Icma.az
close
up
RU
Çin istehsalı olan avtomobilləri almaq istəyənlərin NƏZƏRİNƏ

Çin istehsalı olan avtomobilləri almaq istəyənlərin NƏZƏRİNƏ

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Maşın bazarında ənənəvi tendensiya dəyişir. Gürcüstandan gətirilən "ikinci əl" maşınlar hakim mövqelərini sürətli şəkildə itirirlər. Ekspertlər bazardakı mövqe dəyişikliyinin mənfi və müsbət tərəflərini açıqlayırlar.

Ötən il Gürcüstandan Azərbaycana 290 milyon ABŞ dolları dəyərində 12 min 849 ədəd avtomobil ixrac edilib. Bu, 2023-cü ilin göstəricisindən dəyər ifadəsində 34 faiz, kəmiyyət olaraq 43 faiz azdır. Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında üçüncü yerdə qərarlaşıb. Statistikadan da göründüyü kimi, əgər əvvəllər ölkəmizə daha çox Gürcüstan vasitəsilə "ikinci əl" maşınlar gətirilirdisə, indi vəziyyət dəyişib. Bəs bu dəyişikliyin hansı müsbət və mənfi təsirləri var?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

"Həm komfortlu, həm də ucuz"

Nəqliyyat eksperti Yasin Mustafayevin sözlərinə görə, insanların Gürcüstandan idxal edilən avtomobillərdən imtina etməsi üçün əsaslı səbəblər var: "Elektrikli avtomobillərə keçid dövrün tələbidir. Əvvəl Avropadan, ABŞ-dən gətirilən avtomobillərə tələbat var idi. Onlar da Gürcüstan üzərindən gətirilirdi. İndi avtomobillərin buraxılış ilinə qoyulan məhdudiyyətlər, həm də son dövrlər Çin avtomobillərinin daha cəlbedici olması səbəbindən əsas ağırlıq Çin və Koreya avtomobillərinə keçib. Gürcüstan bazarı əhəmiyyətini itirməkdə davam edir. Avropa və ABŞ maşınları Çin avtomobilləri ilə rəqabətə davam gətirə bilməyəcək. Çünki həmin ölkələrdə avtomobil istehsalçıları keyfiyyəti, modeli yenilədikcə, qiyməti də artırırlar. Amma Çin maşınlarında belə deyil. Onlarda qarşıya qoyduqları prioritet keyfiyyəti, komfortu artırmaq, qiyməti isə mümkün qədər münasib saxlamaqdır. Belə olan halda insanlar Çin avtomobillərinə yönəlir. Əvvəllər biz Gürcüstandan gələn avtomobilləri münasib olduğu üçün seçirdiksə, indi Çin maşınlarını da münasib qiymətə gətirə bilirik".

Ehtiyat hissələri problemi

Çin və Koreyadan gətirilən avtomobillərə maraq artsa da, vətəndaşlar həmin avtomobillərin ehtiyat hissələrinin tapılmamasından şikayətçidirlər. Ekspert düşünür ki, bu məsələ də tezliklə öz həllini tapacaq: "Hazırda Çindən gələn avtomobillərin ehtiyat hissələri ilə bağlı müəyyən çətinliklər var. Bunun da səbəbi hələ bazara yeni daxil olmalarıdır. Müəyyən vaxt keçdikdən sonra onların da ehtiyat hissələri ölkəmizə gətiriləcək. Çin avtomobillərinin modelləri çox tez-tez dəyişir. Yeni modellər çıxdıqca, köhnələrinin istehsalı dayanır. Bu da ehtiyat hissələrinin gətirilməsində müəyyən çətinliklər yaradır. Amma hibrid və elektromobillərin köhnə maşınlar kimi tez-tez təmirə ehtiyacı olmur. Hələ ki, yenidirlər, ehtiyat hissələri daxiliyanma mühərriklilərdən daha azdır. Bu da o avtomobilləri daha cəlbedici edir".

Köhnə avtomobil qiymətinə yenisini alırlar

"Avtomobil Dilerləri Assosiasiyası" İctimai Birliyinin icraçı direktoru, avtomobil bazarı üzrə ekspert Eyyub Əliyevin sözlərinə görə, gələcəkdə Gürcüstandan maşın idxalı dayandırıla da bilər: "Gürcüstandan köhnə maşınları insanlar özləri alıb gətirirdilər. Hazırda sərhəd bağlıdır. Artıq oradan avtomobil gətirmək həm daha çox xərc tələb edir, həm də vaxt itkisidir. Avtomobil almaq istəyən vətəndaş da hesablayır ki, elə üzərinə bir az da məbləğ qoysa, yeni avtomobil ala bilər. Ölkəmizdə avtomobil sahəsində böyük islahatlar gedir. Yeni elektrikli və hibrid avtomobillər vergi və ƏDV-dən azaddır. İnsanlar da düşünürlər ki, yeni maşınlar bu qədər sərfəlidirsə, niyə köhnə maşın gətirim?"

E.Əliyevin sözlərinə görə, artıq bir müddətdir yaşı 10 ildən artıq olan avtomobillərin ölkəyə gətirilməsinə qadağa qoyulub. Bu amil də Gürcüstandan gələn avtomobillərin sayını azaldır. Gələcəkdə bu müddət yaşı beş ilə qədər olan avtomobillərə endirilsə, həmin Gürcüstandan gələn avtomobillərdən tamamilə imtina etməli olacağıq.

E.Əliyevin fikrincə, işlənmiş, yararsız avtomobillərdənsə, yerli və yeni maşınlar daha sərfəlidir: "Gürcüstana əsasən Avropa, ABŞ-dən köhnə, yararsız avtomobillər gətirilir, orada emal edilir, sonra isə müxtəlif ölkələrə satışa çıxarılır. Gürcüstandan gətirilən avtomobillər əksər hallarda problemli olub. Hətta dəfələrlə bu avtomobillərin qəza vaxtı ikiyə bölünməsi halları ilə də qarşılaşa bilirik. Baxdıqda görünür ki, bir neçə avtomobil hissələrindən ərsəyə gəlmiş maşınlardır. Tövsiyə edirəm ki, insanlar köhnə yox, yeni avtomobil alsınlar. Yerli, yeni avtomobil almaq daha güvənli və keyfiyyətlidir".

Ekspert deyir ki, artıq insanlar yerli maşın almağı üstün tuturlar: "Əvvəl yerli istehsal yalnız bir marka üzrə olurdu. Bu səbəbdən də insanlar almırdı. Amma artıq müxtəlif marka və modellər mövcuddur. Artıq insanlar zövqlərinə və büdcələrinə uyğun modelləri seçə bilirlər".

"Qeyri-rəsmi satıcılardan uzaq durun"

E.Əliyev Koreya və Çindən gələn avtomobillərə artan marağın doğurduğu mənfi tendensiyalara da toxunub: "Onların Azərbaycanda 20-dən çox rəsmi distribütoru var. Müxtəlif qiymətlərdə Çin avtomobilləri mövcuddur. Lakin Çin avtomobilləri qeyri-rəsmi şəkildə də idxal edilir. Hətta qeyri-rəsmi olduğu üçün insanları aldada da bilirlər. Bəzən sifariş olunan maşınlar gəlmir".

Müsahib məsləhət görür ki, insanlar Çin avtomobilləri alarkən qeyri-rəsmi idxal edilən avtomobillərdən uzaq dursunlar: "Çin avtomobilləri rəsmi servisdə 30 min manatdırsa, qeyri-rəsmi 25-26 minədir. Ucuz olsa da, sonradan problemlər yaranır. Çinin daxili bazarı üçün olan avtomobillərdir. Onların sonradan texniki, zəmanət tərəfləri var. Qeyri-rəsmi idxal nə zəmanət verir, nə ehtiyat hissələrini tapmaq olur".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:447
embedMənbə:https://oxu.az
archiveBu xəbər 22 Mart 2025 22:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri