir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Sentyabr 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar Agentliyi:”Ombudsmana cavab verəcəyik”

04 Noyabr 2025 12:04see214

Tarixə düşən kişi

04 Noyabr 2025 11:57see210

​Televiziya aparıcısı anasını bıçaqlayaraq öldürdü

03 Noyabr 2025 23:31see206

Mirədalət Talışxanova hökm oxundu

04 Noyabr 2025 17:57see195

“Bu istiqamətlər tam şəkildə nəzərə alınıb”

04 Noyabr 2025 12:17see189

Sian şəhərinin meri “Biznes Park Abşeron” layihəsi ilə tanış olub

04 Noyabr 2025 08:48see175

Paşinyan artıq düzgün və konstruktiv siyasət yürütməyə başlayıb

04 Noyabr 2025 01:21see141

Səmaya nəzarət: JF 17 ilə Su 30 qarşı qarşıya Qafqazın həqiqi sahibi kimdir?

04 Noyabr 2025 12:18see141

Bakıda metrolarda yeni ödəniş qaydası tətbiq olunur

04 Noyabr 2025 16:34see139

Finlandiya Prezidenti: Zelenski və Putinin G20 sammitində görüşü mümkündür

04 Noyabr 2025 01:53see137

Yaponiya Kremlə zərbə endirir...

04 Noyabr 2025 21:47see136

Keçmiş qayınanam üçün darıxıram

03 Noyabr 2025 19:48see129

İsraildə terrorçuların edam edilməsi haqqında qanun təsdiqlənib

04 Noyabr 2025 04:28see128

25 ildən sonra insanlar necə görünəcək? Mütəxəssislərdən xəbərdadlıq

03 Noyabr 2025 20:00see128

ÇL: “Bavariya” PSJ ni , “Liverpul” “Real”ı məğlub edib YENİLƏNİB

05 Noyabr 2025 02:03see126

Yəməndə Əl Qaidə komandiri öldürülüb

05 Noyabr 2025 00:52see125

Mərkəzi Bankın sədri özünə daha bir müşavir təyin edib

05 Noyabr 2025 09:50see124

Azərbaycanlıların qışda ən çox yediyi yeməklə bağlı həkimdən XƏBƏRDARLIQ

05 Noyabr 2025 08:44see122

A Seriyası: Latsio rəqibini evə əliboş göndərdi

04 Noyabr 2025 05:38see121

Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Madriddə keçirilən VI Konqresdə FOTO

04 Noyabr 2025 10:00see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri