Icma.az
close
up
RU
Təqaüdə çıxmazdan əvvəl...

Təqaüdə çıxmazdan əvvəl...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Kredit, biznes sərmayəsi və digər məqsədlər üçün pensiya kapitalından istifadə etmək mümkün ola bilər

Ölkəmizdə pensiya kapitalının müəyyən bir hissəsinin vətəndaşlara geri qaytarılması, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün kredit kimi istifadə edilməsi məsələsi son dövrlər əsas müzakirə mövzularından biridir. Bununla bağlı hökumətə müvafiq təkliflər təqdim edilib. Millət vəkili Vüqar Bayramov bildirib ki, təkliflərə əsasən, vətəndaşın fərdi hesabındakı pensiya kapitalının bir hissəsinin təqaüd yaşı tamam olmadan həmin kapitaldan yararlana bilmə imkanlarının yaradılmasıdır.

Beynəlxalq təcrübə nə deyir?

Qeyd edək ki, pensiya kapitalı dedikdə insanların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləği nəzərdə tutulur. Mövcud qanunvericiliyə görə, insanlar pensiya kapitalını götürə bilməzlər. Həmin kapital portfeli ancaq vətəndaş pensiyaya çıxdıqdan sonra pensiya məbləğinə əlavə edilməklə ödənilir. İnsanlar pensiya yaşına çatdıqdan sonra 12 il ərzində pensiya kapitalını əldə edə bilərlər. Belə ki, həmin kapital 144 aya bölünərək aylıq pensiya şəklində vətəndaşa geri qaytarılır. Yəni, onlar pensiyaya çıxmadan bu vəsaitlərin bir manatını belə ala bilməzlər.

Hazırda dünyada pensiya-sığorta sistemində aparılan təkmilləşdirmələr, qeyri-dövlət pensiya fondlarının fəaliyyətinin və pensiya yığım alətlərindən maliyyə resursu kimi istifadənin genişlənməsi bir çox ölkədə pensiya kapitalı ilə bağlı yeni modellərin tətbiqini reallaşdırıb.

Təqaüd kapitalı fondundan istifadə bir sıra ölkələrdə mövcuddur. Belə ki, Sinqapur, ABŞ və bəzi ölkələrdə mövcud olan modelə əsasən, vətəndaşlar pensiya yaşına çatmadan öz fərdi hesabarında toplanan vəsaitin müəyyən bir hissəsini, təxminən 40-50 faizi biznes, təsərrüfat və s. sahələrdə investisiya məqsədilə istifadə etmək hüququna malikdirlər. Onların kapitalındakı vəsaitlər bank hesablarına ödənilir. Həmin şəxslər bu vəsaitləri istehlaka yönəldə bilməz, yalnız ölkənin inkişafına töhfə verən iqtisadi xarakterli layihələr üçün istifadə edirlər.

Azərbaycanda da eyni modelin tətbiqi təklif olunur, vətəndaşların böyük bir hissəsi pensiya kapitalından pensiyaya çıxmazdan əvvəl yararlanmaq istəyir.

Yeni modelin hansı üstünlükləri var?

V.Bayramov hesab edir ki, pensiya kapitalının bir hissəsindən istifadə imkanlarının yaradılması vətəndaşın iqtisadi-sosial təminatlarında əhəmiyyətli dəstək rolunu oynaya bilər. Belə ki, həmin vəsaitə sahib olan şəxs üçün kredit borcunun ödənilməsi, təhsil və səhiyyə xidmətləri ilə bağlı ehtiyaclarının qarşılanması, digər zəruri təminatlarla bağlı etibarlı mənbə formalaşmış olur. Yaxud, insanlar kiçik biznes, ailə təsərrüfatları, məşğulluq imkanlarını təmin etmək və s. məqsədlər üçün tələb olunan maliyyə resurslarına görə, banklara müraciət etmək məcburiyyətində qalmazlar. Onlar bu kapitaldan səmərəli və düzgün istifadə etməklə bir növ uzunmüddətli kredit resursu formalaşdırmış olur, həmin vəsaitlər habelə sərmayə kimi biznes layihələrinin artırılmasında da təminatlı mənbə ola bilər.

Pensiya kapitalından istifadə həm də sosial məzmun kəsb etmiş olur. Belə ki, həmin vəsaitlərə çıxış əldə edən şəxslərin yaratdığı kiçik ailə təsərrüfatları, mikrobiznes subyektləri işsiz olan ailə üzvlərinin məşğulluğunun təmin olunması, sosial vəziyyətinin yaxşılaşması üçün də əhəmiyyət kəsb edir.

Qeyri-leqal əmək bazarı tam leqallaşa bilər

Bu modelin ən mühüm müsbət nəticələrindən biri ölkədə rəsmi məşğulluğun səviyyəsinin artması, qeyri-leqal əmək bazarının leqallaşdırılması, ikili mühasibatlıq halları olan sahələrdə şəffaflığın təmin olunmasıdır. Belə ki, pensiya kapitalı fonduna toplanan hər manatın dəyərinə xüsusi önəm verən hər bir işçi işəgötürən qarşısında onun aylıq əməkhaqqı və ya gəlirlərinin tamamilə leqal olmasını, eləcə də müəssisənin aylıq sosial ödənişlərinin sənədlərdə dürüst əks etdirilməsini tələb edəcək. Çünki, onun pensiya kapitalı fonduna daha çox vəsaitin toplanması yığım portfelinin böyüməsinə səbəb olmaqla, kapitalının bir hissəsini istifadə edərkən əhəmiyyətli resursa sahib olması imkanını da yaxşılaşdıracaq.

Yeni modelin tətbiqi üçün pensiya qanunvericliyində müvafiq dəyişikliklər edilməlidir. Bu istiqamətdə hazırlanan təkliflərin müvafiq instansiyalarda təsdiq edildikdən sonra pensiya kapitalından istifadə mümkün ola bilər.

E.CƏFƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:200
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 Fevral 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see367

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see316

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see257

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see253

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see251

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see245

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see237

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see220

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see202

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see194

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see191

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see189

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see186

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see184

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see184

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see178

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see172

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see160

İdmandan kənar: Sürətin arxasındakı həyat

04 Oktyabr 2026 08:48see160

Venera retroqrada başladı: Bu 4 bürc daha çox təsirlənə bilər

04 Oktyabr 2026 07:22see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri